Məhkəmə qərarları › İş №e-2(019)-786/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-786/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-786/2022 05.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan 03 yanvar 2015-ci ildə anadan olmuş X2 və 10 dekabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat, cəmi 400 ( dörd yüz) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1,185.1.4 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verməsini, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar