Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-81/2023 08.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızının, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiya, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə və Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiya, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi-psixoloq X6 iştirakı ilə, İddiaçı cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızına qarşı nikahın pozulması və uşağın yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı ilə aralarında 06 avqust 2013-cü il tarixdə 18 sayla Balakən rayonu Gərəkli kənd icra nümayəndəliyində rəsmiləşdirilmiş nikahın pozulması, cavabdehdən qızları: xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat alimentin alınaraq ona verilməsi və uşaqların yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, aliment tələbi hissəsində iddianın həcmini azaldaraq, nikahın pozulması və uşaqların yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, nikahlarını 06 avqust 2013-cü il tarixdə 18 sayla Balakən rayonu Gərəkli kənd icra nümayəndəliyində rəsmiləşdirməklə Balakən rayonu Gərəkli kənd sakini Nəsibova (Allazova) Könül Əjdər qızı ilə evlənmişlər. Birgə yaşadıqları dövrdə 2 uşaqları olmuş: X7 xx.xx.2012-ci il tarixdə və X5 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Könüllə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. Sonralar aralarında ailə münaqişələri başlamışdır. Belə ki, Könül onun dediklərimə əməl etmir, özbaşınalıq edirdi. Bununla bağlı müntəzəm olaraq ailə münaqişələri olurdu. Bu səbəbdən dəfələrlə Könül evdən çıxıb getmişdir. Lakin ailəni dağıtmaq istəmədiyindən onunla yenidən barışdılar. Buna baxmayaraq Könül öz hərəkətlərini davam etdirir, ərli qadına yaraşmayan hərəkətlər edirdi. Sonuncu dəfə 20 iyin 2022-ci il tarixdə Könül birgə yaşadıqları Balakən rayonu Gərəkli kəndində olan cavabdehin valideynlərinə məxsus olan evdən Bakı şəhərinə qonaq getmək bəhanəsi ilə getmişdir. Lakin sonradan məlum olmuşdur ki, Könül onu aldadaraq evdən çıxıb getmişdir. Hal-hazıra qədər Könül Bakı şəhərindədir, kafe və restoranlarda işləyir. Dəfələrlə Könüldən tələb etsə də, Könül evə qayıtmamışdır. Aralarındakı nikah formal xarakter daşıyır. Onların yenidən barışaraq bir yerdə yaşamaları qeyri-mümkündür. Buna görə də boşanma tələbi ilə məhkəməyə müraciət etmişdir. Uşaqların ikisi də onun himayəsində yaşayırlar. Uşaqlar ona daha çox bağlıdırlar. Anaları Könül onlarla maraqlanmır. Uşaqlar atalarının, yəni onun himayəsində yaşamaq istəyirlər. Nəsibova (Allazova) Könül Əjdər qızından uşaqların baxılıb saxlanılması üçün aliment tələb etmir. Aralarında bu tələblərlə bağlı ilkin mediasiya sessiyası həyata keçirilmiş, lakin razılıq əldə olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı iddianı qəbul edərək, həqiqətən də 20 iyun 2022-ci il tarixdə İddiaçı ayrılaraq Bakı şəhərinə getdiyini, orada kafedə işlədiyini, uşaqları atalarının himayəsinə qoyduğunu, Turalla nikahlarının formal xarakter daşıdığını, Mələk və Mədinənin ataları İddiaçı daha çox bağlı olduqlarını, ataları ilə qalmaq istədiklərini, İddiaçı ilə aralarında 06 avqust 2013-cü il tarixdə 18 sayla Balakən rayonu Gərəkli kənd icra nümayəndəliyində rəsmiləşdirilmiş nikahın pozulmasına və nikah pozularkən xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 ataları İddiaçı yanında saxlanmasına razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiya, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, təmsil etdiyi komissiya tərəflərin hər ikisinin maddi-məişət şəraitlərinin normal olduğunu qeyd edir, eyni zamanda uşaqların gələcək mənafelərini nəzərə alaraq xx.xx.2012-ci ildə anadan olmuş X3 anası Nəsibova (Allazova) Könül Əjdər qızının və xx.xx.2014-cü ildə anadan olmuş X2 isə atası İddiaçı yanında qalmasını məqsədəuyğun hesab edir və bu barədə müvafiq rəy məhkəməyə təqdim edilmişdir. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci maddəsinə görə iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında qanuni nümayəndələri olan valideynləri, Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi və həmin komissiyanın psixoloqunun iştirakı ilə tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 fikirləri öyrənilmiş, X7 və X5 anaları və atalarını istədiklərini, lakin ataları İddiaçı daha çox bağlı olduqlarını, belə ki, anaları Nəsibova (Allazova) Könül Əjdər qızının 20 iyun 2022-ci il tarixdə onları ataraq Bakı şəhərinə getdiyini və orada yaşamağa və işləməyə başladığını, onların ataları İddiaçı himayəsində qaldığını, atalarının onlara hər cür qayğı və diqqət göstərdiyini, burada məktəbə getdiklərini, rəfiqələrinin olduğunu, rayon mühitinə öyrəşdiklərini, burada özlərini təhlükəsiz və sərbəst hiss etdiklərini, analarının yaşadığı və onlar üçün yad mühit olan Bakı şəhərinə getmək və orada yaşamaq istəmədiklərini, həmçinin Bakı şəhərində oxumaq istəmədiklərini, atalarını çox istədiklərini, anaları ilə də istirahət, bayram və tətil günlərində görüşəcəklərini, həyatlarında heç nə dəyişmək istəmədiklərini, ona görə də valideynləri arasında nikah pozulduğu təqdirdə ataları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızından aliment tələb etmədiyini bildirmişdir. Həmçinin cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı məhkəməyə ərizə təqdim edərək, uşaqları Mələk Nəsibovanın və Mədinə Nəsibovanın fikrini nəzərə alaraq yetkinlik yaşına çatanadək ataları İddiaçı himayəsinə verilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan Balakən regional «ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinin 29 iyun 2022-ci il tarixli 05/Q-93/69 nömrəli arayışından görünür ki, İddiaçı ilə X8 arasında nikah Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyidə 06 avqust 2013-cü il tarixdə 18 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Nəsibova soyadı verilmişdir İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 oktyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 399143 nömrəli və Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 aprel 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 254424 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə X5 anadan olmuş, ataları İddiaçı, anaları isə Cavabdeh göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması, aliment, uşağın himayəsi və saxlanılması, əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022 tarixində 11.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İşdə olan xx.xx.2022-ci il tarixli ilkin Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, nikahın pozulmasi, alimentin müəyyən edilməsi, uşaqların himayəsində saxlanması və əmlakın bölünməsi tələbi ilə əlaqədar xx.xx.2022-tarixlərdə (mübahisənin predmeti) İlkin mediasiya Sessiyasindan sonra prosesin davam etdirilməməsmə qərar verdilər. Bununla əlaqədar olaraq, mediasiya prosesinə tərəflərin təşəbbüsü ilə xitam verilir. Mediasiya sessiyalarının keçirilməsi (iştirak edən tərəflərin adı) üçün İMS 50 azn məbləğində medasiya xərcini İddiaçı təktərəfli qaydada ödədi. İşə əlavə olunan Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının 27.10. 2022-ci il tarixli rəyindən görünür ki, komissiya uşaqların gələcək mənafelərini nəzərə alaraq xx.xx.2012-ci ildə anadan olmuş X3 anasının, xx.xx.2014-cü ildə anadan olmuş X2 isə atasının yanında qalmasını məqsədəuyğun hesab edir. İş materiallarına əlavə olunmuş məhkəmə-psixoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 11/607 saylı rəyindən görünür ki, boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Valideynləri arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X2 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. xx.xx.2012-ci ildə anadan olmuş X3 hazırda anası Nəsibova (Allazova) Könül Əjdər qızına və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anasına bağlılığı daha çoxdur. xx.xx.2014-cü ildə anadan olmuş X2 hazırda anası Nəsibova (Allazova) Könül Əjdər qızına və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, atasına bağlılığı daha çoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 fevral 2023-cü il tarixli 11/607 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-psixoloji ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddiaçını, cavabdehi, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiya, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini və tərəflərin birgə nikahından doğulmuş 10 yaşına və 7 yaşına çatmış uşaqların fikrini dinləyib dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı ilə 2011-ci ilin avqust ayında ailə quraraq ər-arvad münasibətlərinə daxil olmuş, onların nikahları 06 avqust 2013-cü ildə Balakən rayonu Gərəkli kənd İcra Nümayəndəliyində 18 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə X7 və xx.xx.2014-cü ildə X5 adında iki uşaqları olmuşdur. Cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı 2022-ci ilin iyun ayının 20-də İddiaçı ayrılaraq yaşamaq üçün Bakı şəhərinə getmiş və uşaqları İddiaçı himayəsində saxlamışdır. Cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı hazırda da Bakı şəhərində yaşayır və işləyir. Tərəflər 2022-ci il iyun ayının 20-dən bir-birindən ayrı yaşayırlar. Ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır. İddiaçı təkidlə nikahın pozulmasını tələb edir. Cavabdeh də nikahın pozulmasına razıdır. Tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə doğulmuş X7 və xx.xx.2014-cü ildə doğulmuş X5 ataları İddiaçı himayəsində yaşayırlar və qəyyumluq və himayəçilik komissiyasının və psixoloqun iştirakı ilə fikri soruşulan zaman həmin uşaqlar valideynləri arasında nikah pozulduğu təqdirdə ataları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. İddiaçı və cavabdeh aralarında nikah pozulduğu təqdirdə uşaqların İddiaçı yanında saxlanması barədə razılıq əldə etmişlər. İddiaçı cavabdehdən uşaqların saxlanması üçün aliment tələb etmir. Tərəflər arasında nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən olunması mübahisəsi üzrə ilkin mediasiya sessiyası həyata keçirilmiş, lakin cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. İddiaçı hazırki işlə bağlı 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-cü maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin razılığını, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünun məhkəmə tərəfindən müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz; nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir; uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır; məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur; qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. İşdəki sübutlarla müəyyən olunur ki, cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı 2022-ci ilin iyun ayının 20-də daimi yaşamaq üçün Bakı şəhərinə getdikdən sonra tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə doğulmuş X7 və xx.xx.2014-cü ildə doğulmuş X5 ataları İddiaçı evində onun yanında yaşayırlar. X7 və X5 qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin və psixoloqun iştirakı ilə fikirləri soruşulan zaman anaları və atalarını istədiklərini, lakin ataları İddiaçı daha çox bağlı olduqlarını, belə ki, anaları Nəsibova (Allazova) Könül Əjdər qızının 20 iyun 2022-ci il tarixdə onları ataraq Bakı şəhərinə getdiyini və orada yaşamağa və işləməyə başladığını, onların ataları İddiaçı himayəsində qaldığını, atalarının onlara hər cür qayğı və diqqət göstərdiyini, burada məktəbə getdiklərini, rəfiqələrinin olduğunu, rayon mühitinə öyrəşdiklərini, burada özlərini təhlükəsiz və sərbəst hiss etdiklərini, analarının yaşadığı və onlar üçün yad mühit olan Bakı şəhərinə getmək və orada yaşamaq istəmədiklərini, həmçinin Bakı şəhərində oxumaq istəmədiklərini, atalarını çox istədiklərini, anaları ilə də istirahət, bayram və tətil günlərində görüşəcəklərini, həyatlarında heç nə dəyişmək istəmədiklərini, ona görə də valideynləri arasında nikah pozulduğu təqdirdə ataları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə işdəki sübutlara istinadən hesab edir ki, qeyd edilənlər uşaqların valideynləri ayrıldıqları təqdirdə atalarının yanında qalmaq istəkləri onların kənar psixoloji təsirdən uzaq öz iradə ifadələrinin nəticəsidir. İşin faktoloji hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar ataları və ata tərəfdən digər yaxın qohumları ilə vahid ailə təşkil edirlər və onlar arasında yaxın insanların mənəvi və emosional bağlılığını ehtiva edən ailə münasibətləri mövcuddur. Ata evindəki bu ailə mühiti uşaqların fiziki və əqli cəhətdən inkişafına, sabit və təhlükəsiz şəraitdə yaşamasına və təhsil almasına şərait yaradır, onları xoşbət edir. Uşaqların şəxsiyyəti, onların ata evinə, atalarına və digər yaxın qohumlarına, bir sözlə onlar üçün bu sabit və təhlükəsiz ailə mühitinə bağlılığında ifadə olunan həssas vəziyyəti onların atalarının yanında qalmasını zəruri edir. Uşaqların öz fikirlərini sərbəst ifadə etməklə atalarının yanında yaşamaq istəyi, kənar təsirdən uzaq bu istəkdə ifadə olunan həssas vəziyyəti, onların sabit və təhlükəsiz mühitdə yaşamaq zərurətinin əsasını təşkil edən bu ailə mühiti onların sağlam və təhlükəsiz böyüməsinə zəmanət verir. Onların isinişdiyi bu sabit və təhlükəsiz ailə mühitindən ayrılması şübhəsiz ki, uşaqların əqli və fiziki inkişafına böyük zərbə vuracaq, onların həyatını qeyrimüəyyən hallardan asılı edəcəkdir. Bu da uşaqların sabit və təhlükəsiz mühitdə yaşamasında ifadə olunan üstün mənafeyinə zidd olacaqdır. E.Xorvatiyaya qarşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi zamanı onların fikrinin və şəxsiyyətlərinin, həssas vəziyyətinin nəzərə alınması, onların yaxın ailə mühitində, sabit və təhlükəsiz mühitdə yaşaması zərurətinin təmin edilməsini İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün əsas saymışdır. İş materialları ilə həmçinin müəyyən olunur ki, İddiaçı ağır xəstə deyildir, narkomaniyadan və alkoqolizmdən əziyyət çəkmir, uşaqlara qarşı amansız rəftar etməmiş, onlara qarşı psixi və fiziki zor tətbiq etməmişdir. Həmçinin o, valideynlik hüquqlarından sui-istifadə etməmiş, valideynlik hüquqlarından məhrum edilməmiş və onun valideynlik hüquqları məhdudlaşdırılmamışdır. İşin qeyd olunan faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən uşaqların üstün mənafeyi tələb edir ki, onlar nikah pozulduğu təqdirdə ataları İddiaçı yanında saxlanılsınlar. Bu xüsusda məhkəmə Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə komissiyasının 27 oktyabr 2022-ci il tarixli rəyində göstərilən Mələk Nəsibovanın anasının, Mədinə Nəsibovanın isə atasının yanında qalmasının məqsədəuyğun hesab edilməsinə dair xüsusatı və məhkəmə-psixoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 11/607 nömrəli rəyində göstərilən Mələk Nəsibovanın anasına və Mədinə Nəsibovanın atasına daha çox bağlı olması barədə xüsusatı hazırki işin həlli nöqteyi-nəzərindən əsaslı və mötəbər hesab etmir. Belə ki, tərəflərin birgə nikahından doğulmuş Mələk Nəsibova və Mədinə Nəsibova qəyyumluq və himayəçilik komissiyasının və psixoloqun iştirakı ilə fikrirləri soruşulan zaman ataları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Eyni zamanda iddiaçı və cavabdeh də məhkəmə iclasında aralarında nikah pozulduğu təqdirdə həmin uşaqların atalarının yanında qalması barədə razılığa gəldiklərini bildirmişlər. İş materiallarından da görünür ki, həmin uşaqlar Balakən şəhərində ata evində yaşayır və buradan məktəbə gedirlər. Onların burada çoxlu rəfiqələri vardır. Həmin uşaqların ata evində isinişdikləri stabil bir mühitdə yaşaması onların təhlükəsizliyini şərtləndirən amildir. Uşaqlar da bu stabil və təhlükəsiz mühitdən ayrılıb analarının yaşadığı Bakı şəhərinə yad bir mühitə getmək, orada yaşamaq və oxumaq istəmirlər. Ona görə də onların üstün mənafeyi atalarının yanında saxlanması şəraitində təmin oluna bilər. Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə komissiyasının 27 oktyabr 2022-ci il tarixli rəyində və məhkəməpsixoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 11/607 nömrəli rəyində göstərilənlər heç bir elim-tədqiqat metodlarına və müşahidə materiallarına əsaslanmayan qeyri-müəyyən bir mülahizədir və iş materialları ilə təkzib olunmaqla uşaqların üstün mənafeyinə uyğun deyildir. Ona görə də məhkəmə Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə komissiyasının 27 oktyabr 2022-ci il tarixli rəyini və məhkəmə-psixoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 11/607 nömrəli rəyini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların ataları İddiaçı yanında saxlanması, uşaqların mənafeyi, əqli və fiziki inkişafına şəraitin yaradılması zərurətiilə bağlıdır. Ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi isə hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasınında tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ hüquqi aktlarda öz əksini tapmışdır. İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 16- cı maddəsinin 3-cü bəndi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 23- cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. Avropa Konvensiyasının 8- ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qaldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (24 mart 1988-ci il) Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir Ancaq məhkəmə onu da bildirir ki, nikah pozulduqda uşaqların iddiaçının yanında saxlanması cavabdehi həmin uşaqlarla ünsiyyət hüququndan məhrum etmir. Uşaqların cavabdehlə də ünsiyyət hüququnun təmin edilməsi məhz uşaqların əqli və fiziki inkişafına, tam şəxsiyyət kimi formalaşmasına şərait yaradacaqdır. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına əsaslanaraq və tərəflərin razılığını əsas götürərək, məhkəmə həmçinin hesab edir ki, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə anadan olmuş X7 və xx.xx.2014-cü ildə anadan olmuş X5 ataları İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızından aliment tutulmasını tələb etmədiyindən və tərəflər arasında uşaqların saxlanması ilə bağlı qarşılıqlı razılıq əldə olunduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinin tələbləri hazırki işə tətbiq edilə bilməz, yəni tərəflər arasında nikah pozularkən uşaqların saxlanması üçün iddiaçıdan alimentin tutulması məsələsi hazırki məhkəmə baxışında həll olunmur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ancaq məhkəmə onu da bildirir ki, müvafiq faktoloji və hüquqi əsaslar yarandığı təqdirdə maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı arasında 06 avqust 2013-cü ildə Balakən rayon Gərəkli kənd icra nümayəndəliyində 18 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozularkən tərəflərin nikahından xx.xx.2012-ci ildə anadan olmuş X10 və xx.xx.2014-cü ildə anadan olmuş X5 ataları İddiaçı yanında saxlanılmalıdır. Həmçinin iddia təmin edildiyi üçün cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızından dövlət rüsumu kimi ödənilmiş 50 manat və mediasiyaya dair xərc kimi ödənilmiş 50 manat olmaqla cəmi 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə o cümlədən hesab edir ki, tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızı arasında 06 avqust 2013-cü ildə Balakən rayon Gərəkli kənd icra nümayəndəliyində 18 nömrə ilə qeydə alınmış nikah pozulsun; nikah pozularkən tərəflərin nikahından xx.xx.2012-ci ildə anadan olmuş X10 və xx.xx.2014-cü ildə anadan olmuş X5 ataları İddiaçı yanında saxlanılsın; cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızından 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin; iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh Nəsibova (Allazova) Könül Əjdər qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-81/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-81/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver