Məhkəmə qərarları › İş №e-2(019)-811/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-811/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-811/2022 25.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc olaraq verdiyi 6000 (altı min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Talalar kəndində tək yaşayır. 2013-2014-cü illərdə baş vermiş zəlzələ nəticəsində onun yaşadığı ev zəlzələdən ziyan çəkmişdir. 2018-ci ildə FHN tərəfindən ona evin təmiri üçün 4000 (dörd min) manat pul ayrılmışdır. O, həmin pulun üzərinə təqaüdündən və başqa şəxslərin ona göstərdiyi yardımdan 2000 (iki min) manat pul düzəltmişdir. 2020-ci ilin oktyabrın 19-da onun yanına Balakən şəhər sakini, əvvəllər mağaza alverçisi kimi tanıdığı Cavabdeh gəlmiş, onu şirin dillə aldadaraq ondan 6000 (altı min) manat borc pul istəmişdir. O da özündə olan 6000 (altı min) manat pulu Cavabdeh əlbəəl sayıb vermişdir. Gülbəniz isə həmin pulu 2020-ci ilin dekabr ayının 31-nə verəcəyini vəd etmiş və öz əli ilə bu barədə iltizam yazmış və imza etmişdir. Sonra isə cavabdeh özünə məxsus ***-***-**-** telefon nömrəsini yazmışdır. Cavabdeh dəfələrlə pulu düzəldə bilmədi, verə bilmədi deyə bir neçə dəfə iltizam yazaraq onu aldatmışdır. Bir dəfə də 31 may 2022-ci il tarixdə saat 07 radələrində Cavabdeh ona zəng edərək, pulu gətirib gəldiyini, onun Balakən rayonu Tülü kənd nümayəndəliyinə gəlməsini bildirmişdir. O, 31 may 2022-ci il tarixdə saat 07 radələrində Balakən rayonu Tülü kənd İƏD üzrə nümayəndəliyinə gəlmiş, zəng edib Cavabdeh ora çağırmışdır. Cavabdeh ora gələn kimi ona verəsi pulunun olmadığını deyərək, onun üstünə gəlmişdir. Gülbəniz onu söyüb təhqir etmiş, onu itələyərək yerə yıxmış, onun başına çanta ilə vurmuşdur. Gülbəniz onu yerə yıxıb döydükdən sonra çıxıb getmişdir. O isə 102 xidmətinə zəng edib, baş vermiş hadisə barədə məlumat vermişdir. Balakən Rayon Polis Şöbəsində həmin faktla bağlı araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş başlanmış və onu döydüyünə görə Cavabdeh 300 (üç yüz) manat cərimə olunmuşdur. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh 6000 (altı min) manat pulu ona qaytarmır. Cavabdeh borcla bağlı əlyazmalarını və digər sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, Cavabdeh imza edib yazdığı 31 dekabr 2021-ci il tarixli «2020 oktyabrın 19-u 6000 manat pulu Pərişandan lazım olub götürmüşəm. 2020 ödəyə bilmədiyim üçün 2021 dekabrın 31 pulu Pərişana ödəyə bilməyib isə Pərişan pulu aparıb verə bilmədi. 2022 31 dekabrda günü gəlib Pərişan pulu götürəcək, vallah billah öz evimdə Quran haqqı öz əllərimlə verəcəm» və 07 yanvar 2022-ci il tarixli «2020 oktyabrın 19-u 6000 manat pulu Pərişandan lazım olub götürmüşəm. 2020 ödəyə bilmədiyim üçün 2021 dekabrın 21 pulu Pərişana ödəyib, Pərişan isə həmin adama verəsidi 6000 mini» adlı sadə yazılı əlyazmalarını ona vermişdir. Həmçinin iddia ərizəsinə əlavə etdiyi Balakən RPŞ-nin TB-nin təhqiqatçısının 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Balakən rayonu Talalar kəndində yaşayan İddiaçı şikayət ərizəsi əsasında toplanmış NK-İ-336 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə həmin maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə etdiyi Balakən Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 3 (019)-249/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, təmsil etdiyi İddiaçı izahatına uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 20 dekabr 2021-ci il tarixli 257 nömrəli arayışından görünür ki, İddiaçı adına Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələdən zərər çəkənlər üçün ayrılmış 4000 manat məbləğində kompensasiya pulu 15 oktyabr 2018-ci il tarixdə şəxsən özünə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 04 avqust 2022-ci il tarixli 1239 nömrəli arayışından görünür ki, həqiqətən Cavabdeh Balakən şəhəri S.Vurğun küçəsi 5 №-li evdə yaşayır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılıb imzalanmış 31 dekabr 2021-ci il tarixli sadə yazılı qəbzdən görünür ki, Cavabdeh 2020-ci il oktyabrın 19-u 6000 manat pulu Pərişandan lazım olub götürdüyünü, 2020-də ödəyə bilmədiyi üçün 2021-ci il dekabrın 31-i pulu Pərişana ödəyə bilməyb Pərişana pulu aparıb verə bilmədiyini, 2022 31 dekabr günü gəlib Pərişanın pulu götürəcəyini, vallah billah öz evində Quran haqqı öz əllərilə verəcəyini göstərərək, sadə yazılı formada bağlanmış bu müqavilə ilə İddiaçı 6000 manat borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 7 yanvar 2022-ci il tarixdə yazılıb imzalanmış sadə yazılı qəbzdən görünür ki, Cavabdeh 2020-ci il oktyabrın 19-u 6000 manat pulu Pərişandan lazım olub götürdüyünü, 2020-də ödəyə bilmədiyi üçün 2021-ci il dekabrın 31-i pulu Pərişana ödəyib, Pərişan isə 6000 manatı həmin şəxsə verəcəyini qeyd etmiş, sadə yazılı formada bağlanmış bu müqavilə ilə İddiaçı 6000 manat borcu olduğunu etiraf etmişdir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçıs, polis baş leytenantı X5 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Balakən rayonu Talalar kəndində yaşayan İddiaçı şikayət ərizəsi əsasında toplanmış NK- 1-336 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə həmin maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin aparılmış təhqiqat zamanı İddiaçı Cavabdeh 6000 manat pul verdiyini, xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Balakən rayonu Tülü kəndində «Tülü dairəsi» kimi adlanan yerdə olduğunu, Gülbənizə zəng vuraraq onun Tülü kənd İnzibati Ərazi Dairəsinə gəlməsini bildirdiyini, 15-20 dəqiqə sonra Gülbənizin tək ora gəldiyini və onun yanına çatan kimi «sənə veriləcək pulum yoxdur» deyərək onün üstünə gəldiyini, onu itələyərək yerə yıxdığını və onun başından sillə ilə vuraraq yerə yıxdığını, Gülbənizin onu yerə yıxdıqdan sonra çıxıb getdiyini göstərmiş, Cavabdeh izahatında 2020-ci ilin oktyabr ayında İddiaçı 6000 (altı min) manat pul götürdüyünü, hal-hazırda onun Pərişana olan borcunu ödəmədiyini və Pərişana hal-hazırda 6000 (altı min) manat borcu olduğunu, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Pərişanın ona zəng vuraraq Balakən rayonu Tülü kəndi üzrə İnzibati Ərazi Dairəsinin yanında olduğunu və pulu gətirməyini ondan istədiyini, onun Pərişana gələcəyini bildirdiyini, sonra onun Tülü kəndi İƏD-yə gedib nümayəndəliyin həyətində Pərişan ilə görüşdüyünü, həmin zaman nümayəndəliyin işə başlamadığını, onun Pərişanın yanına çatdıqda Pərişanın onu təhqir edərək pulunu istəməyə başladığını, sonra onun Pərişana halhazırda pulunun olmadığını, ona məxsus torpaq sahəsini satışa qoyduğunu və torpaq sahəsini satan kimi 2022-ci ilin dekabr ayında pulunu verəcəyini dedikdə Pərişanın onu təhqir edərək, ona 2-ci Vətən Müharibəsində iştirakçı olmuş veteran oğlunun ünvanına «kaş ki, sağ qayıtmayaydı» dediyini və əlində olan ağac parçası ilə onu vurmaq istədiyindən onun həmin ağac parçasını tutduğunu, sonra Pərişanın yenə onun üzərinə gəldiyindən Pərişanı itələdiyini və Pərişanın yerə yıxıldığını, Pərişan yerə yıxıldıqdan sonra əlində olan çanta ilə Pərişanın başından bir dəfə vurduğunu, sonra oradan çıxıb getdiyini, Pərişanın əlindəki ağac parçası ilə onu vurmaq istədiyindən onun həmin ağac parçasını tutduğunu, həmin zaman orada ikisi olduğunu və başqa heç kimin olmadığını, Pərişan ilə onun arasında olan mübahisənin təxminən 4-5 dəqiqə davam etdiyini qeyd etmiş, həmin izahatlar cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərarda əks olunmuş, həmin qərarla Cavabdeh İddiaçı 6000 manat borcunun olmasını etiraf etməsi təsdiq olunmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (019)- 249/2020 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarda tərəflərin verdiyi izahat və işdəki digər sübutlarla İddiaçı 2020-ci ilin oktar ayında həmin ilin dekar ayının 31-də qaytarmaq şərtilə Cavabdeh 6000 manat məbləğində pul verməsi, Cavabdeh həmin pulu qaytarmaması, xx.xx.2022-c il tarixdə saat 08 radələrində həmin pulun qaytarılmaması ilə bağlı tərəflər arasında şəxsi qərəzli münasibətlər zəminində mübahisənin yaranması və nəticədə Cavabdeh Balakən rayonu Tülü kəndində İddiaçı başına bir dəfə əl çantası ilə vuraraq ona qəsdən fiziki ağrı yetirməsi müəyyən olunmuşdur. Həmin inzibati xəta haqqında iş üzrə icraat zamanı Cavabdeh 2020-ci ilin oktyabr ayının 19-u İddiaçı 6000 manat pul götürməsini və həmin pulu İddiaçı qaytarmamasını məhkəmədə verdiyi izahatında etiraf etmiş və həmin izahat Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)-249/2022 nömrəli qərarında əks olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 19 oktyabr 2020-ci il tarixdə 31 dekabr 2020-ci il tarixədək qaytarmaq şərtilə 6000 (altı min) manat pul vermiş, Cavabdeh həmin 6000 manat pulu İddiaçı qaytarmamışdır. Cavabdeh 31 dekabr 2021-ci il tarixli və 7 yanvar 2022-ci il tarixli sadə yazılı müqavilələrlə İddiaçı 6000 manat borcunu etiraf etmişdir. Həmçinin Cavabdeh Balakən RPŞ-nin TB-nin təhqiqatçıs, polis baş leytenantı X5 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd olunmuş izahatında və Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3 (019)-249/2020 nömrəli qərarında əks olunmuş izahatında X4 6000 manat borcu olduğunu etiraf etmişdir. Hal-hazıra qədər də Cavabdeh İddiaçı borcunun etiraf olunduğu göstərilmiş həmin 6000 manat pulu ödəməmiş və iddiaçının hesabına qanuni əsas və ya müqavilə əsası olmadan əsassız varlanmış və həmin 6000 manat məbləğində İddiaçı maddi ziyan vurmuşdur. Cavabdeh 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmiş izahatında İddiaçı 2022-ci ilin dekabr ayında pulunu verəcəyini bildirdiyini göstərsə də, borcun etiraf olunması göstərilmiş 6000 manat puln 2022-ci ilin dekabr ayında ödənilməsi ilə bağlı İddiaçı razılıq verməsi və bu barədə tərəflər arasında hər hansı razılaşmanın olması iş materiaları ilə təsdiq olunmur. İddiaçının cavabdehin etiraf etdiyi sözügedən borcunun 2022-ci ilin dekabr ayında qaytaracağına razılaşması və həmin borcun ödənilməsi üçün məhz yeni müddət-2022-ci ilin dekar ayını təyin etməsi işdəki sübutlar əsasında müəyyən olunmur və cavabdeh də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı nə məhkəmədə verdiyi iddia ərizəsində, nə məhkəmədə verdiyi izahatında, nə 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş izahatında, nə də Balakən Rayon Məhkəməsinin xx.xx.20220-ci il tarixli 3 (019)-249/2022 saylı qərarında əks olunmuş izahatında etiraf olunmuş borcun qaytarılması üçün cavabdehə yeni müddətin-2022-ci il dekabr ayı müddətinin təyin olunmasını, bu barədə cavabdehlə razılaşdıqlarını göstərməmişdlir. Hətta bu hal qəbul olunsa belə, qanunvericiliyə əsasən iddiaçının cavabdeh tərəfindən borcu kimi etiraf olunan 6000 manat pulun cavabdehdən tələb edilməsi hüququna malikdir ki, iddiaçı da bu hüququndan istifadə etmişdir. Məhkəmə həmçinin işin faktoloji hallarına əsasən qeyd etmədiyi lazım bilir ki, iş üzrə cavabdeh sadə yazılı müqavilə ilə iddiaçıya olan 6000 manat borcunu etiraf etdiyinə görə hazırki mübahisənin həlli üçün Mülki Məcəllənin 882-ci maddəsinə istinad olunmalıdır, həmçinin qanuna görə borc müqaviləsi tərəflərin razılaşması ilə həm şifahi, həm də yazılı formada bağlandığı (Mülki Məcəllənin 740.1-ci maddəsi) və borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduqda həmin müqavilə yazılı formada bağlanmalı olduğu üçün (Mülki Məcəllənin 740.2-ci maddəsi) hazırki borc məbləğinin 3000 manata qədər hissəsi tələbi ilə bağlı həmin 3000 manat məbləğ üzrə borc müqaviləsinin şifahi formada bağlanması mümkünlüyü nəzərə alaraq Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normalarına, 3000 manatdan çox borcla bağlı müqavilənin yazılı formada bağlanmalı olması nəzərə alınmaqla 3000 manatdan çox məbləğ tələbi ilə bağlı isə əsassız varlanma normalarına istinad olunması qanunauyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdidə, borc verənə isə bu, yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh İddiaçı borcunu etiraf etdiyi 6000 manat pulu ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı həmin məbləğdə maddi ziyan vurmuş və onun hesabına əsassız varlanmışdır. Ona görə də həmin 6000 manat pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 (altı min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 80 manat alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; Cavabdeh 6000 (altı min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 80 manat alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar