Məhkəmə qərarları › İş №e-2(019)-883/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-883/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-883/2024 21.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Muradova (Məmliyeva) Aysel Elxan qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 29 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 və 15 iyul 2022-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2018-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 17 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə X11 adlı iki qızları dünyaya gəlmişlər. Evləndiyi ilk vaxtlardan cavabdehlə ailə münasibətləri normal olmamışdır. Aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-700/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan iki uşaq onun yanında saxlanılmışlar. Həmin vaxtdan sonra cavabdeh uşaqların baxılması üçün yardım etmişdir. Lakin son iki aydır ki cavabdeh uşaqların baxılmasına kömək etmir. Alimentin təyin edilməsi tələbi ilə, mediatora müraciət etmiş, Mediasiya prosesində cavabdeh iştirak etməmiş, heç bir razılıq ifadə etməmişdir.Bu barədə mediasiya arayışı verilmişdir. Cavabdeh Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə edir. Hər uşaq üçün hər ay 235 manat aliment ödəmək iqtidarındadır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində, 2021-ci il üçün 175 manat, 2022-ci il üçün 193 manat, 2023-cü il üçün 220 manat və 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, əlavə olaraq göstərdi ki, o,şokolad istehsalı şirkətində işləməklə ayda 375 manat əmək haqqı alır, Cavabdeh qazancı barədə isə onda heç bir sübut yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi sifarişlixəbərnaməli poçt vasitəsi ilə göndərilsə də o, Balakən rayonu Sarıbulaq kəndində yaşamadığından məhkəmə sənədlərinin ona təqdim edilməsi mümkün olmamışdır. Göstərilən sənədlərin Cavabdeh təqdim edilməsi üçün həmin sənədlər sifarişlixəbərnaməli poçt göndərişi ilə Balakən rayon İHB-nın Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Balakən rayon İHB Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 21 oktyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Balakən rayonu Sarıbulaq kənd sakini Cavabdeh nümayəndəlik ərazisində yaşamır. Ailə üzvülərinin deməsinə görə Rusiya Federasiyasındadır. Ona görə də göndərilən bildirişin ona təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 495203 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah Balakən Rayon Məhkəməsinin e-2(019)-700/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Rusiya Federasiyasının Nijeqorod vilayəti, Baş VVAQ idarəsinin N.Novqorod şəhəri Avtozavodsk rayon VVAQ şöbəsi tərəfindən 27 yanvar 2021-ci il tarixli İİİ-TH seriyalı 818676 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 dekabr 2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh , anası X9 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Rusiya Federasiyasının Nijeqorod vilayəti, Nijni Novqorod şəhərinin Avtozavodsk rayonunun VVAQ şöbəsi tərəfindən 15 avqust 2022-ci il tarixli İV-TH seriyalı 512310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 iyul 2022-ci il tarixdə anadan olmuş, atası Cavabdeh,anası X9 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/MT018/2023-01232 nömrəli X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X5 iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2-(019)-700/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2018-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 17 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları-xx.xx.2020-ci ildə anadan olmuş X8 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 anaları-X3 yanında saxlanmaları qət edilmişdlir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı nikahlarını xx.xx.2018-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 17 nömrə ilə qeydə aldırmaqla Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X7 və xx.xx.2022-ci ildə X10 adında iki uşaqları olmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və bir müddətdir ki, ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədirlər. Tərəflərin arasında olan nikah pozulmuşdur. Cavabdeh X4 uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahlarından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, İddiaçı cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, özünün isə işləməklə 375 manat qazanc əldə etməsini, alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 19 avqust 2024-cü il tarixdən başlayaraq 29 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 və 15 iyul 2022-ci il tarixdə arnadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 38.50 mediasiya xərci alınıb İddiaçı, 63.20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X14” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 19 avqust 2024-cü il tarixdən başlayaraq 29 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 və 15 iyul 2022-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38.50 mediasiya xərci alınıb İddiaçı ödənsin. Mediasiya xərcinin 11,50 manatı İddiaçı özünə aid edilsin. Cavabdeh 63.20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar