Məhkəmə qərarları › İş №e-2(019)-90/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-90/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-90/2025 08.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründƏ əldə etdikləri Balakən rayonu, Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin aralarında bölünməsi və torpaq sahəsinin ikidə bir hissəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə etdlikləri Balakən rayonu, Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin aralarında bölünməsi və torpaq sahəsinin ikidə bir hissəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan təkrarən məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalı, İddiaçı tərəfindən "xxxx" ASC-nin Balakən filialı tərəfindən, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 40 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. İddiaçı yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri Balakən rayonu, Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin aralarında bölünməsi və torpaq sahəsinin ikidə bir hissəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş baxılmamış saxlansın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Balakən filialı tərəfindən, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 40 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət rüsumunun qaytarılmasına aid hissədə qərardadın icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar