Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-907/2025 30.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi (azaldılması)” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(019)-38/2018 saylı Qətnaməsinə əsasən təyin edilmiş və Balakən rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-50/2025 saylı Qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 may 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.84 misli həddində alimentin dəyişdirilərək (azaldılaraq) xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.35 misli həddində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Cavabdeh ilə evlənmişlər. Nikahı xx.xx.2013-cü il tarixdə 24 sayla Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövrdə 2 uşaqları olub. 1.X8 - xx.xx.2006-cı il, 2. X9 - xx.xx.2013-cü il tarixdə doğulmuşdurlar. Balakən rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(019)-38/2018 saylı qətnaməsi ilə nikahın pozulması və hər iki uşağın ananın himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay hər bir uşaq üçün 110 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qərara alınmışdır. Cavabdeh “ sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksiyası barədə” ərizə ilə Məhkəməyə müraciət etmiş və Balakən rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)- 50/2025 saylı Qərardadı ilə Balakən rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(019) -38/2018 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının 14 may 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.84 misli həddində indeksasiya olunması qərara alınmışdır. Belə ki, o, bir uşaq üçün 340 manat aliment ödəməlidir. Məhkəməyə bildirir ki, xx.xx.2018-ci il tarixdə 96 sayla Balakən rayon Qeydiyyat Şöbəsində nikahı rəsmiləşdirməklə Əliqayeva (Mahamayeva) Kəmalə Yusif qızı ilə evlənmişdir. Onunla birgə yaşadıqları dövrdə iki uşaqları olub. 1.X10 - xx.xx.2019-cu il, 2.X7 -xx-xx-2020-ci il tarixdə doğulmuşdurlar. Halhazırda həyat yoldaşı Kəmalə və 2 uşağıyla birlikdə yaşayır. Bundan başqa himayəsində xəstə və qoca anası da yaşayır. O, fərdi işlərlə məşğul olsa da yüksək qazancı yoxdur. Həyat yoldaşı Kəmalə işləsə də əmək haqqısı azdır. Onun özüylə yanaşı maddi ehtiyaclarını təmin etməli olduğu ailə üzvləri var. Məhkəmənin Qərardadı ilə ona təyin edilmiş və öhdəsindən gəlinməsi qeyri mümkün həddə olan aliment miqdarı onun və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamağını mümkünsüz hesab edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məlumatı var ki, Cavabdeh "xxxx" MMC mehmanxanasında xadimə işləyir və onun müəyyən qazancı var. Bundan başqa onlar Esmira ilə ayrılarkən o, yaşayış evini də Cavabdeh bağışlamışdır. O, hal-hazırda uşaqlarıyla birlikdə həmin evdə yaşayir. Məhkəməyə müraciət etməzdən əvvəl alimentin miqdarının azaldılması ilə bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh orada alimentin miqdarının azaldılması ilə bağlı onunla razılaşmamışdır. Buna görə də Məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı alimentin azaldılması tələbi ilə bağlı iddia ərizəsi ilə razı deyil. Çünki qızı X9 2013-cü il təvəllüdlüdür. Kamran ona 110 manat aliment ödənişini davam etdirməyi düşünür. Artıq qızının böyüməsi ilə bağlı onun digər xərcləri də artmışdır. Hazırda ötən illərlə müqayisədə istehlak səbətinə daxil olan bütün malların qiymətlərində kəskin artım vardır. 340 manat məbləğində aliment məbləğinin təyin ediməsi ilə bağlı məhkəmə qərarı ədalətlidir və 12 yaşlı qızının gündən-günə artan tələbatlarını ödəməyə yalnız kifayət edər. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, o, fəhlə işləyir, əldə etdiyi qazanc 300 manatdır, himayəsində 5 və 6 yaşlı uşaqları var, ailəsini o dolandırır, aylıq 340 manat aliment ödəmək iqtidarında deyil. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etmişdir ki, iddiaçı uşaqlarla maraqlanmır, böyük oğlu universitetdə oxuyur, onun xərclərini qarşılamaqda çətinlik çəkir, 12 yaşlı qızının tələbatları günü-gündən artır, 110 manat alimentlə bunu qarşılaya bilmir, özü xadimə işləyir, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)- 38/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnamənin qəbul edildiyi tarixdən-13 fevral 2018-ci il tarixdən başlayaraq 18 iyun 2006-cı ildə doğulmuş X5 və 11 oktyabr 2013cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 27 iyul 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 271328 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında nikah 27 iyul 2018-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. AZ-l seriyalı 312563 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. AZ-lV seriyalı 437740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası X3r. AZ-lV seriyalı 317407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası X3r. Balakən Rayon Məhkəməsinin 8(019)-50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)- 38/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü ildə doğulmuş X2 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 14 may 2025ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 8(019)- 50/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 2(019)- 38/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü ildə doğulmuş X2 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 14 may 2025ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmuşdur. Bundan sonra alimentin miqdarı 336 manat olmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə ona təyin edilmiş və öhdəsindən gəlinməsi qeyri-mümkün həddə olan aliment miqdarı onun və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamağını mümkünsüz edir. Belə ki, fəhlə işləyir və aylıq qazancı 300 manatdır. 27 iyul 2018-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da 03 iyun 2019-cu il tarixdə X10 və 30 aprel 2020-ci il tarixdə X7 adlı övladları doğulmuşdur, özü ilə yanaşı maddi ehtiyaclarını təmin etməli olduğu ailə üzvləri var. İddiaçı qeyd olunanlara əsaslanaraq hazırda indeksasiya edilmiş aliment məbləğinin azaldılması tələb edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 38/2018 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə 110 manat sabit pul məbləğində aliment təyin edilmiş, bundan sonra İddiaçı ailə vəziyyətində dəyişiklik olmuş, belə ki, 27 iyul 2018-ci il tarixdə evlənmiş və həmin nikahdan da 2 uşaq - 03 iyun 2019-cu il tarixdə X10 və 30 aprel 2020-ci il tarixdə X7 doğulmuşdur. İddiaçıdan hər ay 336 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətinin həddən artıq ağırlaşmasına səbəb olacaqdır, belə ki, onun maddi və sosial vəziyyəti onun göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. Eyni zamanda alimentin miqdarının azaldılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində deyil, 0,5 misli həddində müəyyən edilməsi uşağın maddi vəziyyətinin pisləşməsinə səbəb olmayacaqdır. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-38/2018 saylı qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(019)-50/2025 saylı qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində alimentin məbləği azaldılmalı, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-38/2018 saylı qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 8(019)-50/2025 saylı qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,84 misli həddində alimentin məbləği azaldılsın. Qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-907/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-907/2025
30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver