Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-949/2023 30.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçı XXX İddiaçı iştirakı ilə, İddiaçı XXX İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı XXX İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh, oğlu- xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması ücün hər ay sabit pul məbləğində 250 ( iki yüz əlli ) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı XXX İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 15 avqust 2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Cavabdeh ilə evlənmişlər. Nikahları rəsmiləşdirilməmişdir. Birgə yaşadıqları dövrdə-xx.xx.2022-ci il tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. Azər ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. 2023-cü ilin aprel ayında Azərdən ayrılmışdır. Artıq 5 aydır ki, oğlu Aslan onun himayəsində yaşayır. O, ağır ailə şəraitində kirayədə yaşayır. Oğluna təkbaşına baxır. Cavabdeh uşağın baxılmasında ona heç bir köməklik göstərmir.Özü heç yerdə işləmir. Uşağa tək baxmaq onun üçün çox çətindir. Buna görə oğlunun baxılıb saxlanılması üçün Azərdən aliment tələb edir. Azər işləmək məqsədi ilə Rusiyaya gedib gəlir. Yüksək qazancı var. Uşağın baxılması üçün yüksək məbləğdə aliment ödəyə bilər. Azərin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Çelyabinsk şəhər Administrasiyasının Kurçatov rayon VVAQ şöbəsi tərəfindən 29 oktyabr 2022-ci il tarixdə verilmiş V-İB seriyalı 569304 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 16 sentyabr 2022-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə XXX İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Çelyabinsk şəhər Administrasiyasının Kurçatov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli İ-İB seriyalı 702638 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh o oğlu 16 sentyabr 2022-ci il tarixdə Rustiya Federasiyası , Çelyabinks vilayəti, Çelyabinsk şəhərində anadan olmuş XXX Aslan Azər oğlunun atası hesab edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 X5 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞŞ/MT018/2023 01942 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, XXX İddiaçı X3 iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı XXX İddiaçı ilə Cavabdeh 15 avqust 2021-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını rəsimiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından xx.xx.2022-ci ildə X4 adında bir uşaqları olmuşdur. Uşaq anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 15 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı XXX İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı XXX İddiaçı ödədiyi 50 manat mediasiya xərcinin 34 manatı Cavabdeh alınıb iddiaçı XXX İddiaçı ödənməli, 40.40(qırx manat qırx qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı XXX İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı XXX İddiaçı ödədiyi 50 manat mediasiya xərcinin 34 manatı Cavabdeh alınıb iddiaçı XXX İddiaçı verilsin. Cavabdeh 40,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə verilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-949/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-949/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver