Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-993/2023 01.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2022-ci ilin fevral ayında Balakən şəhər sakini Cavabdeh ilə evlənmişdir. Nikahları rəsmiləşdirilməyib. Birgə yaşadıqları dövrdə bir uşağı olmuşdur. X6 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Qurban ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. 2023-cü ilin iyul ayında Qurbandan ayrılmışlar. Artıq 2 aydır ki, oğlu Məhəmməd onun himayəsində yaşayır. O, Məhəmmədlə birlikdə ata evində yaşayır. Cavabdeh uşağın baxılmasında ona heç bir köməklik göstərmir. Heç yerdə işləmir. Uşağa tək baxmaq onun üçün çox çətindir. Buna görə oğlunun baxılıb saxlanması üçün Qurbandan aliment tələb edir. Qurban fərdi işlərlə məşğuldur. Onun müəyyən qazancı vardır. Qurbanın rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə iddianı qəbul etməyərək, Cavabdeh fəaliyyət qabiliyyəti olayan şəxs olduğunu və ayda 327,21 manat pensiya aldığını və Qurbandan məhkəmə qətnaməsi ilə daha iki yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cəmi 220 manat alimentin tutulduğunu, Cavabdeh aldığı 327,21 manat pensiyanın 70 faiz hissəsindən alimentin tutulduğunu, hazırki uşağın saxlanması üçün alimentin tutulması ilə bağlı Qurbanın pensiyasından vəsaitin qalmadığını göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli AZ-İV seriyalı 831854 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə doğulmuş, atası Cavabdeh və anası İddiaçı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 sentyabr 2023-cü il tarixli 1784 nömrəli arayışından göbrünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh Faiz oğlu və onun qanuni nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-255/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X14 arasında bağlanmış 28 iyul 2011-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 169 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları-xx.xx.2012ci il tarixdə doğulmuş X7 və xx.xx.2013-cü il tarixdə doğulmuş X9 anası X10 yanında saxlanılmış, 31 yanvar 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X11 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 iyun 2020-ci il tarixdə verilmiş AZ-İ 347843 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqqında akt qeydləri kitabında 2020-ci ilin iyun ayının 17 günündə 68 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin 02 noyabr 2023-cü iml tarixli 975/4 saylı arayışından görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment öhdəliyi üzrə borclu Cavabdeh 327,21 manat pensiyasının 70 faiz hissəsi tutularaq tələbkar X11 ödənilir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(019)-327/2022 nömrəli qətnaməsindən görünür ki, xx xxxx 1988-ci il tarixdə Balakən şəhərində doğulmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2022-ci il tarixli 165 nömrəli sərəncamından görünür ki, Qanuni nümayəndə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-327/2022 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən oğlu, xx.xx.1988-ci ildə doğulmuş Cavabdeh qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X20 Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 252 nömrəli tibbi arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.1993-cü il tarixdən MRX-nın poliklinika şöbəsində nevroloji kabinetdə «uşaq serebral iflici hiperkinetik forma» diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iddiaçının və cavabdehin qanuni nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2022-ci ilin fevral ayında evlənib ər-arvad münasibətlərinə girmişlər. Onların ər-arvad münasibətlərindən xx.xx.2022-ci il tarixdə X6 adında bir uşaq doğulmuşdur. İddiaçı ilə Cavabdeh evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamış, lakin onlar 2023-cü ilin iyul ayında ayrılaraq ər-arvad münasibətlərini kəsmişlər. İddiaçı uşağı Məhəmməd Qasımovla atasının evində yaşayır. X1 iddiaçının himayəsindədir. Cavabdeh uşağın baxılmasında İddiaçı heç bir köməklik göstərmir. İddiaçı heç yerdə işləmir. Uşağa tək baxmaq iddiaçı üçün çox çətindir. Tərəflər arasında aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh Faiz oğlu və onun qanuni nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-255/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X14 arasında bağlanmış 28 iyul 2011-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 169 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları-xx.xx.2012ci il tarixdə doğulmuş X7 və xx.xx.2013-cü il tarixdə doğulmuş X9 anası X10 yanında saxlanılmış, 31 yanvar 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X11 verilməsi qət edilmişdir. Cavabdeh ilə X14 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqqında akt qeydləri kitabında 2020-ci ilin iyun ayının 17 günündə 68 № ilə qeyd edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment öhdəliyi üzrə borclu Cavabdeh 327,21 manat pensiyasının 70 faiz hissəsi tutularaq tələbkar X11 ödənilir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(019)-327/2022 nömrəli qətnaməsinə əsasən xx xxxx 1988-ci il tarixdə Balakən şəhərində doğulmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Balakən rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2022-ci il tarixli 165 nömrəli sərəncamına əsasən Qanuni nümayəndə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)- 327/2022 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən oğlu, xx.xx.1988-ci ildə doğulmuş Cavabdeh qəyyum təyin edilmişdir. Cavabdeh xx.xx.1993-cü il tarixdən Balakən MRX-nın poliklinika şöbəsində nevroloji kabinetdə «uşaq serebral iflici hiperkinetik forma» diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin ər-arvad münasibətlərindən doğulmuş uşağın mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin təyini məsələsində tərəflərin mənafeyi arasında ədalətli tarazlıq prinsipini təmin edərkən məhkəmə qeyd edir ki, iş materiallarına əsasən cavabdeh 327,21 manat pensiya alır və onun pensiyasının təqribən 70 faizi Balakən Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş iki uşağın saxlanması üçün hər ay cəmi 220 manat alimentin ödənilməsinə yönəldilir. Həmçinin iş materiallarına əsasən cavabdehin hər hansı digər qazanca (gəlirə) malik olması və onun mülkiyyətində hər hansı tələb yönəldilə biləcək əmlakının olması müəyyən olunmur. İş üzrə iddiaçı X12 iddia tələbinin əsaslandırıldığı hal kimi göstərdiyi Cavabdeh fərdi işlərlə məşğul olması və bunun nəticəsində müəyyən qazancının olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Əksinə iş materiallarından müəyyən olunur ki, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxsdir və əlildir, əlil kimi də aylıq 327,21 manat pensiya alır. Lakin cavabdehin 327,21 manat pensiyasından başqa aylıq digər hər hansı qazanca (gəlirə) malik olmaması və onun həmin pensiya məbləğinin 70 faiz hissəsinin digər 2 uşağına aliment ödənilməsinə yönəldilməsi onu İddiaçı ilə ər-arvad münasibətlərindən doğulmuş uşağı saxlamaq vəzifəsindən azad etmir. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Digər tərəfdən qanunvericiliyin tələbinə və humanizm prinsipinə görə uşağın mənafeyi valideynin mənafeyindən daha üstün sayılmalıdır. Məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması da şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması və onun üstün mənafeyinin təmin edilməsi ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi, iddiaçının işləməməsi və aylıq hər hansı qazancının (gəlirinin) müəyyən olunmaması, cavabdehin aylıq yalnız 327,21 manat pensiya alması və həmin pensiyanın 70 faizinin Balakən Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş hər uşağa 110 manat olmaqla iki uşağa görə cəmi 220 manat alimentin ödənilməsinə yönəldilməsi, valideynlərin uşağı saxlamaq üçün bərabər vəzifələr daşıması və valideynlərin uşaq üçün yaşayış minimununu ödəmək vəzifəsi daşıması, bu konteksdə tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurətindən çıxış edərək, alimentin miqdarının cavabdehin başqa nikahından olan iki uşağın hər birinə ayda 110 manat təyin olunması xüsusunda İddiaçı ilə ər-arvad münasibətlərindən doğulmuş uşağa görə də hər ay 110 manat aliment təyin olunmasının əsaslı və ədalətli olması nəticəsinə gəlir. Belə nəticə həm də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit olunmuş haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanır. Ona görə də məhkəmə hesab edir ki, uşağın saxlanması üçün hər ay 200 manat aliment tələbi qismən-hər ay 110 manat alimentin tutulması tələbi hissəsində təmin edilməli, ayda 110 manat aliment tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 112.1.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilirlər. Qanun normasının tələbindən görünür ki, alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki alimentlə bağlı hər ay 220 manat iddia tələbi üzrə iddianın qiyməti bir il ödəmənin məcmusu olaraq 2640 manat təşkil edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən də buna görə ödənilməli olan dövlət rüsumu 46,40 manat olmalıdır. Qanuna görə də iddiaçı bu rüsumu ödəməkdən azad olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən də ödənilmiş mediasiya xərci dövlət rüsumuna hesablanır. İddianın hər ay 110 manat aliment məbləği hissəsində təmin olunması nəticəsinə gəlinmişdir ki, bunun da bir il ərzində ödəmə məcmuyu 1320 manat təşkil edir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödəməli olan dövlət rüsumu da 33,20 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən 33,20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi kömək göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 02 oktyabr 2023-cü il tarixdən başlayaraq tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 33,20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 02 oktyabr 2023-cü il tarixdən başlayaraq tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 33,20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-993/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-993/2023
01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver