Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-102/2024 23.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan mal-qara “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh, təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh qeydiyyatında 83 baş xırdabuynuzlu qoyun və keçi qeydiyyata alınmışdır. Hadisə zamanı o mal-qaranı magistrai yolun tam kənarında ötürdüyü üçün ona məxsus qoyunlardan biri magistral yola doğru qaçaraq “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxmışdır. Nəticədə də maşına maddi ziyad dəymişdir. Odur ki, Cavabdeh “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat pulun və ödənilmiş 67.30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 19 dekabr 2019-cu il tarixdə yol-nəqlyyat hadisəsi baş verməsi ilə təqsirli olduğuna görə inzibati qaydada İXMnin 338.7-ci maddəsinə əsasən Beyləqan rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli İnzibati qərarına əsasən 80 manat məbləğində cərmə edilmiş və cərməni ödəmişdir. Yol nəqliyyat hadisəsi 19 dekabr 2019-cu il tarixdə törənmişdir. İddiaçı Sığorta Şirkəti ASC isə ona qarşı 2023-cü ilin noyabr ayında iddia qaldıraraq “Opel Corsa” markalı ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4692,62 manat ziyan vurmağı barədə “Subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldırmışdır. Yol nəqliyyat hadisəsi 19 dekabr 2019-cu il tarixdə törənmiş və həmin tarixdən 3 il 11 ay keçdikdən sonra İddiaçı Sığorta Şirkəti ASC iddia qaldırmışdır. Vaxtaşarı ödəmələr üzrə iddia müddəti 3 ildir. Atəşgah” Sığorta Şirkəti ASC ona qarşı “Opel Corsa” markalı ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692,62 manat pulun və ödənilmiş 67,30 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası üzrə iddia müddəti ötürüldüyündən Atəşgah” Sığorta Şirkəti ASC iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət eləməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş 081722 saylı sığorta aktından görünür ki, “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta olunmuşdur. Yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan mal-qara “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə zamanı müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan malqara “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törənmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh, təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi edilib iddianın rədd edilməsini xahiş etmişdir. O, ərizəsini iddia müddətinin tətbiqini vaxtaşırı ödəmələr üzrə iddia müddətinin 3 il olduğunu, iddiaçının isə 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsinə dair vəsatətini məhkəmə əsaslı hesab etmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, hazırkı tələb vurulmuş ziyanla bağlıdır və həmin tələbə 3 illik iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh könüllü sığortalı olan “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4692.62 manat pulun və ödənilmiş 67.30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239- 241-244,253.cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh könüllü sığortalı olan “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4692.62 (dörd min altı yüz doxsan iki manat altmış iki qəpik) manat pul və ödənilmiş 67.30 (altmış yeddi manat otuz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-102/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-102/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver