Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-233/2025 15.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh nümayəndəsi və vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 39.700 manat əsas, ödənilmiş 211 manat dövlət rüsumu və vəkilə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək işə onun iştiakı olmadan bazılmasını xahiş etmişdir. İddiaçı müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.1960-cı il tarixində anadan olmaqla ünvan 1 ünvanda yerləşən bir otaqlı yaşayış evində yaşayan zaman Cavabdeh kirayəçi qismində evində qalmışdır. Qartal özlüyündə yaxşı insan olmasa da o, Qartala öz övladı kimi baxmışdır. Hər ay aldığı 300 manat təqaüdünün yarısını və Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi, ev 21, mənzil 8-dən aldığı 250 manat kirayə pulunu Qartala vermişdir. Qartal özünü yaxşı insan kimi aparmış və onu inandırmişdir. Gələcəkdə qohumları o, öləndən sonra Qartaldan mülk tələb etməsinlər deyə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi, ev 21, mənzil 8-i xx.xx.2021-ci il tarixdə 43.000 manata sataraq təxminən 10 gündən sonra Xırdalan şəhəri, T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü birmərtəbəli evi əvvəlki sahibi Cəlal adlı şəxsə 32.000 manat pul verərək notariat kontorunda bağlanmış müqaviləyə əsasən Qartalın adına rəsmiləşdirərək almışdır. Həmin evi kirayəyə verərək yenə də Qartal ilə birlikdə yaşamağa davam etmişdir. Bir qədər sonra Qartala evlənmək və dişlərini təmir etmək üçün həmin puldan 7200 manat əlavə xərclər üçün pul vermişdir. Qatral evlənib Xırdalan şəhəri,T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü bir mərtəbəli evə köçmüş və 10 gündən sonra onu da həmin evə aparmışdır. O, Qartal üçün elçi getmiş, onu evləndirmiş və evinə köçürmüşdür. Bir qədər sonra Qartalın ona olan münasibəti dəyişmiş, onu ruhi əsəb dispanserinə yerləşdirmək istəmişdir. Lakin qohumlarının köməyi ilə onun əlindən qurtulub kirayəyə verdiyi evə köçüb orada yaşamışdır. Cavabdeh onu ömürlük saxlamaq adı ilə evini onun adına rəsmiləşdirilməsinə söz versə də buna əməl etməmişdir. Qartalın onu aldatdığı və xeyli pulunu ələ keçriməsi barədə Abşeron rayon Pİ-nə rəsmi şikayət vermişdir. Abşeron RPİ-nin müstəntiqi polis mayoru S.M.Yusifovun 25 mart 2024-cü il tarixli qərar ilə cinayət işi başlanılması rədd edilmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki,Cavabdeh ondan 39.700 manat pul almışdır. İstintaq zamanı Qartal onun tələbini inkar etmişdir. Ona görə də məhkəmədə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, mülkiyyət hüququnun tanınması və ya evin alınmasına ödənilmiş 32.000 manat, təmirinə 12.000 manat sərf olunmuş pulun alınaraq ona verilməsinə dair iddia tələbi verməli olmuşdur. Sosial şəbəkələrdə verilən elandan ona aydın olmuşdur ki, Cavabdeh evi təcili olaraq ucuz qiymətə satmaq istəyir. Hətta bu barədə elan vermişdir. Evi satandan sonra ona bu hal məlum olumuşdur. Dərhal Abşeron rayon Məhkəməsinə ərizə verərək MTT kimi evin üzərinə həbs qoydurmuşdur. Onun iddia tələbi üzrə çıxarılcaq qətnamənin icrasının mümkünsüz olacağını və hüquqlarının qorunmasının mümkünsüz olacağını nəzərə alaraq mübahisə predmeti olan Xırdalan şəhəri,T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü bir mərtəbəli evin üzərinə həbs qoyulmalıdır. Ona görə də, Cavabdeh 39.700 manat əsas, ödənilmiş 211 manat dövlət rüsumu və vəkilə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh 3-4 ildir ki, tanıyır və onu oğlu kimi qəbul etmişdir. Cavabdehə inandığı üçün evi onun adına rəsmləşdirmiş və bu barədə aralarında rəsmi sənəd olmamışdır. Cavabdeh onu ömrümün axırına kimi saxlayacağına dair söz verdiyindən, həmçinin Qartalı oğul kimi qəbul etdiyindən evini ona vermişdir. Qartal özünü yaxşı insan kimi aparmış və onu inandırmişdir. Ona görə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh nümayəndəsi və "Yusif Allahverdiyev və partnyorları" Vəkil bürosunu vəkili Vəkil2 iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirdi. Həmçinin o, iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının iddiası əsassızdır. Belə ki, Abşeron rayon Məhkəməsinin mülkiyyət hüququ tanınması bağlı məhkəmə qətnaməsi vardır. Həmçinin iddiaçı iddia edir ki, Abşeron RPİ- nin 25 mart 2024-cü il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilmə qərarında Cavabdeh ondan 39700 manat pul almasını etiraf etmişdir. Lakin həmin qərarda Cavabdeh elə bir etirafedici ifadəsi yoxdur. İddiaçı Cavabdeh 2000 manat yarımçıq qalmış təhsilini bərpa etmək və 500 manatı isə dişlərinin müalicəsi üçün hədiyyə kimi vermişdir. Cavabdeh yarımçıq qalmış təhsilini bərpa edə bilmədiyi üçün İddiaçı qaytarmaq istəsə də o, pulu qəbul etməyib hədiyyə kimi verdiyini demişdir. Cavabdeh Xırdalan şəhəri, T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü bir mərtəbəli evi öz şəxsi vəsaitilə almışdır. Həmin evi ona heç kim, o cümlədən İddiaçı verməmişdr. Cavabdeh İddiaçı pul alması barədə heç bir etiraf ifadəsi yoxdur. Həmçinin İddiaçı Cavabdeh pul verməsi barədə heç bir sübutu yoxdur. Odur ki, iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4135/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı iddia ərizəsində Abşeron RPİ-nin 25 mart 2024-cü il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilmə qərarında Cavabdeh ondan 39700 manat pul almasını etiraf etməsini qeyd etmişdir. Lakin iş materiallarında olan Abşeron RPİ-nin cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 mart 2024-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ona iddiası ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı tanıyır. O, 2020-cı ilin əvvəllərindən İddiaçı ünvan 2 ünvanında yerləşən evinin bir otağında kirayədə yaşamışdır. Həmin vaxtdan o, İddiaçı tək yaşamasını, qohumlarının komək etməməsini və xəstə olmasını görmüşdur. Bir nəfər qadın müqavilə ilə həftədə 2 dəfə gəlib İddiaçı qulluq edirmiş. O, orada yaşadığı müddətdə İddiaçı onunla səmimi münasibət yaratmış və onu övladı gözündə gördüyünü ona baxıb qulluq etməyini, öləndə də evinin onun adına keçməsinə görə vəsiyyətnamə verəcəyini bildirmişdir. O, İddiaçı ilə razılaşmışdır. Elə həmin vaxtdan etibarən o, İddiaçı evində yaşayaraq yeməyi bişirmiş paltarlarının və evinin təmizliyini etmişdir. Xəstəliyi ilə əlaqədar İddiaçı müalicəsi üçün zəruri olan dərmanları almışdır. 2021-ci ilin aprel ayında İddiaçı ünvan 3 ünvanında yerləşən evini satmaq istədiyini bildirmişdir. Səbəb kimi isə evi kirayəyə verdiyi oğlanların ora yüngül həyat tərzi keçirən qadınlar gətirməsi ilə əlaqələndirmişdir. Həmçinin Həmidə adlı qadının İddiaçı evi satmaq barədə məsləhət verdiyini bildirmişdir O, İddiaçı etiraz etməmişdir. Həmin evi İddiaçı 44000 (qırx dörd min) manata satmışdır. Həmin puldan ona 2000 manat yarımçıq qalmış təhsilini bərpa etmək 500 manat isə dişlərinin müalicəsi üçün hədiyyə vermişdir. O, təhsilini bərpa edə bilmədikdə isə 2000 manat məbləğində pulu ona qaytarmaq istəmişdir. Lakin, İddiaçı həmin pulu ona ana hədiyyəsi kimi vediyini demiş və pulu götürməmişdir O, həmin pulu İddiaçı məişət xərclərinə sərf etmişdir. Həmin ərəfələrdə Abşeron rayonu Xırdalan şəhəri, Tofiq Bayramov küçəsində üç otaqlı ev almışdır. İddiaçı ilə yaşadığı üçün həmin evi müvəqqəti yaşaması üçün qardaşı X2 vermişdir. Həmin müddət ərzində İddiaçı ona evlənməyi, ailə qurmağını birlikdə yaşamalarını təklif etmişdir. O, İddiaçı ilə razılaşmışdır Hətta İddiaçı onunla birlikdə bir neçə yerə elçiliyə getmişdir. Sonda hal-hazıra həyat yoldaşı olan X3 ilə evlənməyinə razılıq almaq üçün İddiaçı və bacısı Aynur Səmədova ilə birlikdə elçiliyə getmişdir. Onların evlənməyinə razılıq əldə olunmuş və onlar birlikdə İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən evinə getmişdirlər. Bundan sonra X4 ona, bildirmişdir kı, Təranə onun evində yaşmasını və ona qulluq etməsini təklif etmiş və ailə həyatı qurmaq istədiyi qadını bəyənmədiyini onunla eyni evdə yaşaya bilməyəcəyini demişdir Həmin vaxt o, İddiaçı əhəmiyyət verməmişdir. 2023-cu ilin aprel ayında o, evlənmiş və 28 aprel 2023-cü il tarixdən ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, Tofiq Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü birmərtəbəli evə köçmüşdür. İddiaçı isə 2023-cü ilin iyun-iyul aylarında onun yaşadığı evə gəlmiş öz yaşadığı evi isə kirayəyə vermişdir. Təxminən 10 gun sonra isə İddiaçı onların həyat tərzi ilə uyğunlaşa bilməmişdir. Belə ki, onlar evdə hər musiqiyə qulaq asmadıqlarına, televizora çox baxmadığlarına yad insanlara o cümlədən İddiaçı özünə də "naməhrəm" yəni öz ailəsindən olmayan kimi baxdıqlarına görə Təranə narahat olduğunu demiş və öz yaşadığı evə getmək istədiyini, onunla olan razılığını pozduğunu, evini ona vəsiyyət etməyəcəyini bildirmişdir. O, israrala İddiaçı evdə qalmasını normal qulluq etdiklərini izah etsə də, Təranə onunla razılaşmamış və getmişdir. O, Abşeron rayonu, Xırdalan şahəri Tofiq Bayramov küçəsində yerləşən 3 otaqlı kürsülü birmərtəbəli evi öz şəxsi vəsaitilə almışdır. Həmin evi ona heç kim o cümlədən İddiaçı verməmişdir. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddiasının rədd edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-4135/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Xırdalan şəhəri, T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi yaşayış evinin onun vəsaiti hesabına alınmasını iddia etsə də, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. İddia tələbinin əsasını təşkil edən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən Çıxarış qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış fərdi yaşayış evinə deyil, torpaq səhəsinə verilmişdir. Həmçinin həmin torpaq sahəsinin onun vəsaiti hesabına alınmasına dair heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisə predmeti olan əmlak üzərinə həbs qoyulması barədə xahişi ayrıca icraat qaydasında, müvvəqəti təminat tədbiri kimi baxıla bilər, ona görə də, iddia bu hissədə də, təmin edilə bilməz. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e- 2(012)-4135/2024 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin e -2(012)-4135/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Xırdalan şəhəri, T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi yaşayış evinin onun vəsaiti hesabına alınmasını, Cavabdeh ondan 39.700 manat pul almasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmədə tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanması müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin tərəflər arasında hər hansı bir müqavilə bağlanmamışdır. Cavabdehin iddiaçıya pulla bağlı öhdəliyi müəyyən edilməmişdir. İddiaçı cavabdehin onu ömürlük saxlamaq öhdəliyini üzərinə götürməsini göstərsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmədə müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4135/2024 saylı xx.xx.2024cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehin ev və ya torpaq sahəsi almaqdan ötürü iddiaçıdan 39.700 manat pul alması araşdırılmış, sübutlar qiymətləndirilmiş, həmin fakt öz təsdiqini tapmadığından mübahisələndirilməsi və yenidən qiymətləndirilməsi yolverilməz olması baxımından da məhkəmə iddianın rədd olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası sübuta yetmədiyinə görə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 211(iki yüz on bir manat) manat və vəkilə ödədiyi 320 (üç yüz iyirmi) manat pul onun özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-233/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-233/2025
15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver