Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-350/2025 24.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil2, Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın nümayəndəsi X3, Beyləqan şəhər 8 saylı tam orta məktəbin psixoloqu X4, Beyləqan şəhəri, F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin müəllimi X5 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağın saxlanması üçün hər ay Cavabdeh 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək İlk iddianın təmin edilməməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə faktiki nikahlarından 09 sentyabr 2016-cı il tarixdə anadan olan Rəsul adlı uşağının İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Cavabdeh ilə 2014-cü ildə el adəti ilə toy edərək ailə qursalarda nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikahlarından xx.xx.2016-cı ildə Rəsul adlı uşaqları doğulmuşdur. Aralarında olan mübahisə və narazılıqlardan dolayı faktiki olaraq ayrılmışlar. Həmin vaxt uşaq balaca olduğu üçün anasının yanında getmişdir. Nuranə xx.xx.2023-cü ildə evdən gedərkən uşağı 1-ci sinifdə oxuyurdu. Cavabdeh Tovuz Rayon Məhkəməsinə müraciət edərək uşağın saxlanılması üçün aliment tələb etdiyindən Tovuz Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2023 saylı qətnaməsi ilə hər ay 180 manat məbləğində almentin ondan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. O, həmin alimenti vaxtlı-vaxtında ödəmişdir. 2024-cü ildə telefonla danışıq zamanı cavabdeh ona yenidən ailə qurmaq istədiyini bildirəndə, ona övladının ailə qurduğu adamın yaşadığı yerə aparılmasına narazılığını bildirmişdir. Həmin vaxt cavabdeh ona “onda gəl uşağı apar” cavabını verdiyindən, o, da gedərək uşağı yanına gətirmişdir. 2024-cü ilin sentyabr ayından uşaq onun yanında qalmaqla, Beyləqan şəhəri F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə təhsil alır. Hazırda uşaq ona bağlıdır və onun yanında qalmaq istədiyini bildirmişdir. O, işi ilə bağlı evdə olmayanda uşağına ata və anası baxır. Odur ki, Cavabdeh ilə faktiki nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağın saxlanması üçün hər ay Cavabdeh 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona ödənilməsini və Cavabdeh ona qarşı qarşılıqlı iddiasının isə rədd edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ilə 2014-cü ilda el-adəti qaydasında evlənib ailə qurmaqla faktiki ailə münasibətində olmuşlar və faktiki nikahlarından 09 sentyabr 2016-cı il tarixdə Rəsul adlı uşaqları anadan olmuşdur. Elçinlə aralarında olan narazılığa görə ayrılmışlar. O, Tovuz Rayon Məhkəməsində Elçinə qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin 30 may 2023-cü il tarixli 2(062)-1130/2023 saylı qətnaməsi ilə 30 mart 2023-cü il tarixdən hesablanmaqla cavabdeh İddiaçı 09 sentyabr 2016-cı il təvəllüdlü Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Lakin oğlu Rəsul atasının yanında olduğundan və atası uşağı ona vermədiyindən o, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 16(020)-2/2025 saylı qərardadı ilə onun ərizəsi qismən təmin edilmişdir. Elə bu səbəbdən də İddiaçı hazırkı ilk iddia ilə məhkəmədə iddia qaldırmışdır. Elçinlə ayrıldıqdan sonra uşaq onun yanında qalmışdır. Elçin atasının xəstə olduğunu bildirmiş və uşağını babası ilə görüşdürmək adı ilə Beyləqan rayonuna gətirmişdir. Lakin uşağı sonradan qaytarmamışdır. Ona görəbir müddət Beyləqanda qalmış, sonradan narazılıq olduğu üçün çıxıb getmişdir. Bir neçə dəfə uşağı ilə görüçmək istəmişdir. Elçin onun nömrəsini blokladığı üçün telefonla əlaqə saxlaya bilməmişdir. Bundan başqa bayramda gəlib uşağı ilə görüşmək istəmiş, Elçin uşağı ona vedrmədiyindən evdə uşağı ilə görüşmüşdür. Elçin uğaşa yaxşı baxmır və uşağını xəstələndirir. Elçinin hərəkəti onu ana qayğısından məhrum edir. O, isə bir ana kimi uşağından ayrı yaşaya bilmir. Uşağının ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Uşağın onda qalmasına mane olan hər hansı hal mövcud deyildir. Uşağına anadan olandan özü baxmışdır. O, Elçinə “kimləsə ailə quracam gəl uşağını apar” deməmişdir O, uşağını götürməyə gedərkən Elçin ona şiddət göstərmiş və uşağı ona verməmişdir. Elçinlə əvəllər münasibətləri yaxşı olsada son illər ona nalayiq sözlər demiş, ona şər atmış, şiddət göstərib təhqir etmişdir. Elçin uşağı özü ilə kafe və çayxanaya aparır. Uşağa mobil telefon almış, avtomobili idarə etmək üçün ona vermiş, uşaq da belə şeylərdən şirniklənib atası ilə qalmaq istədiyini bildirmişdir. Uşağı azyaşlıdır üçüncü sinifə gedir, ona səhər yeməyi vermək, ümumuyətlə yemək bişirib verməyə ehtiyac vardır. Oğlu birinci və ikinci sinifi onun yanında oxumuşdur. Uşağın paltarını yumaq onu ütüləmək və təmiz saxlanması vacib məsələdir. Uşaq anadan olandan uşağının qulluğunda özü durmuşdur. Hazırda isə Elçin işə gedir, uşaq onun yaşlı valideynlərinin yanında qalır. Halbu ki, o, özü uşağını saxlamaq, onun tərbiyyəsi ilə məşğul olmaq iqtidarındadır. Ona görə də, İlk iddianın təmin edilməməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə faktiki nikahlarından 09 sentyabr 2016-cı il tarixdə anadan olan Rəsul adlı uşağının İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi komissiyanın rəyini əsaslandıraraq izahatında göstərdi ki, komissiyanın iclasına dəvət olunmuş X8 ilə aparılan söhbət zamanı verilən suallara cavab olaraq onun ataya bağlılığı müəyyən edilmiş və o, atasının yanında qalmaq istədiyini bildirmişdir. Komissiya xx.xx.2016-cı il tarixdə anadan olan X6 atasına bağlılığını nəzərə alaraq onun atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında AZ İV 222303 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Onun atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarına əlavə Tovuz rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(062)-1130/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2016-ci il təvəllüdlü Rəsul adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın rəyindən görünür ki, komissiyanın iclasına dəvət olunmuş X8 ilə aparılan söhbət zamanı verilən suallara cavab olaraq onun ataya bağlılığı müəyyən edilmiş və o, atasının yanında qalmaq istədiyini bildirmişdir. Komissiya xx.xx.2016-cı il tarixdə anadan olan X6 atasına bağlılığını nəzərə alaraq onun atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Tovuz rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyanın rəyindən görünür ki, komissiya uşağın mənafeyini, səhhətini, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həyat şəraitinin müayinə edilməsinin nətcələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü və 114-cü maddələrini nəzərə alaraq uşağın mənafeyinin üstünlüyünü, uşağın təlim tərbiyyəsinin, gələcək təhsini nəzərə alaraq normal yaşaması üçün xx.xx.2016-cı il təvəllüdlü X6 anası Cavabdeh yanında və himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının, cavabdehin və onun vəkilinin izahatlarını, Qəyyumluq və Himayə işlər üzrə komissiyanın rəylərini və iş materaillarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia rədd və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, Cavabdeh ilə İddiaçı 2014-cü ildə ailə quraraq faktiki ailə münasibətində olmuşlar və faktiki nikahlarından 09 sentyabr 2016-cı il tarixdə Rəsul adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra Cavabdeh uşağı ilə birlikdə Tovuz rayonuna gedərək valideynlərinin yanında yaşamışdır. Sonradan o, uşağın saxlanması üçün Tovuz rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(062)-1130/2023 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2016-ci il təvəllüdlü Rəsul adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan bir müddət sonra İddiaçı Cavabdeh ilə telefon danışığı zamanı atasının xəstə olduğunu bildirmiş və uşağı görmək istədiyini demişdir. Cavabdeh uşağı babası ilə görüşdürmək üçün Beyləqan rayonuna gətirmiş, bir müddət uşaqla birlikdə orada qalmışdır. Sonradan isə Elçin Ağyev uşağı ona verməmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, tərəflərin birgə nikahlarından olan Rəsul adlı uşaq uzun müddət anasının yanında yaşamış, ananın uşağın saxlanmasına mənfi təsir edən hər hansı bir hal müəyyən edilməmişdir. Əksinə Cavabdeh uşağın qayğısı, təhsili və tərbiyəsi ilə daha yaxından məşğul olmuş, İddiaçı isə uşağa mobil telefon və sair əşyalar almaqla onu şirnikləndirmiş və uşağın zəif oxumasına şərait yaratmışdır. Belə ki, Rəsul adlı uşağın sinif rəhbəri Beyləqan şəhəri F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin müəlliməsi X9 göstərdi ki, Rəsul Ağazadə həmin məktəbin İİİ sinfində oxuyur. Rəsul hər gün məktəbə gəlməklə davamiyyəti yaxşıdır, lakin oxumağı zəifdir. Onu məktəbə atası və babası gətirib aparır, lakin bir dəfə anasının məktəbə gəldiyini görmüşdür. Məhkəmə iclasında Beyləqan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə işləri üzrə Komissiyanın nümayəndəsinin və Beyləqan şəhər 8 saylı tam orta məktəbin psixoloqunun iştirakı ilə dindirilmiş X8 göstərdi ki, anası ona qarşı tələbkardır, onu döyür, atası isə onu döymür, onun üçün mobil telefon almış, ona qarşı daha mülayim davranır. Ona görə də atasının yanında qalmaq istəyir. Məhkəmə iclasında Beyləqan şəhər 8 saylı tam orta məktəbin psixoloqu X1 adlı uşaqla söhbət zamanı onun atasının və ya anasının yanında qalmaqla bağlı fikir bildirmədiyini, ona görə də uşağın valideynlərdən hansına daha çox bağlılığını müəyyən etmək mümkün olmadığını, birgə yaşadıqları vaxtda anasının uşağın tərbiyəsi ilə daha yaxından məşğul olmasını və uşağa qarşı tələbkar olduğu müəyyən edilmişdir. Uşaq Hüquqları haqqında Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Valideynlərin uşağı ilə bağlı hüquq və vəzifələrini gerçəkləşdirilməsiə dövlət yalnız qanunda göstərilən hallarda və uşağın maraqları üçün qarışa bilər. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühütində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» AR Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı qəraına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məəcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Məhkəmədə müəyyən edildi ki, Beyləqan rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası, həm də Tovuz rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayə işlər üzrə Komissiyası hər iki valideynlər tərəfindən uşağın normal yaşaması, təhsil alması üçün şəraitlərinin olması barədə rəy vermişlər. Həmçinin məhkəmədə müəyyən edildi ki, İddiaçı işləməsi ilə bağlı evdə olmayan vaxtda uşağa onun yaşlı valideynləri baxırlar. Halbu ki, valideyn kimi doğma anası uşağın saxlanmasında, onun tərbiyə edilməsində daha üstün hüquqlara malikdir. Çünki uşaq uzun müddət anası ilə yaşamış, ana kimi Cavabdeh onun bütün qayğıları ilə məşğul olmuşdur. Hazırda ana tərəfindən uşağın saxlanması, tərbiyə edilməsinə maneə olan hər hansı bir halların olması müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddia təmin edilməli, xx.xx.2016-cı il tarixdə anadan olan X2 iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, ilk iddia isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İlk iddia rədd, qarşılıqlı iddia təmin edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağın saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olan X2 iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-350/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-350/2025
24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver