Məhkəmə qərarları › İş №e-2(020)-351/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-351/2025

12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-351/2025 12.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızınən sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 15 iyul2012-ci təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 ücün cavabdehdən onun xeyrinə hər uşaq ücün 235 manat ümumilikdə 470 manat pulun alınaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh hal-hazırda ondan alimentin tutulduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və ərizə göndərərək, səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini nəzərə alaraq, iştirakları olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-797/2023 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək, Cavabdeh X2 xeyrinə xx.xx.2012-ci ildə anadan olan Vaqif, 22.07.214-cü ildə anadan olan Elcan adlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 80(səksən) manat, cəmi 160 (bir yüz altmış) manat alimentin tutulması barədə Cavabdeh ilə İddiaçı arasınd mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə isə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, alimentin tutulması barədə mediasiya prosesində xx.xx.2023-cü il tarixdə tərəflər arasıda barışıq sazişi bağlanmış və həmin barışıq sazişi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(020)-797/2023 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Belə olan halda, yəni tərəflər arasında alimentin tutulması barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə və həmin barışıq sazişi ləğv edilmədiyinə görə, iddiaçının alimentin tutulması tələbinə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci və 112.1-ci maddələrinin əsasları mövcud olduğu təqdirdə məhkəməyə alimentin indeksasiya edilməsi barədə ərizə və ya alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci və 112.1-ci maddələrinin əsasları mövcud olduğu təqdirdə məhkəməyə alimentin indeksasiya edilməsi barədə ərizə və ya alimentin miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar