Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1178/2025 17.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,məhkəmədən Cavabdeh qanunsuz hərəkətləri nəticəsində əsassız olaraq iki il işsiz qalmağı ilə bağlı məruz qaldığı çəkdiyi əziyyət, keçirdiyi stresə və mənəvi iztiraba görə 100.000 (bir yüz min) manat mənəvi ziyanın, həmçinin hüquqi xidmət üçün ödədiyi 320 manat pulun ona ödənilməsi və ödəniləcək mənəvi ziyanının dəyəri olan pulun 50% məbləğinin Heydər Əliyev fonduna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə qismində iştirak edən Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-1178/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1178/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver