Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1732/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh və Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair və Cavabdeh İddiaçı qarşı “Uşağın himayədə saxlanılması və aliment” dair qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 17 may 2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 266 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun himayəsində saxlanılması, cavabdehdən onun xeyrinə övladlarının saxlanması üçün cavabdehin maaşının 1/2 hissəsi miqdarında sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, bu barədə 17 may 2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 266 nömrə ilə qeyd edilərək Nikah haqqında Şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2009-cu ildə X11, xx.xx.2011-ci ildə X12, xx.xx.2016-cı ildə X13 və xx.xx.2016-cı ildə X7 adlı dörd övladları doğulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Belə ki, cavabdeh tez-tez onunla səbəbsiz mübahisələr edir. Artıq onun hərəkətləri dözülməz hal almışdır. Neçə vaxtdır ki, cavabdehin bu cür davranışına dözmüş, ümid etmişdir ki, o, öz hərəkətlərinə tənqidi yanaşar və ailəsinə qarşı mehriban olar. Çox təəssüf ki, vaxt keçdikcə bunun əksi baş vermişdir. Qəti qərara gəlmişdir ki, cavabdehlə bir ailə kimi yaşamaları qeyri-mümkündür. xx.xx.2024-cü il tarixdə Bərdə 1 saylı Mediasiya təşkilatına müraciət edərək arayış əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək hər uşağa görə 300 (üç yüz) manat olmaqla, ümumilikdə 900 (doqquz yüz) manat miqdarında cavabdehdən aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi və birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X11 onunla qaldığından, onun himayəsində saxlanılması və uşağın saxlanılması üçün hər ay 487 (dörd yüz səksən yeddi) manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bərdə Rayon Məhkəməsində "nikahın pozulmasına, azyaşlı uşaqların ananın yanında qalmalarına və uşaqların saxlanması üçün aliment tələbi"nə dair iddia qaldırmışdır. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, "17 may 2008-ci il tarixdə Bərdə rayonu Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 266 nömrə ilə qeyd edilməklə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 4 övladları- xx.xx.2009-cu ildə X11, xx.xx.2011-ci ildə X12, xx.xx.2016-cı ildə X13 və X7 anadan olmuşdur. Həmin iddia ərizəsində boşanmaq, uşaqların dördünün də onun himayəsində qalmasını və uşaqların saxlanması üçün cavabdehin maaşının yarı hissəsini, sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. O, boşanmağa razıdır. Ancaq birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X11 ayrıldıqları gündən, yəni, 2023-cü ilin oktyabr ayından etibarən onunla birgə Bərdə şəhəri ünvan 1 ünvanda yaşayır. Həmin gündən özü könüllü olaraq onunla birgə yaşayır və anası ilə görüşmək istəməmişdir. Hətta 25 noyabr 2023-cü ildə doğum gününü anasının iştirakı olmadan, qardaşları və yaxın ailə üzvləri ilə birgə keçirmişdir. Ümumiyyətlə, böyük övladları Toğrulun anası İddiaçı ilə heç bir təması yoxdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1732/2024 qərardadı ilə ondan hər ay dörd uşağın saxlanması üçün qazancının ½ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Qeyd etməyi zəruri hesab edir ki, X17 Komitəsinin Bərdə Sub Nümayəndəliyində çalışır və aylıq xalis qazancı 3895 manat təşkil edir. Qərardada görə ondan hər ay qazancının ½ hissəsi miqdarında aliment tutulmalıdırsa, onda 3.895 : 2 = 1947.50 manat edir. Həmin məbləği yuvarlaqlaşdıraraq uşaqların sayına bölsək, 1948 manat : 4 uşaq = hər uşağa 487 manat edir. Belə olan halda, X11 adlı uşaq faktiki ayrıldıqları gündən onunla qaldığından, o da oxşar şəraitlə təmin edilmək hüququna malik olduğundan, onun da saxlanması üçün eyni məbləğdə aliment verilməlidir. Onu da bildirir ki, İddiaçı ali təhsilli həkimdir və Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim endokrinoloq kimi fəaliyyət göstərir. Bundan başqa, digər iki özəl müəssisədə: Bərdə şəhərində Ekstramed klinikası və Ağdam rayonu Quzanlı qəsəbəsində Medilife klinikasında 0.5 ştatla həkim işləyir. Aylıq qazancı orta hesabla, tələb olunan aliment məbləğindədir. X11 14 yaşını tamam edib və onunla qaldığı halda, bu onun sağlam və psixi inkişafına çox müsbət təsir göstərər. Uşağın könüllü öz iradəsinə əsaslanaraq, peşəsi, yaşayış şəraiti, uşağına bağlılığı imkan verir ki, ona İddiaçı nisbətdə daha yaxşı baxa, himayə göstərə bilər. X1 iradə ifadəsini məhkəmədə bildirə bilər. Cavabdeh Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin həcminin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək 25 noyabr 2009cu il təvəllüdlü Toğrul Orucovun onun himayəsində saxlanılmasına və uşağın saxlanılması üçün hər ay İddiaçı aylıq bütün növ qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ərizəni müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin olunmasını, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh ona qarşı verilmiş iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından 4 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqların üçü iddiaçının, xx.xx.2009-cu il təvəllüdlü oğlu Toğrul Orucov isə onun himayəsində qalmışdır. Mediasiya prosesi zamanı da iddiaçı etiraf etmişdir ki, uşaqlardan üçü onun yanında, biri isə cavabdehin yanındadır. O, İddiaçı ilə aralarında olan nikahın pozulmasına razıdır. Hazırda əvvəl işlədiyi X17 Komitəsində işdən azad edilmişdir, heç bir yerdə işləmir. İddiaçı isə Bərdə Rayon Mərkəzi Xəstəxanasında və bundan başqa iki başqa müalicə müəssisəsində həkim vəzifəsində işləməklə aylıq gəliri kifayət qədərdir. İlk iddia tələbinin nikahın pozulması tələbi istisna olmaqla qalan hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 Cavabdeh göstərdiklərini bir daha təsdiq edərək ilk iddia tələbinin nikahın pozulması tələbi istisna olmaqla qalan hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin üçüncü şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxs Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon üzrə təhsil sektorunun psixoloq-metodisti X4 iştirakı ilə dindirilmiş 25 noyabr 2009-cu il təvəllüdlü X11 göstərdi ki, Bərdə şəhər 1 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur, habelə hazırlıq kurslarına gedir. Atası ilə birlikdə babasının evində qalır. Anası ilə görüşmür və görüşmək də istəmir. Belə ki, anası ilə aralarında anlaşılmazlıq və problem var, ona görə də onunla görüşmək istəmir. Qardaşları ilə görüşür, qardaşları görüşmək üçün onun yanına gəlirlər. Atasının yanında yaşamaq onun üçün daha rahatdır. Valideynlərinin nikahları pozulduqdan sonra atasının himayəsində qalıb yaşamaq istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx xxxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Bakı küçəsi 23-də qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx xxxx 1983-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 2/46-da qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2008-ci il tarixli AZ-İ 400987 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 17 may 2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində 266 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra ərə Orucov, arvada Ağayeva soyadı verilmişdir. AZE seriyalı 12028770 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahlarından 25 noyabr 2009-cu ildə Toğrul adlı uşaqları anadan olmuşdur. 25 noyabr 2009-cu il təvəllüdlü X3 atası Cavabdehdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahlarından 19 mart 2011-ci ildə Fərid adlı uşaqları anadan olmuşdur. 19 mart 2011-ci il təvəllüdlü X5 atası Cavabdehdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahlarından 31 avqust 2016-cı ildə Tamerlan adlı uşaqları anadan olmuşdur. 31 avqust 2016-cı il təvəllüdlü X2 atası Cavabdehdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahlarından 31 avqust 2016-cı ildə Roman adlı uşaqları anadan olmuşdur. 31 avqust 2016-cı il təvəllüdlü X6 atası Cavabdehdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 08 may 2024-cü il tarixli 18-1-28/2-897/2024 saylı məktubdan görünür ki, İddiaçı aylıq əmək haqqı:- vəzifə maaşı 538 manat, İTS əlavəsi 800 manat, həkim bonusu 384 manat, cəmi 1722 manat hesablanmışdır. 0114338 nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə X17 Komitəsinin Azərbaycan Respublikasında Nümayəndəliyində Maliyyə və İnzibati işlər üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidlərinin azaldılması səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-00056 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Azuman qızının Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbi barədə mülki iş üzrə Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üçüncü şəxs kimi işə cəlb edilməsi, Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Bərdə şəhəri Bakı küçəsi ev 2-də yaşayan İddiaçı və Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 2-də yaşayan Cavabdeh həyat şəraitləri barədə məhkəməyə müayinə aktı, 25 noyabr 2009-cu ildə anadan olmuş X3, 19 mart 2011-ci ildə anadan olmuş X5, 31 avqust 2016-cı ildə anadan olmuş X6 və 31 avqust 2016-cı ildə anadan olmuş X2 valideynlərinin hansının himayəsində saxlanılmasının məqsədəuyğunluğu barədə rəy təqdim edilməsi qərara alınmışdır. Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 29 may 2024-cü il tarixli Müayinə aktından görünür ki, Cavabdeh yaşadığı ev onun atası X8 məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev kürsülü, bir mərtəbəlidir, mişar daşı ilə hörülüb tikilmişdir. Dam örtüyü şiferdir, üç otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır. Həmin evdə Cavabdeh və övladı Toğrul Orucov yaşayırlar. Yetkinlik yaşına çatmayan X11, X12, X13 və X2 həmin evdə yaşayıb tərbiyə olunmaları və təhsil almaları üçün normal şərait vardır. Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 22 iyul 2024-cü il tarixli Müayinə aktından görünür ki, İddiaçı yaşadığı ev onun atası X9 məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev iki mərtəbəlidir, mişar daşı ilə hörülüb tikilmişdir. Dam örtüyü şiferdir, yeddi otaqlıdır, dörd otaq tam təmirlidir, üç otaq isə orta təmirlidir, normal kommunal şəraiti vardır. Həmin evdə İddiaçı, övladları Fərid Orucov, Roman Orucov, Tamerlan Orucov və atası Arzuman Ağayev yaşayırlar. Yetkinlik yaşına çatmayan X11, X12, X13 və X2 həmin evdə yaşayıb tərbiyə olunmaları və təhsil almaları üçün normal şərait vardır. Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 13 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası Fərid Orucovun, Roman Orucovun və Tamerlan Orucovun anaları İddiaçı himayəsində, Toğrul Orucovun isə atası Cavabdeh himayəsində yaşamalarını qanuna və məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM) 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı nikahın pozulmasına təkid etdiyindən və Cavabdeh iddiaçı ilə aralarında olan nikahın pozulmasına etiraz etmədiyindən iddia nikahın pozulması tələbinə dair hissədə təmin edilməli, 17 may 2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 266 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikasının AM-nin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində deyilir ki, “azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır”. Həmin Bəyannamənin 4-cü prinsipində göstərilir : -Uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır; bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonrakı müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər ayrıldıqdan sonra 25 noyabr 2009-cu ildə anadan olmuş X11 atası Cavabdeh, 19 mart 2011-ci ildə anadan olmuş X12, 31 avqust 2016-cı ildə anadan olmuş X13 və 31 avqust 2016-cı ildə anadan olmuş X7 anası İddiaçı himayəsində qalmışdır. Məhkəmə iclasında dindirilmiş 25 noyabr 2009-cu ildə anadan olmuş X11 hazırda atası ilə birlikdə yaşadığını və valideynlərinin nikahları pozulduqdan sonra atası Cavabdeh himayəsində qalıb yaşamaq istədiyini bildirdi. Məhkəmə istinad olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, tərəflər arasında nikah pozulduğundan onların birgə nikahlarından 25 noyabr 2009cu ildə anadan olmuş X3 atası Cavabdeh, 19 mart 2011-ci ildə anadan olmuş X12, 31 avqust 2016-cı ildə anadan olmuş X13 və 31 avqust 2016-cı ildə anadan olmuş X2 isə anası İddiaçı himayəsində saxlanılması qanuna və məqsədəuyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşağın mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının AM-nin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. AM-nin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim işləməklə ümumilikdə 1722 manat məbləğində əmək haqqı alır. Cavabdeh isə əvvəllər işləsə də, hazırda heç bir yerdə işləmir, işsizdir. Tərəflər ayrıldıqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul atası Cavabdeh, 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və 31 avqust 2016-cı il təvəllüdlü Tamerlan isə anaları İddiaçı himayəsində qalmışlar. Göründüyü kimi, İddiaçı işləməklə himayəsində olan üç uşağını saxlamaq üçün kifayət edəcək məbləğdə əmək haqqı alır. Cavabdeh isə heç bir yerdə işləməməklə himayəsində bir uşağı var və ancaq həmin uşağın tələbatlarını ödəmək iqtidarındadır. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin hər birinin himayəsində uşaq saxlanılacaqdır. Belə olan halda hər bir valideyn himayəsində saxlanılmış uşağın qayğılarına qalmaqla onların təminatı ilə məşğul olmalıdır. Ona görə də məhkəmənin qənaətinə görə, ilk və qarşılıqlı iddia alimentin tutulmasına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini, Cavabdeh isə qarşılıqlı iddia tələbini mötəbər sübutlarla qismən sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 50 manat, mediasiya xərci olaraq 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 50 mаnаt, mediasiyada iştirak üçün ödənilmiş 50 manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 may 2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 266 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 19 mart 2011-ci ildə anadan olmuş X12, 31 avqust 2016cı ildə anadan olmuş X13 və 31 avqust 2016-cı ildə anadan olmuş X7 anaları İddiaçı himayəsində saxlanılsınlar. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “Uşağın himayədə saxlanılması və aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından 25 noyabr 2009-cu ildə anadan olmuş X11 atası Cavabdeh himayəsində saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-1732/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1732/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver