Məhkəmə qərarları › İş №e-2(021)-1770/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1770/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1770/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Babalı oğlunun və Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il təvəllüdlü qızları X1 üçün Cavabdeh hər ay qazancın və ya başqa gəlirlərin ¼ hissəsi miqdarında alimentin tutulması və qızları X2 3 yaşına çatana qədər saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 iyul 2021-ci il tarixdə nikahları dövlət qeydiyyatına alınmaqla cavabdehə ərə gedib ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2023-cü ildə bir qızları-X4 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, qısa müddət ərzində onların xasiyyətləri uyğun gəlmədiyindən valideynlərinin yaşadığı Beyləqan rayonuna qayıtmışdır. Əri ona qarşı Bərdə Rayon Məhkəməsində nikahın pozulması ilə əlaqədar iddia qaldırmışdır. xx.xx.2023-cü il təvəllüdlü qızları X4 ilə bir yerdə yaşayır. Qızının 1 yaşı olduğundan (azyaşlıdır) heç yerdə işləyə bilmir. Cavabdeh isə ona heç bir maddi yardım göstərmir. Tərəfindən Bərdə 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və xx.xx.2024-cü il tarixdə ******* saylı mediasiya arayışı alınmışdır və rüsum ödənilmişdir. Cavabdeh Dövlət Sərhəd Xidmətində gizir vəzifəsində işləyir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil Babalı oğlu iddiaçının göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X5 iddianı qəbul etməyərək göstərdi ki, cavabdeh 2021-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından 1 uşaqları doğulmuşdur. xx.xx.2024-cü ildə iddiaçı qardaşının yanına getmiş və bir daha geri qayıtmamışdır. Tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdehin bel nahiyəsində yırtıq var, əməliyyat olunmalıdır. X9 Xidmətində gizir vəzifəsində işləmiş, lakin 15 gün olar ki, tərxis olunmuşdur. Lakin bu barədə sənəd təqdim edə bilmir. Cavabdeh xəstə olduğundan iş üzrə icraatın dayandırılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuşdur. Beyləqan rayonu Təzəkənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2000-ci ildə Bərdə rayonu Mirzəcəfərli kəndində anadan olmuşdur, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatdadır. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2023-cü il tarixli 826484 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 05 yanvar 2023-cü ildə Gülnarə adlı uşaqları anadan olmuşdur. 05 yanvar 2023-cü il təvəllüdlü X2 atası Cavabdehdur. Bərdə Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(021)-1751/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə, Bərdə rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 60 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladlarının İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 16 may 2024-cü il tarixli, 3-38-16/2-3610/24 nömrəli məktubundan görünür ki, Cavabdeh Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Komandanlığında xidmət edir və aylıq əmək haqqı 1180,91 manat təşkil edir. “Qarabağ” Klinikasının xx.xx.2024-cü il tarixli MRT müayinəsindən görünür ki, Cavabdeh “Lumbal osteoxondroz. L2-3 diskdə anterior epidural sahəni sıxan, geniş əsaslı, arxa-mərkəzi qabarma”, “L4-5 diskdə sirkulyar qabarma fonunda, dural kisəni, sol sinir kökünü sıxan, sol fəqərəarası dəliyin medial hissəsini daraldan, aşağıya ekstruziya göstərən, 7 mm-lik geniş əsaslı, arxa-sol paramedian-lateral yırtıq” diaqnozu ilə xəstədir. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/MT039-2024-00218 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmək üçün 50 (əlli) manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1 və 76.1.1. 1-ci maddələrinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. AM-nin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə rəsmi nikahından xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 anası İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını, habelə Cavabdeh işləməklə əmək haqqı almasını nəzərə alaraq belə hesab edir ki, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının ayda cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının AM-nin: 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2 və 84.2.2-ci maddələrinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, Cavabdeh uşağın 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatlarının təmin edlməsi üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddianın həmin hissəsində alimentin miqdarının ayda 50 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsi qanuna və məqsədəuyğundur. Cavabdehin nümayəndəsinin (vəkilinin) cavabdehin xəstəliyi ilə əlaqədar olaraq hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatəti ilə bağlı qeyd edilir ki, cavabdehin mövcud xəstəliyi hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxdan tutulur. Cavabdehdən qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasının və uşağın 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatlarının təmin edlməsi üçün ayda 50 manat sabit pul məbləğində aliment tutulmasının başlanğıcı məhkəməyə müraciət edildiyi 09 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizəsi verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 4143 manat təşkil edildiyindən 61,43 (altmış bir manat 43 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinin AZ85CTRE******************** xəzinə hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Aliment” tələbinə dair iddiası qismən təmin edilsin. 05 yanvar 2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 09 aprel 2024-cü ildən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Azyaşlı 05 yanvar 2023-cü ildə anadan olmuş X2 3 (üç) yaşı tamam olana qədər azyaşlı uşağın anası İddiaçı tələbatının təmin edlməsi üçün Cavabdeh hər ay 50 (əlli) manat miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdehdən uşağın 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatının təmin edlməsi üçün ayda 50 (əlli) manat sabit pul məbləğində aliment tutulmasının başlanğıcı məhkəməyə müraciət edildiyi 09 aprel 2024-cü il tarixdən hesablansın. Cavabdeh dövlət rüsumu hesabına 61,43 (altmış bir manat 43 qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar