Məhkəmə qərarları › İş №e-2(021)-2254/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2254/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2254/2024 24.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh - 12 aprel 1979-cu il təvəllüdlü, Bərdə rayonu Bala Göyüşlü kənd qeydiyyatlı, Sarıcalı hərbi hospitalında tibb bacısı işləyən, hazırda Bərdə şəhəri H.Əliyev prospekti 52 ünvanında yaşayan Cavabdeh ona vurulmuş ziyana görə 2812 manat, qiymətləndrimə aktı üçün ödədiyi 50 manat, cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsindən sonra bu günə qədər ödədiyi 600 manat icarə haqqının və 320 manat hüquqi xidmət üçün ödədyi pulun - cəmi 3782 (üç min yeddi yüz səksən iki) manat pul məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi Range Rover markalı, **-GT-*** dövlət nömrə nişanlı minik avtomobili ilə ona məxsus olan QAZ-2411 PİKAP markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilini 26 aprel 2024-cü il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 38-ci km-də yolun sağ tərəfindən dayandığı yerdə vuraraq ona və ətrafdakı mağazalara ciddi maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi ilk dəqiqələrdən Cavabdeh hadisənin izlərini itirməyə səy göstərmiş, maşınını hadisə yerindən uzaqlaşdırmağa çalışmış, hadisə zamanı iş vaxtında yol nəqliyyat qəzasını törətməsini hər vəchlə ört-basdır etməyə bütün səyi ilə canfəşanlıq göstərmişdir. Hansı ki, hadisəni törətmiş Cavabdeh hadisə baş verən gün, yəni 26 aprel 2024-cü il tarixdə səhər saat 09:00 radələrində işə getdiyini bildirərək, hətta ona təklif etmişdir ki, maşınlarını gizlətsinlər, sonra öz aralarında məsələni yoluna qoyarlar. Cavabdeh hətta hadisə yerini tərk etməyə belə cəhd etmiş, lakin bunun mümkün olmadığını görərək məcburən hadisə yerində qalmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh tibb bacısı işlədiyi X1 gedərək, Ülviyyənin həm rəisi, həm baş həkimi olan Şahin həkimlə görüşmüş, Şahin həkim onların yanında Ülviyyəyə demişdir ki, vətəndaşa dəymiş zərəri ödəsin, yoxsa ona görə onunda başı ağrıyacaqdır. Həmin vaxt Cavabdeh ona demişdir ki, onlara iki gün möhlət versin. O da düşünmüşdür ki, xanımdır, hərbiçidir, vətən əsəgərinə, ordumuza xidmət edir, özü də rəisinin yanında ona vəd vermişdir, onu aldatmaz. Çünki Şahin həkim dönə-dönə Ülviyyə xanıma demişdir ki, vətəndaşa dəymiş zərəri ödəsin. İki gündən sonra Cavabdeh zəng vuranda ona özünü Cavabdeh əri kimi təqdim edən şəxs sual vermişdir ki, onun arvadına niyə zəng vurub? Həmin şəxsə demişdir ki, Ülviyyə xanım özü nömrəsini verib, baş verən hadisə ilə bağlı ki, danışaq zərər ödənsin. Həmin telefonda onunla danışan şəxs demişdir ki, onun arvadına zəng vurduğu üçün şikayətçi olacaqdır. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il 3-1(098)-167\2024 saylı Qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib 400 manat məbləğidə cərimə edilmişdir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsinin onun təqsirli hərəkəti nəticəsində törəndiyini məhkəmədə verdiyi izahatında etiraf etmişdir. Tərtər Hərbi Məhkəməsinin sözügedən Qərarında cavabdeh tərəfindən ona 2812 manat ziyan vurulması öz təsdiqini tapmışdır. Tərtər Hərbi Məhkəməsi xx.xx.2024-cü il 3-1(098)- 167\2024 saylı Qərarında onun şikayətində qeyd etdiyi QAZ-2411 PİKAP markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün günlük ödədiyi 20 manat dəyərində icarə haqqını da göstərmişdir. Belə ki, 10 gündən bir QAZ-2411 PİKAP markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 200 manat pul ödəyir. Cavabdehin təqsirli əməli nəticəsində maşını zərər gördüyündən və həmin maşınla iş görüb qazanc əldə edə bilmədiyindən bu gün boş dayanma vaxtı üçün də məcburən maşını etibarnamə ilə icarəyə götürdüyü şəxsə 10 gündən bir 200 manat pul ödəyir. Cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsindən sonra bu günə qədər maşına 600 manat icarə haqqı ödəmişdir. Baxmayaraq ki, maşın hələ də usta yanında təmirdədir, lakin razılaşmaya əsasən məcburən boş dayanma vaxtalarında da 200 manat pulu ödəməlidir. Cavabdehin təqsirli hərəkəti nəticəsində QAZ-2411 PİKAP markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan ilkin qiymətləndrimə aktı ilə 2812 manat məbləğində qiymətləndirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlə hadisə baş verərkən aralarında olan danışıqlardan dolayı, borcunu ödəmək üçün mümkün olan bütün dialoq imkanlarından istifadə etmiş, cavabdehdən borcunu ödəməsi telefon ilə olan danışıqları ilə tələb edilsə də, lakin hər bir razılaşma borclunun öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün baş tutmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehin təklif etdiyi 1500 manat pulla razılaşmır, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsiri vardır. Lakin iddiaçı tərəfindən tələb olunan dəymiş maddi ziyanın məbləği şişirdilmişdir. Reyal dəymiş ziyan 1200 manat civarındadır. İddiaçının avtomobili köhnə avtomobildir, yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə 2812 manat məbləğində ziyan dəyməsi inandırıcı deyil. Cavabdeh iddiaçı tərəfə dəymiş ziyanla bağlı 1500 manat pul təklif edir. Əks halda iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, avtomobil təmiri ustasıdır. Həm dəmirçi, həm də rəngsazdır. İddiaçı QAZ-2411 PİKAP markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmək üçün onun yanına gətirmişdir. Qeyd olunan avtomobil yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş vəziyyətdə olmuşdur. Avtomobilin yan qanadını, qapısını, yan məhəccərinin dəmirlərini dəyişmiş, sonra isə rəngləmişdir. Zəhmət haqqı olaraq gördüyü işə görə iddiaçıdan 1000 manat məbləğində pul almışdır. Avtomobilin dəyişən detallarını iddiaçı özü alıb gətirmiş, o isə detalları dəyişərək rəngləmişdir. İddiaçının detalları neçəyə almasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, iddiaçı ilə birlikdə işləyir. Hadisə baş verən gün iddiaçı ilə birlikdə işlədiyikləri mağazanın qarşısında dayanmışlar. Cavabdeh idarə etdiyi avtomobillə iddiaçının idarə etdiyi QAZ-2411 PİKAP markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq əzmişdir. Bundan sonra iddiaçı ilə birlikdə başqa bir avtomobili icarəyə götürərək ayda 200 manat icarə haqqı ödəməklə işləməyə davam etmişlər. Əzilmiş avtomobil isə iddiaçı tərəfindən təmir olunması üçün ustaya verilmişdir. Avtomobilin qabaq hissəsində qanadı, qapısı, yan mühəccəri əzilmişdir. Avtomobil zərbədən əyilmişdir. İddiaçı təmir işlərinə ümumilikdə 3000 manata yaxın pul xərcləmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx xxxxxxxx 1968-ci ildə Ağdam rayonunda anadan olmuşdur, Ağdam rayonunda qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Bərdə rayonu Bala Göyüşlü kəndində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Boyəhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 124 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdam rayonu Salahlı kəndində qeydiyyatda olmaqla hazırda Bərdə rayonu Kətəlparaq kəndində müvəqqəti məskunlaşmışdır. AA seriyalı 274527 nömrəli məcburi köçkün vəsiqəsi surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Tərtər Hərbi Məhkəməsinin 20 may 2024-cü il tarixli 2-1(098)-167/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Cavabdeh Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. “Zərər dəymiş avtomobil barədə” 04 may 2024-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus QAZ-2411 yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2812 (iki min səkkiz yüz on iki) manat məbləğində ziyan dəymişdir. 26 aprel 2024-cü il tarixli əlyazmadan görünür ki, X4 özünə məxsus QAZ-24 markalı **-BB-*** nömrəli maşınını qanunauyğun olaraq etibarnamə ilə verməsinə baxmayaraq əvvəlcədən tanıdığı X2 vasitəsilə İddiaçı günü 20 manata icarəyə vermişdir. xx.xx.2024-cü il tarixli ƏN-İX 354252 nömrəli “Nəqliyyat vasitələrinə sərəncamın verilməsi haqqında” etibarnamədən görünür ki, X4 mülkiyyətində olan QAZ-24 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün İddiaçı etibarnamə vermişdir. 04 may 2024-vü il tarixli 360471 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin qiymətləndirmə aktının alınması üçün 50 (əlli) manat məbləğində vəsait ödəmişdir. 27 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hüquqi yardıma görə vəkil Nümayəndə1 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh idarə etdiyi “X11” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun 38-ci km-də Ağdam istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və yolun sağ hissəsində dayanmış iddiaçıya məxsus QAZ-24 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuşdur. Qeyd edilən hallar iddiaçının təqdim etdiyi mötəbər sübutlar, o cümlədən Tərtər Hərbi Məhkəməsinin 20 may 2024-cü il tarixli 2-1(098)-167/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı və şahidlərin ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə 2812 (iki min səkkiz yüz on iki) manat məbləğində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. İddiaçının cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsindən sonra bu günə qədər ödədiyi 600 manat icarə haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 51,82 (əlli bir manat 82 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün 04 may 2024-cü il tarixli ilkin qiymətləndirmə aktı almış və aktın alınması üçün 50 manat məbləğində vəsait ödəmişdir. Ona görə də iddiaçının ödədiyi 50 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 121.1-ci maddəsinin tələbinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 27 may 2024-cü il tarixli 8523 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki mülki iş üzrə hüquqi yardımın göstərilməsi üçün vəkil Nümayəndə1 320 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə ödədiyi 320 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “QAZ 2411 Pikap” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 2812 (iki min səkkiz yüz on iki) manat məbləğində pul, qiymətləndirmə aktının alınması üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 3182 (üç min bir yüz səksən iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 51,82 (əlli bir manat 82 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar