Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-229/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Bərdə rayon Əliyanlı kənd sakinləri Cavabdeh2 938 manat ona ödənilməli olan borc pulun və Cavabdeh1 63 manat pulun və məhkəmə üçün ödənilmiş 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər) 2024-cü ilin mart ayında ayrı-ayrı vaxtlarda ondan maşın ehtiyatları alaraq, qısa müddətdə maaşda ödəyəcəklərini demişdirlər. O, Teymuru digər cavabdeh olan, qardaşı Zabil vasitəsi ilə tanıyaraq, Zabilin xahişi ilə Teymura 938 manat maşın ehtiyat hissələri nisyə vermişdir və Teymur ona iki aya pulunu qaytaracağını bildirmişdir. Teymurdan əvvəl digər cavabdeh qardaşı Zabil ondan 65 manatlıq maşın ehtiyat hissələri nisyə götürmüşdür. Hər iki cavabdeh ona qısa müddətdə aldıqları nisyə maşın ehtiyat hissələrinin verəcəklərini desələr də, üzərindən 3 ay keçməsinə baxmayaraq qaytarmamışlar. Cavabdehlərdən dəfələrlə borc pulu tələb etsə də, hər dəfə bir bəhanə gətirərək qaytarmamışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında dəqiqləşmə ərizəsi verərək cavabdehlər Bərdə rayon Əliyanlı kənd sakinləri Cavabdeh2 938 manat borc pulun və Cavabdeh1 65 manat borc pulun, həmçinin 31 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilən 320 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsini surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 977 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Mülki iş materiallarına əlavə olunmuş mədaxil qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 31 AZN ödənilmişdir. xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı nümayəndə səlahiyyətlərinin Vəkil etibar etmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün 320 AZN ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Audio və video yazı olmaqla həyata keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh2 həqiqətən iddiaçıya maşın ehtiyyat hissələrində irəli gələn 938 manat məbləğində pul borcunun olduğunu, eyni zamanda onu qardaşı Zabilin vasitəsilə tanıdığını, onun isə əvvəldən iddiaaçıya 65 manat pul borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 938 manat borc pul və Cavabdeh1 65 manat borc pul, eləcə də 31 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənimiş 320 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh2 938 (doqquz yüz otuz səkkiz) manat və Cavabdeh1 65 (altmış beş) manat, 31( otuz bir) manat ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev