Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2349/2022 24.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdeh qarşı «uşaqların himayədə saxlanılması və aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 01 mart 2013-cü il təvəllüdlü X4 və 01 oktyabr 2014-cü il təvəllüdlü X1 iddiaçının yanında qalması, birgə nikahdan olan 01 mart 2013-cü il təvəllüdlü X4 və 01 oktyabr 2014- cü il təvəllüdlü X1 18 yaşınadək saxlanılması üçün hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin mediasiyaya müraciət tarixindən (04 aprel 2022-ci il) hesablanmaqla Cavabdeh tutularaq İddiaçı verilməsi və mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 20 may 2012-ci il tarixində birgə nikaha daxil olmuşlar. Birgə nikahdan 01 mart 2013-cü il təvəllüdlü X4 və 01 oktyabr 2014-cü il təvəllüdlü X3 anadan olmuşlar. Birgə nikahdan anadan olan uşaqlar 01 mart 2013-cü il təvəllüdlü X4 və 01 oktyabr 2014-cü il təvəllüdlü X3 faktiki olaraq analarının himayəsindədir. Uşaqların bütün ehtiyacları ilə bu günə kimi iddiaçı məşğul olmuşdur. Cavabdeh davamlı olaraq İddiaçı psixoloji və fiziki şiddət göstərmiş və onlar faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh uşaqların ehtiyacları ilə maraqlanmır. Uşaqların ananın yanında qalması və aliment tələbi ilə bağlı mediasiyaya 04 aprel 2022-ci il tarixdə müraciət olunmuş və mediasiya arayışı alınmışdır. Uşaqlar halhazırda məktəblidir və onlar məktəbə gedirlər. İddiaçının uşaqların 18 yaşına çatana kimi ehtiyaclarının qarşılanmağı (məktəb ləvazimatlarının alınması, əlavə kurslara göndərməklə bağlı xərclər və s.) ilə bağlı aylıq hər uşaq üçün ayrılıqda 250 manat alimentin müəyyən edilməsinə ehtiyacı vardır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsinə dair məhkəməyə ərizə verərək İddiaçı ilə Cavabdeh birgə nikahından olan 01 mart 2013-cü il təvəllüdlü X4 və 01 oktyabr 2014cü il təvəllüdlü X1 18 yaşınadək saxlanılması üçün hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin mediasiyaya müraciət tarixindən (04 aprel 2022-ci il) hesablanmaqla Cavabdeh tutularaq İddiaçı verilməsi və mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə prosesini onların iştirakları olmadan keçirilməsini və iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 20 may 2012-ci il tarixli AZ-İ 748933 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı 20 may 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2013-cü il tarixli AZ-İİİ 071818 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 mart 2013-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Cavabdeh, ana qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 18 noyabr 2019-cu il tarixli AZ-T 120469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 oktyabr 2014-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Cavabdeh, ana qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra birgə nikahlarından anadan olmuş uşaqlar anasının yanında qalmışdır. Hazırda iddiaçı 01 mart 2013-cü il təvəllüdlü X2 və 01 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, uşaqları saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 01 mart 2013-cü il təvəllüdlü X2 və 01 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 16 iyun 2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə qeyd edir ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115 –ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə mediasiya müraciət üçün ödənilən xərclər aid edilməmişdir. Odur ki, mediasiya üçün ödənilmiş 50 manat pulun tutulması tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 01 mart 2013-cü il təvəllüdlü X2 və 01 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 iyun 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-2349/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2349/2022
24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver