Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2523/2024 29.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qаrşı “uşağın sərbəst surətdə cavabdehin razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına icazə verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2017ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək, geri qaytarmaq şərtilə atası Cavabdeh rəsmi məlumat verməklə Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası ərazisindən kənara çıxarmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək başqa məhkəmədə iclaslarında iştirakı zəruri olduğundan hazırki məhkəmə iclasını onun iştirakı olmadan baxıb işin məhkəmə baxış iclasına təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1, X5 küçəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, ona görə də aidiyyət məsələsinin qanunamüvafiq həll edilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, X5 küçəsi ünvanında yaşadığını qeyd etsə də ərizəsində dəqiq ünvan göstərməmiş və həmin ünvanda yaşamasına dair hər hansı bir arayış və digər sənədi də ərizəsinə əlavə etməmişdir. Cavabdeh ərizəsinə yalnız şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir ki, orada yaşayış ünvanı qeyd edilməyib. Lakin, iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan barədə elektron məhkəmə informasiya sistemində araşdırma apararkən Cavabdeh ünvan 4 ünvanında qeydiyyatda olduğu görünür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda ərazi aidiyyəti məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün tərəflərin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Sözügedən mülki iş üzrə cavabdehin Bakı şəhər Xətai rayonunda qeydiyyatda olduğunu nəzərə alaraq hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qаrşı “uşağın sərbəst surətdə cavabdehin razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasına icazə verilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardad məlumat üçün tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-2523/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2523/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver