Məhkəmə qərarları › İş №e-2(021)-2820/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2820/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2820/2023 18.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçı Fətəliyeva Mirvari İnqilab qızının iştirakı ilə, İddiaçı Fətəliyeva Mirvari İnqilab qızının Cavabdeh qarşı “cehiz əmlaklarının məcburi qaydada mənzildən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Fətəliyeva (Məmmədova) Əfsanə Kamil qızına məxsus 15 adda cehiz əmlaklarının ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, 179 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Fətəliyeva (Məmmədova) Əfsanə Kamil qızı onun keçmiş həyat yoldaşıdır. O məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1174 saylı nikah qeydinin pozulması barədə qətnamə qəbul edilmişdir. İddiaçının cehiz əmlakları ünvan 1 ünvanda yerləşir. Cehiz əmlakları aşağıdakılardır: 1) Taxt kravat- 1 ədəd-150 manat; 2) Termo- 1 ədəd-100 manat; 3) qonaq stolu- 1ədəd- 100 manat; 4) stul-6 ədəd-120 manat; 5) döşək-3 ədəd-120 manat; 6) yorğan-3 ədəd-120 manat; 7) yastıq(tük)-6 ədəd-120 manat; 8) mütəkkə balaca divan üçün-2 ədəd-20 manat; 9) nahar dəsti-12 nıfərlik-40 manat; 10) rumka-6 ədəd-20 manat; 11) bakal- 6 ədəd- 20 manat; 12) sadə stəkan- 6 ədəd- 10 manat; 13) stəkan (armudu)- 6 ədəd-10 manat; 14) güldan- 1 ədəd- 10 manat; 15) meyvə qabı- 1 ədəd- 5 manat, ümumilikdə 995 manat. Hal-hazırda yaşadığı ünvan anasına məxsusdur, onun mülkiyyətindədir. Bu cehiz əmlaklarının sıxlığından o ailəsi ilə birlikdə evə köçüb yaşaya bilmir. Dəfələrlə müraciət etsə də, cavabdeh Fətəliyeva (Məmmədova) Əfsanə Kamil qızı cehiz əmlaklarını götürməkdən imtina edir. O da məhkəməyə cehiz əmlaklarının məcburi qaydada mənzildən çıxarılması tələbinə dair ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Daha sonradan iddiaçının şifahi vəsatətinə əsasən məhkəmənin qərardadı ilə iddiaçı əsl iddiaçı Fətəliyeva Mirvari İnqilab qızı ilə əvəz edilmişdir. Belə ki, Mirvari Fətəliyeva Sumqayıtda yerləşən mənzilin mülkiyyətçisidir. Məhkəmə iclasında iddiaçı Fətəliyeva Mirvari İnqilab qızı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuşdur. ünvan 1-da yaşayır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fətəliyeva Mirvari İnqilab qızı xx.xx.1957-ci ildə Bərdə rayonunda anadan olmuşdur. ünvan 1-da yaşayır. AZE seriyalı, 03622336 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fətəliyev Rauf Hüseyn oğlu xx.xx.1953-cü ildə Laçın rayonu, Cacazur kəndində anadan olmuşdur. ünvan 2 ünvanında yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 181992 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Fətəliyev Rauf Hüseyn oğlu xx.xx.2021-ci il tarixdə miokard infarktı səbəbindən Bərdə rayonu, Əyricə kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarix, 701 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 84,4 ha torpaq sahəsi Fətəlyeva Mirvari İnqilab qızının xüsusi mülkiyyətindədir. Fətəliyev Rauf Hüseyn oğlu ilə Fətəliyeva Mirvari İnqilab qızı arasında xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Fətəliyev Rauf Hüseyn oğlu ünvan 1 ünvanında yerləşən 84,4 ha torpaq sahəsini Fətəliyeva Mirvari İnqilab qızına verimişdir. DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bərdə şəhərində anadan olmuşdur. ünvan 1-da yaşayır və qeydiyyatdadır. DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Bərdə rayonu, Nəcəfqulu bəyli kəndində anadan olmuşdur. Bərdə rayonu, Nəcəfqulu bəyli kəndində yaşayır və qeydiyyatdadır. İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG\MT-032/2023-00461 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər İddiaçı və Cavabdehdır. Sumqayıt nikah evi tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İİ 100443 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Fətəliyev Hüseyn Rəfael oğlu xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X5 Rauf oğlu, anası Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarix, 322 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. X1 ərizə ilə müraciət edərək, onun əsl olmayan İddiaçı ilə əvəz olunmağına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2820/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiaçı X6 oğlunun Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə iddiaçı X6 oğlu əsl iddiaçı Fətəliyeva Mirvari İnqilab qızı ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı Fətəliyeva Mirvari İnqilab qızı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Fətəliyeva (Məmmədova) Əfsanə Kamil qızına məxsus 15 adda cehiz əmlaklarının ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrarayon, ev 35, 179 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla ünvan 1 ünvanında yerləşən 84,4 ha torpaq sahəsi Fətliyeva Mirvari İnqilab qızının xüsusi mülkiyyətində olması və cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyət hüquqlarını pozması səbəbindən və onun əmlakdan sərbəst istifadə hüququna maneə yaratdığından iddia təmin edilməklə Cavabdeh məxsus 15 adda cehiz əşyaları həmin mənzildən çıxarılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. İddiaçı Fətəliyeva Mirvari İnqilab qızının mülkiyyətində olan ünvan 5 ünvanındakı mənzildən Cavabdeh məxsus 15 adda cehiz əşyaları çıxarılsın. Cavabdeh ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar