Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-291/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1307,73 (bir min üç yüz yeddi manat yetmiş üç qəpik) manatə sas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 33,08 (otuz üç manat səkkiz qəpik) manat, ümumilikdə, 1340,81 (bir min üç yüz qırx manat səksən bir qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, RAZ ********** nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X4 məxsus olan qeyri-yaşayış obyektinə İddiaçı ASC (bundan sonra – ASC) tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən X4 məxsus olan qeyri-yaşayış obyektinə yerləşdiyi mərtəbənin (7-ci mərtəbə) yuxarı mərtəbəsində, 787 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh məxsus mənzildən qeyri-yaşayış obyektinə su axıdılmışdır. Yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinə dəyən zərər 1560 manat məbləğində müəyyən edilmiş, 250 (iki yüz əlli) manat azadolma məbləği və sığorta məbləğinin bərpa edilməsi üçün 2.27 (iki manat iyirmi yeddi qəpik) manat ödənilməli olan əlavə sığorta haqqı çıxılmaqla 1307,73 (bir min üç yüz yeddi manat yetmiş üç qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. "xxxx" MMC-nin 152 nömrəli, xx.xx.2022-ci il tarixli Aktına əsasən “qeyd edilən mənzilin yuxarı mərtəbə sakini Cavabdeh məxsus, kirayə verdiyi 787 N-li mənzildəki su xəttləri nasaz olduğu üçün, aşağı mərtəbədə yerləşən 782 N-li mənzildə subasma olmuş və mənzilə zərər dəymişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, ona qarşı qaldırılmış iddia əsassızdır. Onun Bakı şəhərində mənzili yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №0214813 Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhər Nərimanov rayon, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, giriş 1, mənzil 782 O-tikilisi ünvanda yerləşən ümumi sahəsi 99,4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC-nin nəzarətçisi, X3, santexnik, X5 və mühəndis, X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, 8 saylı binanın, 7-ci mərtəbəsində, 782 N-li mənzilin sakini X9 tərəfindən qaldırılan şikayət əsasında, qeyd edilən işçilər tərəfindən mənzilə baxış keçirilmiş, qeyd edilən mənzilin yuxarı mərtəbə sakini Cavabdeh məxsus, kirayə verdiyi 787 N-li mənzildəki su xətləri nasaz olduğu üçün, aşağı mərtəbədə yerləşən 782 N-li mənzildə subasma olmuş və mənzilə zərər dəyməsi müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesabatından görünür ki, X4 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə dəymiş zərər 1560 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş "sığortalı" X9 və "sığortaçı" "AZSİĞORTA” ASC arasında bağlanmış Dəymiş zərər məbləğinin razılaşdırılması barədə xx.xx.2022-ci il tarixli Sazişdən görünür ki, "Sığortalı" və "Sığortaçı xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən X4 məxsus yaşayış səhəsində baş vermiş subasma hadisəsini və daşınmaz əmlaka 1.560 00 (bir min beş yüz altmış) manat məbləğində zərərin dəyməsini təsdiqləmişlər və "Sığortalı" və "Sığortaçı sığorta olunan əmlaka 1.560 00 (bir min beş yüz altmış) manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 250.00 (iki yüz əlli) manat azadolma məbləği Çıxıldıqdan sonra 1.310 00 (bir min üç yüz on) manat məbləğində keçiriləcək sığorta ödənişi barədə razılıq əldə etmişdirlər. Mülki işə əlavə edilmiş "AZSİĞORTA” ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş su basma hadisəsi zamanı X7 məxsus ünvan 3 ünvanında yerləşən mənzilə dəymiş zərərər görə "AZSİĞORTA” ASC tərəfindən ödəniləcək sığorta məbləği 1307,73 AZN təşkil etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “AZSİĞORTA" ASC tərəfindən X4 1307,73 manat sığorta ödənişi edilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, X4 məxsus Bakı şəhər Nərimanov rayon, Əliyar Əliyev küçəsi 1956/1989-cu məhəllə, ev 26, giriş 1, mənzil 782, O-tikilisi ünvanda yerləşən ümumi sahəsi 99,4 kv.m olan mənzilə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. Buna görə X4 "AZSİĞORTA” ASC tərəfindən 1307,73 AZN sığorta ödəniş etmişdir. İddiaçı iddia edir ki, sığortalının mənzilinə su basması həmin məzilin yuxarı mərtəbəsində yerləşən Cavabdeh məxsus 787 nömrəli mənzildən olmuşdur. Hazırda iddiaçı "AZSİĞORTA” ASC subroqasiya qaydasında tul tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş və bildirmişdir ki, onun Bakı şəhərində mənzili yoxdur. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilən çıxarışdan da görünür ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak yalnız Bərdə şəhərində yerləşən 0,0410 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6- cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, mənzil 787 nömrəli mənzilin mülkiyyətçisinin Cavabdeh olması və 782 nömrəli mənzilə sonuncu tərəfindən su axıdılması sübuta yetmir, ona görə də iddia tələbi təmin olunmamalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 33,08 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏTETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 33,08 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-291/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-291/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver