Məhkəmə qərarları › İş №e-2(021)-3226/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3226/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3226/2023 27.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı Sarı qızının Cavabdeh qarşı “nikahın pozulması və aliment ” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sarı qızı Cavabdeh qarşı “nikahın pozulması və aliment ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, mediasiya tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında həll prosesidir, buna görə də iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı mübahisənin nizama salınmasına riayət edilməsi üçün mediasiya institutuna müraciət etməlidir. İddia ərizəsinə əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, iddiaçının mediasiya institutuna müraciəti nəticəsində arayış verilmiş, lakin həmin arayış xx.xx.2021-ci il tarixdə verilmişdir və iddiaçı iddia ərizəsinə məhkəməyə müraciət etməzdən əvvəl yaxın müddət ərzində mediasiya prosesində iştirak edib-etməmələri barədə sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı Sarı qızının Cavabdeh qarşı “nikahın pozulması və aliment ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 150,152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sarı qızının Cavabdeh qarşı “nikahın pozulması və aliment ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Sarı qızı tərəfindən ödənilmiş dövlət rüsumu 30 manat iddiaçıya geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar