Məhkəmə qərarları › İş №e-2(021)-3319/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3319/2025

14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3319/2025 14.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı Cavabdeh qarşı “xərclərin ödənilməsi” tələbinə dair mülki işə 14 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh azyaşlı X7 müalicəsi ilə əlaqədar çəkdiyi xərclərin 1\2 hissəsi, 940 manat olmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1662 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Onların birgə nikahından bir övladları, xx.xx.2020-ci il təvəllüdlü X11 doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkməsinin 2(011)-5472/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir. X13 davranış pozğunluğunun yüngül təzahürü, dil və nitq inkişafının ləngiməsi diaqnozu təyin edilmişdir. Azyaşlı övladı Əsma Qulizadənin müalicəsi ilə əlaqədar tərəfindən 1880 (bir min səkkiz yüz səksən) manat xərclənmişdir. Hesab edir ki, həmin xərclərin yarısı cavabdehdən tutlaraq ona ödənilməlidir. Tərəflərin izahatı: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasıa gəlməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, iddia tələbinin təmin edilərək 1188 manat məbləğində pulun tutularaq ona ödənilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcək, 889 manat əmək haqqı alır, hər ay 300 manat aliment ödəyir. Aliment əmək haqqından rəsmi qaydada tutulur. Qarşı tərəfin iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin ərizəsini elan edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1374/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanlması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5472/2022 saylı qətnaməsindən görünür ki, tərəflərin nikah qeydi pozulması və xx.xx.2020-ci il təvəllüdlü X2 Məhbubə Surxay qızının yanında qalması qət edilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2020-ci ildə anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1994-cü ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli MŞB/MT-039/2025-00337 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Əsma Quluzadənin müalicələri üçün 1880 manat xərc çəkilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə bütün sənədləri nəzərdən keçirib toplanmış materialları araşdırıb hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən əksini tapmış hallar, yəni ağır xəstə, əlilliyi olan uşaqlara istinadən digər valideynin əlavə xərclərə cəlb edilməsi göstərilmişdir. Lakin hal-hazırda iddia tələbinə əlavə edilmiş sənədlərə əsasən tərəflərin birgə nikahından anandan olmuş xx.xx.2020-ci il təvəllüdlü X7 ağır xəstə olması və ya əlilliyinin olması müəyyən olunmur. Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “xərclərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya ödənişi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar