Məhkəmə qərarları › İş №e-2(021)-3612/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3612/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3612/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə dаir yazılı icraat qaydasında məhkəmə bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat kompensasiya ödənişi və 65 manat dövlət rüsumu olmaqla, cəmi 4565 manat məbləğin Büronun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «İcbari Sığorta Bürosu» X15 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixində saat 15:20 radələrində VAZ-21011 markalı, 04BL2019 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu, Mustafaağalı kəndi hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Bərdə RPŞ-nin İstintaq Bölməsinin HK 1/1519 nömrəli, xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının İXM nin 332.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırma nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində VAZ-21011 markalı, 04BL2019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixində, saat 15:20 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 4500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. İddiaçı «İcbari Sığorta Bürosu» X8 nümayəndəsi X20 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 27 iyul 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, 10 iyun 2018ci il tarixdə Bərdə rayon mərkəzi xəstəxanasından Bərdə rayon polis şöbəsinə Bərdə rayonu Qaratəpə kəndində yaşayan X4, X10, X7 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları barədə məlumatlar daxil olmuşdur, toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 10 iyun 2018-ci il tarixdə saat 15:20 radələrində Cavabdeh idarə etdiyi "VAZ-2101" markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Mustafağalı kəndində hərəkətdə olarkən X4 idarə etdiyi "VAZ-2107" markalı markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ-2107" markalı avtomobilin sərnişinləri X19 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X21 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, X12 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətsə də, X17 ilə barışdığından, ona dəymiş zərəri tamamilə ödədiyindən Azərbaycan Respublikası CPMnin 40.2.2-ci maddəsinə cinayət qanunun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinin başlanması rədd edilmişdir. Lakin Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Ona görə də Qafqaz Qasımzadənin əməlində Azərbaycan Respublikası İXMnin 332.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon polis şöbəsinə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki: MTE vǝ PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 27 iyun 2018-ci il tarixli 474 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarət posthemoragik anemiya ilə müşayiət olunan dalağın cırılması ilə qarının küt travması küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. MTE və PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 27 iyun 2018-ci il tarixli 475 nömrəli rəyindən görünür ki, X13 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ qamış sümüyün distal ucunda iç topuğun yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. MTE vǝ PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 02 iyul 2018-ci il tarixli 472 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol dirsək və sol iç daban nahiyələrinin cırılmış-didilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. MTE vǝ PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 02 iyul 2018-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, X10 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ bazunun travmatik çıxığı ilə sağ bazu qabarının qopması küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. MTE və PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 12 iyul 2018-ci il tarixli 471 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əl nahiyəsinin əzilməsi, qançırı və şişkinliyi ilə sol əlin V daraq sümüyünün proksimal ucunun, İV daraq sümüyünün distal ucunun oynaq daxili sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. MTE və PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 12 iyul 2018-ci il tarixli 476 nömrəli rəyindən görünür ki, X11 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. MTE və PA ETT Birliyinin Bərdə rayon ekspertiza şöbəsinin 12 iyul 2018-ci il tarixli 477 nömrəli rəyindən görünür ki, X1 müayinə zamanı ona hər iki ayağın baldır nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulmuşdur. X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ baldır nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Mülki işə əlavə edilmiş «İcbari Sığorta Bürosu»nun "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 32, 33-cü maddələrinə əsasən kompensasiya ödənişinin verilməsi haqqında xx.xx.2019-cu il tarixli № 1-39/2019 nömrəli Qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Bərdə rayon polis şöbəsinin xx.xx.2018-ci il tarixli, HK-1/1519, nömrəli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərarına, Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, No ******* saylı arayışına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 473, 474, 475 saylı rəylərinə və iş materiallarına əlavə olunmuş digər sənədlərə əsaslanaraq xx.xx.2018-ci il tarixdə, saat 15:20 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X14, az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, 1500 manat, ailə üzvləri X7 ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, 1500 manat, X13 az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, 1500 manat, ümumilikdə 4500 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu» tərəfindən X10 hesabına 4500 manat vəsait köçürülmüşdür. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 65 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 10 iyun 2018-ci il tarixdə saat 15:20 radələrində Cavabdeh idarə etdiyi "VAZ-2101" markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu, Mustafağalı kəndində hərəkətdə olarkən X4 idarə etdiyi "VAZ-2107" markalı markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ-2107" markalı avtomobilin sərnişinləri X19 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X21 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, X12 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətsə də, X17 ilə barışdığından, ona dəymiş zərəri tamamilə ödədiyindən . Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə cinayət qanunun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinin başlanması rədd edilmişdir. Lakin Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Ona görə də Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon polis şöbəsinə göndərilmişdir. «İcbari Sığorta Bürosu» tərəfindən X2 dəymiş ziyanla bağlı 4500 (dörd min beş yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Bununla da İcbari Sığorta Bürosu» öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəsini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən onun cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyindən iddia təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284- 6.1 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X9 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar