Məhkəmə qərarları › İş №e-2(021)-3831/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3831/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3831/2022 07.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı "xxxx" ASC-nin Cavabdeh qаrşı “ziyan” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı "xxxx" ASC Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cаvаbdeh Cavabdeh 2900 manat sığorta ödənişinin, 49 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cəmi 2949,4 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilmiş hadisə 2013-cü ildə baş vermiş, iddiaçı "xxxx" ASC tərəfindən 2017-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət olunaraq iş üzrə qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(104)-2610/2017 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh 2900 manat məbləğində vurulmuş zərər və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla cəmi 2930,40 manat pulun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə üzrə artıq Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(104) 2610/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 149-152 və 170-cı maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: İddiаçı "xxxx" ASC-nin Cavabdeh qаrşı “ziyan” tələbinə dаir mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar