Məhkəmə qərarları › İş №e-2(021)-478/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-478/2024

16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-478/2024 16.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus əşyaların yaşayış sahəsindən çıxarılması və bu vəzifənin cavabdehə həvalə edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh onların evlərində əsassız olaraq qalan və onların mülkiyyət haqlarına müdaxilə yaradan, bu ərizənin təsviri hissəsində qeyd edilən əşyalarının (qoşa çarpayı- 1 ədəd; Tumba- 2ədəd; Şfoner-3 qapılı sürmə-1 ədəd; Sandıq-1 (krasdur) ədəd sandıq sadə- 1 ədəd; Termo güzgülü-1 ədəd; künc divan-1 ədəd; Lüstur salon-2 ədəd; Soyuducu- 1 ədəd; Televizor-1 ədəd; Paltaryuyan-1 ədəd; Qaz plitəsi-1 ədəd; Masa-1 ədəd+8 oturacağı ilə Servant-2 ədəd Termo güzgülü-1 ədəd; Televizor altlığı-1 ədəd; Pərdə-2 ədəd; Yorğan+döşək+balaca balış; Stəkan dəsti; Boşqab dəsti; Meyvə qabı; Naçnik-2 ədəd; güldan-1 ədəd) vərəsəlik hüququ əsasında onlara məxsus mülkiyyətləri olan Bərdə rayonu, Nizami küçəsi, ev 8 fərdi yaşayış evlərindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) onlara qarşı evə köçürülmə tələbi ilə bağlı iddiası Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2086/2023 saylı qətnaməsi ilə rədd edilərək onların vərəsəlik hüquqları əsasında Bərdə şəhəri, Nizami küçəsi, ev 8-ə mülkiyyət haqları tanınmışdır. Bu səbəbdən də cavabdehin onların evlərində əsassız olaraq qalan və onların mülkiyyət haqlarına müdaxilə yaradan əşyalarının çıxarılmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını zəruri hesab edirlər. xx.xx.2018-ci il tarixli, 2V-1214 saylı, V-918 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 qalmış mirasın vərəsə olaraq pay sahibləri onlardır. Cavabdehin əşyalarının onların evlərində qalması, cavabdehin onlar evdə olmadıqları zaman öz əşyalarını bəhanə edərək onların iradələri əleyhinə onlardan icazə almadan onların evlərinə daxil olması kimi risklər yaradır ki, bu da onların mənzil toxunulmazlığı və mülkiyyət toxunulmazlığı kimi kostitusion hüquqlarının ciddi şəkildə cavabdehin hərəkətlərinin və hərəkətsizliyinin təsiri ilə pozuntuya məruz qalmasıdır. Mənzil və mülkiyyətin toxunulmazlığı prinsipi bir çox hüquqi sistemlərdə insan hüquqlarının və mülkiyyəyin müdafiəsinin mühüm elementidir. O deməkdir ki, vətəndaşlar özəl məkanlarına, mənzil və mülkiyyətlərinə hörmət etmək hüququna malikdirlər və heç kim qanuni əsassız bu hüquqları istila edə bilməz. Müxtəlif ölkələrdə və yurisdiksiyalarda bu prinsip müxtəlif formalara və şərhlərə malik ola bilər. Lakin ümumiyyətlə, vətəndaşların şəxsi həyatının və mülkiyyətinin qorunması konsepsiyasını dəstəkləyir. Cavabdehə məxsus əşyalar bunlardır: qoşa çarpayı- 1 ədəd; Tumba- 2ədəd; Şfoner-3 qapılı sürmə-1 ədəd; Sandıq-1 (krasdur) ədəd sandıq sadə- 1 ədəd; Termo güzgülü-1 ədəd; künc divan-1 ədəd; Lüstur salon-2 ədəd; Soyuducu-1 ədəd; Televizor-1 ədəd; Paltaryuyan-1 ədəd; Qaz plitəsi-1 ədəd; Masa-1 ədəd+8 oturacağı ilə Servant-2 ədəd Termo güzgülü-1 ədəd; Televizor altlığı-1 ədəd; Pərdə-2 ədəd; Yorğan+döşək+balaca balış; Stəkan dəsti; Boşqab dəsti; Meyvə qabı; Naçnik-2 ədəd; güldan-1 ədəd Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək cavabdehə aid əşyaların evdə olduğunu bildirmiş və əşyalarını gəlib götürməsini cavabdehdən tələb etmiş, eyni zamanda cavabdehin qeyd etdiyi əşyaları da könüllü surətdə verməyə hazır olduqlarını qeyd etmiş və iddianı müdafiə etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək xarab əşyaları götürməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Kəlbəcər rayonu, Bozlu kəndində qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə ünvan 1 ünvanında yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1974cü il tarixdə anadan olmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsələri arvadı İddiaçı2 və oğlu İddiaçı1dur və onların hər biri X4 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52,7 kv.m-dən ibarət 2 otaqlı mənzilin İbrahim İbrahimova məxsus hissəsindən ½ hissədə pay almalıdırlar. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-ЖГ 291822 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1997-ci il tarixdə Bərdə şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 124 nömrə ilə qeydə alınmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG1/MT007/2023-03549 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər İddiaçı1 və Cavabdeh, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf Cavabdeh olmuşdur. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Bərdə şəhəri, Nizami küçəsində yerləşən ev X1 məxsusdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının 21 may 1993-cü il tarixli 576 nömrəli sərəncamından çıxarışdan görünür ki, X5 adına olub ailəliklə yaşadığı Bərdə şəhəri, Nizami küçəsində 1955-ci ildə kubik daşdan tikilmiş yaşayış sahəsi pulsuz olaraq onun mülkiyyətinə keçirilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2086/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “evə istifadə hüququnun yaranması və uşağı ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-2454/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2086/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2086/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-4470/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus əşyaların yaşayış sahəsindən çıxarılması və bu vəzifənin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı1 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 50 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh onların evlərində əsassız olaraq qalan və onların mülkiyyət haqlarına müdaxilə yaradan, bu ərizənin təsviri hissəsində qeyd edilən əşyalarının (qoşa çarpayı- 1 ədəd; Tumba- 2ədəd; Şfoner-3 qapılı sürmə-1 ədəd; Sandıq-1 (krasdur) ədəd sandıq sadə- 1 ədəd; Termo güzgülü-1 ədəd; künc divan-1 ədəd; Lüstur salon-2 ədəd; Soyuducu-1 ədəd; Televizor-1 ədəd; Paltaryuyan- 1 ədəd; Qaz plitəsi-1 ədəd; Masa-1 ədəd+8 oturacağı ilə Servant-2 ədəd Termo güzgülü-1 ədəd; Televizor altlığı-1 ədəd; Pərdə-2 ədəd; Yorğan+döşək+balaca balış; Stəkan dəsti; Boşqab dəsti; Meyvə qabı; Naçnik-2 ədəd; güldan-1 ədəd) vərəsəlik hüququ əsasında onlara məxsus mülkiyyətləri olan Bərdə rayonu, Nizami küçəsi, ev 8 fərdi yaşayış evlərindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların yaşadığı və istifadə hüququ, habelə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında onlara məxsus olan fərdi yaşayış evini tərk etməsinə baxmayaraq oradan cavabdehin iddiada siyahısı göstərilən öz əşyalarını çıxarmaması iddiaçıların sözügedən əmlaka olan hüquqlarının “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin əmlakının iddiaçının yaşayış evində qalması nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar. Bu kontekstdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi əşyaların siyahısı ilə bağlı bildirir ki, iddiaçıların şifahi etirafına baxmayaraq siyahıdakı əşyalarla bağlı şəkillər, videogörüntülər, qaimə və digər sənədlər təqdim edilmədiyindən həmin əşyaların ölçüsü, forması, miqdarı və digər fərdi müəyyən əlamətlərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə cavabdehin təqdim etdiyi siyahıdakı əşyaların iddiaçılara məxsus yaşayış sahəsindən götürülməsi tələbini qəbul etmir, məhkəmə hesab edir və yalnız onu bildirir ki, siyahıdakı əşyalar iddiaçılar etiraf etdiyi və könüllü surətdə verdiyi təqdirdə icra məmurunun aktında qeydə alınmaqla iddiaçıların yaşadığı yaşayış sahəsindən çıxarılmaqla cavabdehə təqdim edilə bilər. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsələri arvadı İddiaçı2 və oğlu İddiaçı1dur. Cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsəsi olmadığından cavabdehə məxsus əşyalar Bərdə şəhəri, Nizami küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh aid əşyalar: qoşa çarpayı- 1 ədəd; Tumba- 2ədəd; Şfoner-3 qapılı sürmə-1 ədəd; Sandıq-1 (krasdur) ədəd sandıq sadə- 1 ədəd; Termo güzgülü-1 ədəd; künc divan-1 ədəd; Lüstur salon-2 ədəd; Soyuducu-1 ədəd; Televizor-1 ədəd; Paltaryuyan maşın-1 ədəd; Qaz plitəsi-1 ədəd; (Qabaq stol) Masa-1 ədəd+8 oturacağı ilə Servant-2 ədəd Termo güzgülü-1 ədəd; Televizor altlığı-1 ədəd; Pərdə-2 ədəd; Yorğan+döşək+balaca balınc; Stəkan dəsti; Boşqab dəsti; Meyvə qabı; Naçnik-2 ədəd; Güldan-1 ədəd vərəsəlik hüququ əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Bərdə şəhəri, Nizami küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar