Məhkəmə qərarları › İş №e-2(021)-571/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-571/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-571/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Məhkəsinin xx.xx.2022-cü il tarixli, 2(021)-306/2022 saylı qətnaməsi əsasında Cavabdeh ödəməli olduğu 3400 manat məbləğində aliment borcunun silinməsi və xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun himayəsində qaldıqları müddətdə aliment ödəmək öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X16 adlı övladları olmuşdur. Cavabdehlə ilə ailə münasibətləri pozulduğundan Bərdə rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(021)-306/2022 qətnaməsi ilə nikah pozulmuş, övladları ananın yanında qalmış və hər uşağa aylıq 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment alınıb Cavabdeh verilməsinə qət edilmişdir. xx.xx.2022-cü il tarixli, 2(021)-306/2022 saylı Bərdə rayon Məhkəsinin qətnaməsində xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 məhkəmə prosesi gedən zaman onun himayəsində olması öz təsdiqini tapır. Həmçinin həmin məhkəmə iclası gedən zaman Bərdə rayon, Qəyyumluq və Himayəçilik Komissiyasına rəy verilməsi üçün müraciət olunmuş, qeyd olunan qurum tərəfindən verilmiş rəydə övladlarının onun yanında olmaları göstərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli, 2(021)-306/2022 saylı qətnamənin icrası üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru Mətləb Ələkbərov tərəfindən icra hərəkətlərinə başlanılmış, icra hərəkəti vaxtı icra məmuru tərəfindən onun xx.xx.2022-ci il tarixdə izahatı alınmış, izahatında ona 780 manat məbləğində aliment borcu olduğuna, aliment borcunun tam şəkildə nə zaman ödəyəcəyi sualı verilmiş, o isə cavabında övladlarının onun himayəsində olduğunu demiş, buna baxmayaraq icra məmuru tərəfindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, aliment borcu övladlarının onun himayəsində olmasına baxmayaraq, Bərdə rayon məhkəməsinin qərarı ilə barəsində 8 (səkkiz gün) müddətində inzibati həbs tədbiri tədbiq edilmişdir. Bundan sonra o uşaqları zorla əlindən alındığı üçün həbsdən azad edildikdən sonra Bərdə rayon məhkəməsinə uşaqla ünsiyyət hüququnun yaranması üçün iddia ərizəsi ilə müraciət etmiş, 2(021)-2449/2022 saylı müvəqqəti təminat tədbiri zaman uşaqlarla ünsiyyət zamanı xx.xx.2022-ci il tarixdən övladları onunla ünsiyyətdə olmuş, həmin vaxtdan faktiki olaraq onun himayəsində olmuşdur. Məhz icra məmuru tərəfindən bu barədə akt tərtib olunmuş, 2(021)-2449/2022 saylı qətnamənin icrasına xitam verilməsi üçün 16(021)-3 saylı icra sənədi Bərdə rayon məhkəməsinə qaytarılmışdır. Bütün bunlar onu təsdiq edir ki, Cavabdeh ilə nikah pozulandan bu yana övladları onun himayəsində qalmış, buna baxmayaraq aliment borcu əsassız olaraq artmaqda davam edir. Hal-hazırda da övladları onun yanındadır. Buna baxmayaraq , Bərdə rayon icra və Probasiya şöbəsi tərəfindən ona dəfələrlə zəng edilir və aliment borcu tələb olunur. Həmçinin Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)- 1148/2023 saylı Qərarında göstərilir ki, icra məmuru X8 tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmiş və hazırda hesablanmış olan 3640 manat məbləğindən 8 aylıq aliment məbləği çıxılmalı və yerdə qalan (3640- (8*260=2080)-2080=1560) 1560 manat məbləğ inzibati xəta törədən İddiaçı hazırki aliment borcunu təşkil edir. İcra sənədi üzrə ödənilməli olan pulun Bərdə Rayon Məhkəməsinin 2(021)-306 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1560 manat məbləğdə olduğunu göstərilmişdir. Həmin vaxtdan sonra da, övladları onunla birlikdə yaşayır. Bundan başqa övladları yanında ola-ola 500 manat məbləğində Lalə Məmmədliyə xx.xx.2023-cü il tarixdə pul ödəmişdir. Həmin qəbzi iş materiallarına əlavə etmişdir. Sadalananlara əsasən Bərdə rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(021)- 306/2022 qətnaməsinə əsasən övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X10 görə ödəməli olduğu aliment borcundan 3400 manat məbləğində olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Bərdə rayon Məhkəsinin xx.xx.2022-cü il tarixli, 2(021)-306/2022 saylı qətnaməsi əsasında Cavabdeh ödəməli olduğu 3400 manat məbləğində aliment borcunun silinməsi, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun himayəsində qaldıqları müddətdə aliment ödəmək öhdəliyindən azad edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, uşağı qətnamə ilə ona verilsə də qətnamə qəbul olunduqdan sonra atasının yanında olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA № ******* saylı Azərbaycan Respublikası X1 surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş 72021 saylı vəsiqə surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi veteranlarının X14 rayon Şöbəsində üzv kimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 215A saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mustafaağalı kəndində daimi qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 86 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mustafaağalı kəndində daimi yaşayır və onun uşaqları 28 oktyabr 2022-ci il tarixdən onunla birlikdə yaşayır. Mülki işə əlavə olunmuş AA № ******* Saylı Azərbaycan Respublikası X1 surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV seriyalı 340958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 05 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İV seriyalı 207922 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 iyul 2017-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı İddiaçı, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş ünvan 1 xx.xx.2022-ci tarixli qətnaməsindən görünür ki, X11 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X17 anaları X11 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X2 və 05 sentyabr 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün, qətnamə icra olunduğu vaxtdan başlayaraq İddiaçı hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin X11 xeyrinə tutulması qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 3(021)-1178/2022 saylı xx.xx.2022-ci tarixli qərarından görünür ki, ünvan 1, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə təqsirli bilinib bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 16(021)-3/2022 saylı xx.xx.2022-ci tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X12 qarşı "uşaqla ünsiyyətdə olmaq " tələbinə dair 2(021)-2449/2022 mülki iş üzrə İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsi əsasında İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X17 adlı uşaqları ilə hər həftənin şənbə günü saat 17:00-dan saat 20:00-a kimi ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-2449/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X12 qarşı “uşaqla ünsiyyət hüququ” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat saat 16:00-dan gecə qalmaqla bazar günü saat 11:00–a kimi görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 8(021)-536/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-306/22 saylı icra sənədi üzrə xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Mustafaağalı kəndində yaşayan borclu İddiaçı ölkədən getmək hüququ borcunu ödəyənə kimi müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-3227/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-zinət və cehiz əşyaları ” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 3(021)-1148/2023 saylı xx.xx.2023-cü tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-306 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə təqsirli bilinib bаrəsində 15 (on beş ) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş 11 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X11 adına İddiaçı tərəfindən "xxxx" MMC vasitəsi ilə 500 manat ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş 31 oktyabr 2023-cü il tarixdə Bərdə rayon Mustafaağalı kəndində İddiaçı, X4 və digər kənd sakinləri tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, 28 oktyabr 2022-ci il tarixdən Məmmədli Mehman və Məmmədli Nur ataları ilə birgə yaşayırlar. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq “yığılmış aliment borcunun silinməsi” barəsində arayış verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-278/24 saylı xx.xx.2024cü tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X12 qarşı “uşaqların himayədə saxlanılması” tələbinə dair mülki işüzrə məhkəmə-psixoloji ekspertiza təyin edilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-852/24 saylı xx.xx.2024cü tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki iş üzrə icraat, Bərdə rayon məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı «uşaqların himayədə saxlanılması» tələbinə dair 2(021)-278/24 saylı iş üzrə ekspertiza rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixdə Bərdə rayon icra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi-Baş icra məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri X21 ünvanlanmış 98253/06 saylı məktubdan görünür ki, ünvan 1, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə borcluya icraata başlama haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, "EMF" sistemi üzrə borclu barədə müvafiq sorğular verilsə də,borcun yönəldilə bileceyi heç bir gəlir və ya əmlak müəyyən edilməmişdir. Borclunun icra sənədi üzrə tələbi və icra məmurunun qanuni tələblərini təmin etmədiyi nəzərə alınaraq barəsində xx.xx.2022-ci tarixdə inzibati protokol tərtib edilərək, Bərdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Borclu Bərdə Rayon Məhkəməsininin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İcra tədbiri olaraq İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq təqdimatla məhkəməyə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Borclunun icra sənədi üzrə tələbi və icra məmurunun qanuni tələblərini təmin etmədiyi nəzərə alınaraq barəsində xx.xx.2023-cü il tarixdə inzibati protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Borclu Bərdə Rayon Məhkəməsininin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuş və borclu inzibati qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-408 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə Bərdə Rayon Məhkəməsin 3(021)-1148 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İcra sənədi üzrə borclunun tələbkara xx.xx.2023-cü il tarixə 2340 manat aliment borcu yaranmışdır. İcra sənədi şöbənin nəzarətində saxlanılmaqla cinayət məsuliyyətinə verilməsi istiqamətində, icra tədbirləri davam etdirilir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən mediasiya xidməti üçün 55 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ailə qurmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X16 adlı övladları olmuşdur. Məhkəmə icraatı gedişində Bərdə rayon İcra hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən İddiaçı iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilən zaman, həmçinin qətnamə qəbul olunarkən uşaqların atalarının yanında qalması öz təsdiqini tapmışdır.Bərdə rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(021)-306/2022 qətnaməsi ilə nikah pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş , hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclasında Cavabdeh uşaqların 2022-ci ilin oktyabr ayından atasının yanında yaşadıqlarını etiraf edərək, iddiaçının tələbində göstərdiyi xüsusatları sübut etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 faktiki olaraq 28 oktyabr 2022-ci l tarixdən atalarnın himayəsində yaşamağı iddiaçının izahatı,cavabdehin iddianı qismən etiraf etməsi ilə öz təsdiqini tapdığından , xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 ataları iddiaçı X2 himayəsində olması faktı müəyyən olunmalıdır Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Məhkəmə hesab edir ki, uşaqlar faktiki olaraq atalarının himayəsində yaşadıqlarından, hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin tutulmasından və həmin qətnamə əsasında yığılmış aliment borcundan azad edilməlidir. Belə ki, MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdeh ona qarşı verilən iddianı məhkəmə iclasında iddianı etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır . Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki,iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, iddia tələbinin təmin edilmiş 2860 manat hissəsinə münasibətdə 48.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərina aid olmadığından iddia tələbi 55 manat mediasiya xərci hissəində təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin borcun silinməsi" tələbinə dair iddia qismən təmin edilsin. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəsinin xx.xx.2022-cü il tarixli, 2(021)- 306/2022 saylı qətnamə əsasında ödənilməmiş aliment borcundan azad edilsin və xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 ataları İddiaçı himayəsində olmaları faktı müəyyən olunsun. İddia tələbinin təmin edilmiş 2860 manat hissəsinə münasibətdə 48.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar