Məhkəmə qərarları › İş №e-2(022)-1364/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1364/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1364/2025 07.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı avabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, övladı Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı dünyasını dəyişib. Cavabdeh onun doğma oğludur, lakin Füzuli onun oğlu olmasına baxmayaraq, onunla maraqlanmır və ona heç bir qayğı göstərmir. Yaşı və səhhəti ilə bağlı ona qulluq edilməsinə görə daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. O, həm yaşı, həm də xəstəliyi ilə bağlı daim dərman qəbul edir. Oğlunu min bir əziyyətlə böyütmüşdür. Ona qarşı heç vaxt pis ana olmamışdır. Amma o, onunla heç vaxt maraqlanmamış, qayğı göstərməmiş, maddi yardım etməmişdir. Hesab edir ki, necə ki, uşaqlar yetkinlik yaşına çatanadək onları saxlamaq valideynlərin borcudur, eləcə də onların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcudur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun doğma anasıdır. O, özü 70 yaşı olmaqla, həm xəstədir, həm də heç bir yerdə işləmir.Yalnız yaşa görə hər ay 220 manat pensiya alır. Aldığı pensiya onun heç dərmanlarına belə kifayət etmir. Yəni anasına yardım etməyə heç bir imkanı yoxdur. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.1955-ci il təvəllüdlü olmaqla 70 yaşı vardır. İş materiallarında olan portaldan çıxarışdan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış pensiya haqqında arayışdan görünür ki, İddiaçı hər ay 393.33 manat yaşa görə pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh hər ay 220 manat yaşa görə pensiya təyin edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞB/MT057/2025-00030 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən: 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə belə hesab edir ki, işin müəyyən edilmiş hallarına münasibətdə Ailə Məcəlləsinin 82-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmış övladların əmək qabiliyyətli olması, eyni zamanda aliment tələb edən valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması həmin valideynin xeyrinə alimentin tutulmasını şərtləndirir. Lakin iş materiallarından görünür ki, Cavabdeh 70 yaşına çatması onun əmək qabiliyyətli hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, Cavabdeh pensiya yaşına çatması səbəbindən yaşa görə hər ay 220 manat pensiya alır. Cavabdeh izahatında da müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, hazırda hər hansı gəlir gətirən fəaliyyətlə məşğul olmadığını, dəman vasitələrinin alınması üçün ona verilən pensiya məbləğindən istifadə etdiyini göstərmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının cavabdehdən aliment tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar