Məhkəmə qərarları › İş №e-2(022)-2107/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2107/2025

29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2107/2025 29.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları - xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,0 misli miqdarında olmaqla, ümumilikdə hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,0 misli miqdarında alimentin ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat və mediasiya xərci olaraq 50 (əlli) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə el adəti ilə nişanlanmış, xx.xx.2019-cu il tarixdə isə ailə qurmaq məqsədilə cavabdeh ilə qoşulub qaçmışdır. xx.xx.2019-cu il tarixdə isə Elməddinin valideynləri onlara el adəti ilə toy etmiş və onlar ailə qurmuşlar. Lakin nikahlarını rəsmi qeydə aldırmamışlar. Ailə qurduqdan sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Elməddinin valideynlərinə məxsus evdə Elməddinin valideynləri ilə birlikdə yaşamağa başlamışlar. Birgə nikahdan iki övladları doğulmuşdur: xx.xx.2020-ci il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X7. Nikahları rəsmi olaraq qeyd edilməsə də, hər iki övladının atasının X8 olması qanunla nəzərdə tutulmuş qaydada müəyən edilmiş və bu barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli AZ-İ № 455816 və xx.xx.2023-cü il tarixli AZ-İ № 455817 saylı Atalığın müəyyən edilməsi haqında Şəhadətnamə verilmişdir. İlk əvvəl münasibətləri normal olsa da, sonradan Elməddin və ailə üzvlərinin ona qarşı münasibəti pisləşmiş və mütəmadi olaraq heç bir səbəb olmadan onunla mübahisə yaratmışlar. Elməddin artıq onunla bir ailə kimi yaşamaq istəmədiyini bildirmişdir. 25 noyabr 2024-cü il tarixdə aralarında baş vermiş növbəti narazılıqdan sonra hər iki uşağını da götürüb ünvan 1 ünvanda yerləşən valideynlərinə məxsus evə gəlmişdir. Həmin vaxtdan da hazırkı vaxta kimi həmin evdə valideynləri ilə birlikdə yaşayır. Həmin vaxtdan keçən bir il ərzində dəfələrlə Elməddindən uşaqlarının saxlanması üçün vəsait istəmiş, Elməddin uşaqlarının saxlanması üçün maddi yardım göstərəcəyini vəd versə də, heç bir yardım göstərməmişdir. Bu vaxt ərzində uşaqları onun himayəsində qalmış, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. O, bir ata kimi uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarmış və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyir. Uşaqları kiçik yaşlı olduqlarından və onlara baxa biləcək başqa adam olmadığından işləyə bilmir. Hazırda uşaqlarını saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir və onların himayəsində yaşayır. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün Elməddinin maddi imkanı yaxşı olsa da, ondan qərəzli olduğuna görə uşaqlarına maddi köməklik göstərmir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəyə bilməyəcəyini, ona görə də alimentin 150 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını diləyərək, işin faktiki hallarını iş materialları üzrə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 455816 saylı Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 20 avqust 2020-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İİ № 455817 saylı Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 21 oktyabr 2021-ci ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarında olan 09 yanvar 2026-cı il tarixli № 05/Q-50/69 saylı doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 09 yanvar 2026-cı il tarixli № 05/Q-51/69 saylı doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/MT057/2025-00227 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasında iştirak emiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyevev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar