Məhkəmə qərarları › İş №e-2(022)-387/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-387/2024

13.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-387/2024 13.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X3, cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinin nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinə qarşı pul tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-xx.xx.2021-ci il tarixə kimi cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinin Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 800 (səkkiz yüz) manat pulun, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət müddət üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməmiş hissəsi olan 1642 (bir min altı yüz qırx iki) manat 40 (qırx) qəpik pulun, gecikdirilmiş və ona ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) gecikdirilmiş hər günü üçün bir faizini təşkil edən 34 907,05 manat pulun, 320 (üç yüz iyirmi) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 60 (altımış) manat mediasiya xərcinin, cəmi 37.746 (otuz yedi min yeddi yüz qırx altı) manat 70 (yetmiş) qəpik pulun cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsindən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək və bu barədə ərizə verərək bildirmişdir ki, o, cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsində xx.xx.1983-cü ildən xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq sahə pediatr vəzifəsində işləmişdir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olmuşdur. Həkim Məsləhət Komissiyasının üzvü olması həmin dövrlərdə uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilən göndərişlərlə sübut olunur (məs: xx.xx.2021-ci il tarixli 0730003AACVJ nömrəli, xx.xx.2021-ci il tarixli 0730003AACTB nömrəli göndərişlər). Sözügedən komissiyanın üzvü olması səbəbindən həmin müddətdə onun əmək haqqına hər ay üçün 200 manat əlavə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənilməmişdir. Həkim Məsləhət Komissiyasının üzvü olduğuna görə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri ərzində hər ay onun əmək haqqına 200 manat əlavənin (cəmi 800 manat) ödənilməsi üçün X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən cavabdeh müəssisəyə xx.xx.2023- cü il tarixli 3-17-5/2-36561 nömrəli icrası məcburi olan göndəriş verilmişdir. Təkrarən X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən onun həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərdiyi hər aya görə sabit həvəsləndirici əlavənin ona ödənilməsinin təmin edilməsi barədə cavabdeh müəssisəyə xx.xx.2024-cü il tarixli 3-17-5/2-5537/2024 nömrəli göstəriş verilmişdir. Lakin bu günədək cavabdeh müəssisə tərəfindən qeyd edilən məbləğ ona ödənilməmişdir. Bundan başqa, AR İcbari Tibbi Sığorta üzrə X12 Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 saylı qərarının 11.1-ci bəndinə əsasən ona xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün onun vəzifə maaşına hər ay 30 faiz əlavə əmək haqqı verilməli olduğu halda ödənilməmişdir. Bu səbəbdən də X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən Biləsuvar Rayon X5 Hüquqi Şəxsinin direktoru barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçıya ödənilməli olan xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (28 ay) sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ümumi məbləği 4178.40 manat təşkil edir. İlk 24 ayda iddiaçının vəzifə maaşı hər ay 487 manat, sonrakı 4 ay ərzində isə 560 manat olmuşdur. Vəzifə maaşı 487 manat olduğu dövrdə 30% əlavənin miqdarı hər ay 146.10 manat, vəzifə maaşı 560 manat olduğu son 4 ay ərzində isə aylıq əlavənin miqdarı 168 manat olmuşdur. Yuxarı və digər orqanlara edilən müraciətdən sonra cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsi 2023-cü ilin dekabr ayında ona 2536.00 manat ödəniş etmişdir. Qalan 1642.40 manatı isə ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsi tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuş, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay əmək haqqına 200 manat (cəmi 800 manat) əlavə və xx.xx.2021-ci tarixindən xx.xx.2023-ci il tarixinədək hər ay əmək haqqına 30 faiz əlavə (qalan 1642.40 manat) ödənilməmişdir. Əmək qanunvericiliyinə görə əmək haqqına əlavə ödənişlər əmək haqqının tərkib hissəsi olduğundan hesab edir ki, cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsi tərəfindən ona ödənilməmiş əmək haqqının hər gecikdirildiyi gün üçün ən azı bir faizi məbləğində ödənc hesablanmalı və ona birdəfəlik ödənilməlidir. İddiaçıya ödənilməmiş əmək haqqının hər gecikdirildiyi gün üçün bir faizi məbləğində ödənc hesablanması qaydasını əks etdirən cədvəllər iddia ərizəsinə əlavə edilir. Cədvəldən də göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sahə pediatr-həkimi kimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməməsinə görə hər gecikdirildiyi gün üçün bir faizi məbləğində, yəni 27075,05 manat ödənc cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsi tərəfindən ona ödənilməlidir. Daha sonra, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olması səbəbindən həmin müddətdə onun əmək haqqına hər ay üçün 200 manat (cəmi 800 manat) əlavənin ödənilməməsinə görə hər gecikdirildiyi gün üçün bir faizi məbləğində, yəni 7832,00 manat ödənc cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsi tərəfindən ona ödənilməlidir. Ona görə də tələbini dəqiqləşdirərək onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh Bilsuvar RMX PHŞ Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ödənilməmiş 612 manat, 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25 %-lik 98,25 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək sahə pediatr həkimi kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30 % əlavənin ödənilməmiş hissəsi 437,39 manat, cəmi 1148 manat, 450 manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqının və 60 manat mediasiya xərcinin, geçikdiirlmiş və ödənilməmiş əmək haqqının (vəzifə maaşına əlavələrin) geçikdirilmiş hər günü üçün bir faizini təşkil edən ödənc məbləği olan 34.907,05 manat pulun, əldən çıxmış fayda şəkildə 35.000 manat pulun, mənəvi ziyan şəklində 50000 manat pulun, ümumilikdə 121.131,94 manat pulun cavabdeh Bilsuvar RMX PHŞ-dən tutularaq iddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinin nümayəndəsi vəkil X8 izahatında göstərmişdir ki, iddiaçının tələbinin 1-ci bəndi üzrə bildirir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək Biləsuvar rayon X5 X16 Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Əgər olsaydı digər həkim məsləhət komissiyalarının üzvü kimi ona da ödənc verilərdi. Belə ki, həmin dövrdə cavabdeh təşkilatda həkim məsləhət komissiyanın üzvləri ilə bağlı əmrdə İddiaçı adı yoxdur. Hesab edir ki, iddiaçı həmin faktı sübut etdikdən sonra hazırkı tələbi üzrə subyektiv hüququ yaranır. Digər tərəfdən Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi iddiaçı həqiqətən də həkim məsləhət komisiyasnın üzvü olsaydı belə tələbi ilə bağlı bir il müddətində iddia qaldırmaq hüququ var idi. Lakin o, üç ildən sonra iddia qaldırmışdır.Hesab edir ki, göstərilən tələblə əlaqədar iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. İddiaçının tələbinin 2-ci bəndi üzrə bildirir ki, xx.xx.2021ci il tarixdən 25 04.2023-cü il tarixədək sahə pediator-həkim kimi fəaliyyət müddəti üçün vəzifə maaşına hər ay 30 faiz əlavənin ödənilməmiş hissəsinin, yəni 1642.40 manat pul tələbi hissəsi əsassızdır. Belə ki. göstərilən müddət üçün iddiaçıya vəsait ödənilmişdir. İddiaçının iddia tələbinin 1-ci hissəsi ilə bağlı iddia müddəti keçdiyindən iddia müddətini tətbiq edərək iddia müddətinin keçməsinə görə, iddianın 2-ci hissəsi ilə əlaqədar iddia tələbi təmin olunduğundan və həmin hissə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2024- 00156 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Biləsuvar rayon X5 hüquqi şəxsi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Biriyi» Publik hüquqi şəxs Biləsuvar Rayon X5 Hüquqi Şəxsinin 18 aprel 2024-cü il tarixli 1001 saylı məktubunda göstərilmişdir ki, «Biləsuvar Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinin İSX (ASM) şöbəsinin ailə həkim-pediatr vəzifəsində işləmiş İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid tarif dərəcəsi maaşının 30 faizi olaraq 3377,85 (üç min üç yüz yetmiş yeddi manat 85 qəpik) manat hesablanmışdır. Qanunvericiliyə uyğun tutulmalardan sonra onun hesabına 2536 (iki min beş yüz otuz altı) manat köçürülmüşdür. xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək İİ qrup əlilliyə görə 3086,86 (üç min səksən altı manat 86 qəpik) manat hesablanmışdır. Belə ki, bu məbləğ göstərilən dövrdə hər ay İİ qrup əlil olduğu üçün qanunvericiliyə uyğun olaraq vahid tarif dərəcə maaşının 25 faiz nisbətində hesablanaraq aylıq əmək haqının üzərinə gəlməklə ödənilmişdir. Hazırda «Biləsuvar Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin İddiaçı fasiləsiz əmək stajına görə (VTC-nin 30 faizi) və İİ qrup əlilliyinə görə heç bir borcu qalmamışdır». İş materiallarında olan X17 Səhmdar Cəmiyyətinin Biləsuvar Rayon Filialı tərəfindən İddiaçı ünanlanmış 29 may 2024-cü il tarixli 062/2024 saylı məktubunda göstərilmişdir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Bankın tranzit hesabına 2536 (iki min beş yüz otuz altı) manat məbləğində “X1 emek haqqı ferqi” təyinatı ilə vəsait daxil olmuş və xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus kart hesabına mədaxil edildiyi göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 3(022)-178/2024 saylı qərarı ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Biləsuvar Rayon X5 Hüquqi şəxsin direktoru X2 barəsində xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə səbəb xəstəxananın keşmiş əməkdaşı, hazırda pensiyaya çıxmış həkim İddiaçı 2022-ci ili yanvar ayında 1 aylıq əlilliyə görə əmək haqqına əlavənin verilməməsi və həkim məsləhət komissiyasının üzvü olduğu üçün həvəsləndirici sabit əlavələrin verilməməsi omuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinin nümayəndəsi vəkil X8 iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinin Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvü olduğuna görə ona ödənilməmiş 800 (səkkiz yüz ) manat pul tələbinə iddia müddəti təbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «Biləsuvar Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinin İSX (ASM) şöbəsinin ailə həkim-pediatr vəzifəsində işləmiş İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid tarif dərəcəsi maaşının 30 faizi olaraq 3377,85 (üç min üç yüz yetmiş yeddi manat 85 qəpik) manat hesablanmışdır. Qanunvericiliyə uyğun tutulmalardan sonra onun hesabına 2536 (iki min beş yüz otuz altı) manat köçürülmüşdür. xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək İİ qrup əlilliyə görə 3086,86 (üç min səksən altı manat 86 qəpik) manat hesablanmışdır. Belə ki, bu məbləğ göstərilən dövrdə hər ay İİ qrup əlil olduğu üçün qanunvericiliyə uyğun olaraq vahid tarif dərəcə maaşının 25 faiz nisbətində hesablanaraq aylıq əmək haqının üzərinə gəlməklə ödənilmişdir. İddiaçı həkim-pediatr vəzifəsində işlədiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz əmək stajına görə vahid taarif dərəcəsi maaşının 30 faizi olaraq ona ödənilməli olan məbləğin tam olaraq ödənilmədiyini, 437,39 manat pulun ona ödənilmədiyini, habelə 2022-ci ilin yanvar ayı üçün İİ qrup əlilliklə bağlı aylıq taarif maaşına 25%-lik 98,25 manat pul vəsatinin ödənilmədiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə cavabdeh müəssisənin strukturu olan Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvü olduğunu, sözügedən komissiyanın üzvü olması səbəbindən həmin müddətdə onun əmək haqqına hər ay üçün 200 manat əlavə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ona ödənilmədiyini, nəticədə 800 manat ödənilməmiş qaldığını göstərmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, ƏM-nin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsindən görünür ki, iddiaçı təxminən 3 ilə yaxın bir müddət keçdikdən sonra pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları yalnız öz izahatları ilə əsaslandırmışdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçının cavabdeh Biləsuvar Rayon X5 hüquqi şəxsinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar