Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-452/2024 11.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın onun yanında qalmasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciıt edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalmasının müəyyən edilməsi barədə qərar qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların rəsmi nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-753/2021 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə 117 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 boşanmadan sonra anaları X3 yanında saxlanılmaları müəyyən edilmişdir. İddiaçı uşaqların saxlanılması üçün aliment tələbi etməmişdir. Lakin hazırda cavabdeh olan Cavabdeh 2023-cü ildə aliment tələbi ilə iddia qaldırmış və Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-286/2023 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi iki uşağa görə ayda 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən övladları X5 və X4 hazırkı dövrə qədər onun yanında qalırlar və onların bütün xərcləri iddiaçı tərəfindən ödənilir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qət edilmiş hər ay üçün 260 (iki yüz altımış) manat məbləğində alimenti Cavabdeh hesabına ödəmişdir. Buna görə də məhkəmə qaydasında onların iddiaçının yanında qalmalarının müəyyən edilməsinə zərurət yaranmışdır. Sonda iddianın nümayəndəsi tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(022)-756/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 aprel 2009-cu il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq həmin şəxslərin birgə nikahlarından doğulmuş uşaqları - 10 iyul 2010-cu il tarixdə anadan olmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 anaları Cavabdeh yanında saxlanılmaları müəyyən edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(022)-756/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından 10 iyul 2010-cu il tarixdə doğulmuş X2 və 28 may 2012-ci il tarixdə anadan olmuş X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi və həmin uşaqarın İddiaçı yanında saxlanılmaları barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 286/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi iki uşağa görə ayda 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşağın qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşağın mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşağın həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən, iqtisadi, sosial-iqtisadi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirlməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi validenlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarına görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeyini «Johansen Norveçə qarşı» işi üzrə 07 avqust 1996-cı il tarixli qərarında (§78) da ortaya qoymuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarının 7.8-ci bəndində məhkəmələrə izah etmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 10 iyul 2010-cu il tarixdə doğulmuş X2 və 28 may 2012-ci il tarixdə doğulmuş X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların iddiaçının yanında qalmaları barədə Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı göstərmişdir ki, “uşaqlar anada saxlanılsa da, hazırda uşaqlar mənimlə yaşayır. Odur ki, övladlarımın mənimlə qalması və cavabdehdə saxlanılmasından daha ədalətli olar. Uşaqlar tam olaraq mənə öyrəşiblər və məndən ayrılmaq istəmirlər. Boşanan gündən bəri çox vaxt mənimlə qalırlar. Uşaqların bütün qayğısı mənim üzərimə düşür və tam olaraq, uşaqları nəzarətdə və qayğı ilə saxlayıram. Buna görə də məhkəmə qaydasında onların iddiaçının yanında qalmalarının müəyyən edilməsinə zərurət yaranmışdır». İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1034/2023 saylı qətnaməsindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 2(022)-258/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı «uşaqların atalarının yanında qalmalarının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)- 1034/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1034/2023 saylı qətnaməsi dəyişdrilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi ilə birgə nikahdan olan uşaqların valideynlərdən birinin yanında qalması müəyyən edildikdən sonra digər valideynin uşaqlarla ünsiyyət zamanı, uşaqların yaşını və psixi inkişafını nəzərə alaraq, şirnikləndirici metodlarla həmin uşaqların fikrini dəyişmək ehtimalı hər zaman mövcuddur. Belə vəziyyətdə və tərəflərin ailə və həyat şəraitində hər hansı diqqətəlayiq hallar baş vermədiyi halda, məhkəmənin hər dəfə yalnız uşaqların fikrini əsas tutaraq, uşaqların yaşayış yerini dəyişməsi Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnaməsinin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquqi əhəmiyyətini azalda, eyni zamanda valideynləri birgə nikahdan olan uşaqların digər valideynlə ünsiyyətinə maneçilik törətməyə sövq edə bilər. Buna görə də məhkəmə hesab edir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll olunduğu halda, yalnız iddiaçı tərəfin formal mülahizələrini əsas tutaraq, uşaqların fikrinin mütləq qaydada öyrənilməsinə zərurət və hazırki vəziyyətdə uşaqların məhkəmə iclasında iştrakını təmin etməməsinin cavabdehin əleyhinə təfsir olunmasına əsas yoxdur. Yuxarıda qeyd olunan birinci və yuxarı instansiya məhkmələrinin qüvvədə olan qətnamə və qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı uşağın onun yanında qalmasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məlikzadə X6 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-286/2023 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi iki uşağa görə ayda 260 (iki yüz altımış) manat sabit pul məbləğində alimentin ondan alınaraq Cavabdeh ödənilməsini əsas gətirməklə cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 onun yanında saxlanılmasının müəyyən edilməli olduğunu göstərmişdir. Lakin iddiaçının istinad etdiyi həmin hal, uşaqların saxlanılması üçün aliment ödəməsi yeni hal kimi müəyyən edilə bilməz. Belə ki, qüvvədə olan məhkəmə qətnamələrindən sonra uşaqların ananın yanında yox, atanının yanında saxlanılmasına əsas verən hər hansı bir yeni hal yaranmamışdır. Azərbaycan Respublikası MPM-nın 261.0-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarını nəzərə alaraq belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın onun yanında qalmasının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalmasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №e-2(022)-452/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-452/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver