Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-510/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 08 may 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 12 fevral 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin 08 may 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, tərəflər el adəti üzrə toy edib, evlənsələr də, faktiki nikahlarını rəsmiləşdirməmişlər. Həmin nikahdan tərəflərin 1 uşağı doğulmuşdur. Həmin uşağın atalığı cavabdehin ərizəsi əsasında müəyyən edilmişdir. İddiaçı və cavabdeh artıq 1 ildir ki, müxtəlif ünvanlarda yaşayırlar və həmin şəxslərin faktiki nikahlarından doğulmuş uşaqları anası İddiaçı yanında qalır. İddiaçı hazırda heç bir yerdə işləmir və valideynlərinin maddi dəstəyi ilə həm özünün, həm də uşağının dolanışığını təmin edir. Buna görə də iddiaçı cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün cavabdehdən aliment tutulması barədə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. O hesab edir ki, cavabdehin birgə nikahlarından doğulmuş uşağının saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment ödəməyə imkanı var. Sonda, Nümayəndə iddiasının təmin edilərək, cavabdehdən iddiaçının xeyrində uşağının saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, o və İddiaçı el adəti üzrə toy edib, evlənsələr də, faktiki nikahlarını rəsmiləşdirməmişlər. Həmin nikahdan onların 1 uşağı anadan olmuşdur. Həmin uşağın atalığı onun ərizəsi əsasında, müəyyən edilmişdir. Onlar artıq 1 ildir ki, müxtəlif ünvanlarda yaşayırlar və faktiki nikahlarından doğulmuş uşaqları anası İddiaçı yanında qalır. O, ailəsinin dağılmasını istəmsə də, iddiaçının valideynlərinin müdaxiləsi və təzyiqi nəticəsinddə onların ailə münasibətləri pozulmuşdur. O, iddiaçı ilə hazırda barışmağa cəhd etsə də, valideynlərinin təzyiqinə görə İddiaçı onunla barışa bilmir. O, iddiaçı ilə faktiki nikahlarından doğulmuş uşağının saxlanması üçün hər ay aliment ödəməyə razı olsa da, onun maddi imkanı aşağıdır. O, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyinə görə rəsmi şəkildə heç bir yerdə işləmir və fəhləliklə məşğul olur. Buna görə də onun iddiaçıya hər ay 246 manat məbləğində aliment ödəməyə maddi vəziyyəti imkan vermir. O, iddiaçıya hər ay yalnız 100 manat miqdarında aliment ödəyə bilər. Sonda, Cavabdeh iddianın qismən təmin edilməsini və ondan iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 862382 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda doğulmuşdur. Həmin şəhadətnamədə C.K.Əzizlinin atası qismində Cavabdeh, anası qismində İddiaçı göstərilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 15 yanvar 2025-ci il tarixli, 05/Q- 51/69 nömrəli arayışının surətindən görünür ki, X4 barəsində 19 may 2023-cü il tarixdə 134 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydi tərtib edilmişdir. Həmin uşağın atası qismində Cavabdeh, anası qismində İddiaçı göstərilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 5-39-11/2- 37/25 nömrəli arayışın surətindən görünür ki, Əsədova X2 rayonu, Ağayrı kəndində yaşayır və onun X3 ibarət tərkibdə ailə üzvü var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına görə isə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin maddi vəziyyətini, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdeh ilə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşağın yaşını və iddiaçının hazırda heç bir yerdə işləməməsini, 2025-ci ildə bir uşağın minimum yaşayış xərclərinin 246 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, 172 manat, iddianın qaldırıldığı vaxtda - 2025-ci ildə ölkə üzrə qüvvədə olan minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında, sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2-ci maddəsinə görə alimentin alınmasına dair qətnamələr dərhal icra edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 12 fevral 2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 45 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 08 may 2023-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci ildə ölkə üzrə qüvvədə olan minimum aylıq əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında sabit pul məbləğində aliment tutulsun. X1 üçün alimentin tutulması 12 fevral 2025-ci il tarixdən həmin uşaq yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-510/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-510/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver