Məhkəmə qərarları › İş №e-2(022)-562/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-562/2023

13.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-562/2023 13.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı cavabdeh «X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə («X7” MMC) və onun direktoru- təsisçisi X5 qarşı əmək haqqı və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı cavabdeh «X7” MMC-yə qarşı əmək haqqı və pul tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, "X8" MMC-nin ona hələ də ödəmədiyi xx.xx.2021 xx.xx.2022-ci İl tarixinə qədər olan 8 aylıq əmək haqqı, cəmi 6 776 manat cavabdeh "X8" MMC-dən və onun direktoru - təsisçisi X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə, "X8" MMC iddiaçının 6 776 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödənc, cəmi 15343 manat pulun cavabdehlər "X8" MMC-dən və onun direktoru - təsisçisi X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə, cavabdeh “X8" MMC-nin İddiaçı hələ də ödəmədiyi son haqq hesabın hesablanıb cavabdehlər 'X8" MMCdən və onun direktoru - təsisçisi X2 müştərək qaydada tutularaq İddiaçıZülfü oğluna ödənilməsi, 100 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci, cəmi cavabdehlər “X8" MMC-dən və onun direktoru-təsisçisi “X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddiasına dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, onunla cavabdeh X3 təsisçisi və hal hazırda direktoru olduğu digər Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsi əsasında, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər, yəni 8 ay müddətində aylıq 900 manat əmək haqqı ilə həmin MMC-nin direktoru vəzifəsində işləmişdir.Əmək müqaviləsinə onun ərizəsi əsasında xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Lakin hələ də onun çalışdığı həmin 8 aylıq müddətə aid ştat cədvəlinə uyğun olaraq təyin olunmuş və hesablanmış 8253 manat, bundan başqa onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləsə də ona son haqq-hesab da cavabdehlər tərəfindən ödənilməmişdir. Odur ki, cavabdehin ona hələ də ödəmədiyi xx.xx.2021 - xx.xx.2022-ci il tarixinə qədər olan 8 aylıq əmək haqqı, cəmi 8253 manat, 8223 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödənc, cəmi 18899 manat, cavabdehin hələ də ödəmədiyi son haqq hesabın hesablanıb ödənilməsi, əmək münasibəti zamanı cavabdehlərin ondan aldığı 2441 manat pul vəsaitinin və 100 (yüz) manat hüquqi xidmət xərci və 50 (əlli) manat mediasiya xərcinin cavabdehlər “X8" MMCdən və onun direktoru-təsisçisi X2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X6 da iddia tələbini müdfiə edərək təmin olunmasını xahuş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsnin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və iddiaçıya hər ay 400 manat məbləğdə əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan “X8" MMC-nin yeganə təsisçisi X3 08 avqust 2022-ci il tarixli 02/22 saylı Qərarından görünür ki, Cəmiyyətin baş direktoru İddiaçı (şəxsiyyət vəsiqəsi AA 1563810, FİN 6XOJ7KQ) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan «X4» MMC-nin İddiaçı ünvanlanmış 03 iyul 2023-cü il tarixli 003 saylı məktubdan görünür ki, iddiaçı ilə "X8" MMC (VÖEN **********) arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli xxxxxxx000100 saylı və 12 yanvar 2022-ci il tarixli xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişlərinə əsasən 08 dekabr 2021 - 09 avqust 2022- ci il tarixləri aralığında müvafiq aylar üzrə tam iş günləri işləndiyi halda ödənilməli olan əmək haqqı 12.2021-ci il tarixdə 400, 01.2022-ci ildə 900, 02.2022-ci il 900, 03.2022ci il 900, 04.2022-ci il 900, 05.2022-ci il 900, 06.2022-ci il 900, 07.2022-ci il 900 və 08.2022-ci il 900 manat göstərilməklə yekun olaraq 6495,76 manat göstərilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-00527 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “X8" MMC və onun direktoru-təsisçisi X9 ilkin mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır, lakin “X8" MMC və onun direktoru-təsisçisi X9 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin İddiaçı lkin mediasiya sessiyasının xərci olan 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddiaçı tələbində işdən azad edilməsi zamanı son haqq hesabının ona ödənilmədiyini və cavabdehlərlə əmək münasibətində olduğu zaman ondan 2441 manat pul aldıqlarını və həmin pulu ona qaytarılmadığını göstərsə də istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «X7” MMC-yə və onun direktorutəsisçisi X5 qarşı əmək haqqı tələbinə dair iddiları qismən təmin edilməli, cavabdeh «X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə əmək haqqı qismində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər cəmi 6495,76 manat ödənilməyən əmək haqqı, əmək haqqının ödənilməsinin 229 gün gecikdirilməsinə görə cəmi 18899 manat məbləğdə pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xidmət haqqına görə ödədiyi 100 manat pul vəsaitinin bir hissəsinin əvəzi qismində 80 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin əvəzi qismində 40 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh «X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə əmək haqqı qismində 6495,76 (altı min dörd yüz doxsan beş manat, yetmiş altı qəpik) manat ödənilməyən əmək haqqı, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18899 (on səkkiz min səkkiz yüz doxsan doqquz) manat, cəmi 25394,76 (iyirmi beş min üç yüz doxsan dörd manat, yetmiş altı qəpik) pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar