Məhkəmə qərarları › İş №e-2(022)-642/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-642/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-642/2023 22.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 863 (səkkiz yüz altmış üç) manat məbləğində sığorta ödənişinin və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 0.40 (qırx) qəpik, cəmi 893 (səkkiz yüz doxsan üç) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2013-cü il tarixində, saat 19:00 radələrində, Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh "Mercedes C180" markalı, ** EZ *** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Fiat Fiorino" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Yolnəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2013-cü il tarixli, BYP 267435 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən zərərin aradan qaldırılması üçün ASC tərəfindən 863 (səkkiz yüz altmış üç manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2013-cü il tarixli, MİC-1241/13 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki,"xxxx" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” üzrə sığortalanmışdır. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2013-cü il tarixli, BYP 267435 saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 51.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İSB.az portalından çıxarışa əsasən Cavabdeh idarə etdiyi “Mercedes C180“ markalı, ** EZ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən tatixdə icbari qaydada sığortalanmamışdır. xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı, D 670 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 963 (doqquz yüz altmış üç) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli sığorta aktından müəyyən olunur ki, 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ödənilməli sığorta ödənişinin məbləği 863 (səkkiz yüz altmış üç) manat məbləğində müəyyən edilmişdir. "xxxx" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 863 (səkkiz yüz altmış üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfındən 863 (səkkiz yüz altmış üç) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində cavabdehdən tutularaq geri ödənilməsi tələb edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı, D 670 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 963 (doqquz yüz altmış üç) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli sığorta aktından müəyyən olunur ki, 100 (yüz) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ödənilməli sığorta ödənişinin məbləği 863 (səkkiz yüz altmış üç) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 863 (səkkiz yüz altmış üç) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, 863 (səkkiz yüz altmış üç) manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat 0.40 (qırx) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin açıq səhmdar cəmiyyətinin xeyrinə 863 (səkkiz yüz altmış üç) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 0.40 (qırx) qəpik, cəmi 893 (səkkiz yüz doxsan üç) manat 40 (qırx) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar