Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-847/2024 08.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 705 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından üç övladları, xx.xx.2015-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olmuşdur. Artıq xeyli müddətdir ki, o, cavabdehlə birgə təsərrüfatı idarə etmir və cavabdeh uşaqların saxlanılmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Bu səbəbdən də o, uşaqların saxlanılmasında çətinlik çəkir. O, özü heç bir yerdə işləmir, başqa yerdən qazancı da yoxdur. Cavabdeh isə fərdi işlə məşğul olmaqla aylıq gəliri 1500- 2000 manat təşkil edir. Lakin gəlir gəlir əldə etməsinə baxmayaraq uşaqların saxlanmasına heç bir maddi cəhətdən köməklik göstərmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan AZ-İ seriyalı № 820427 saylı X5 surətindən görünür ki, Cavabdeh və X3 nikahları 18 mart 2013-cü il tarixdə Biləsuvar RİHB-nin Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ № 600167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV № 333393 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV № 764170 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/9-01660 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(022)-8/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 705 manat məbləğində alimentin tutulması barədə mülki iş üzrə İddiaçı tərəfindən ayrıca icraat qaydasında verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxılaraq ərizə qismən təmin edilmiş, Cavabdeh oglu ilə İddiaçı birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X10, xx.xx.2019-cu il tarixdə doğulmuş X12 və xx.xx.2022-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, üç uşağa görə hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı Elibəyi qızının xeyirinə tutulması qərara alınmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, üç uşağa görə hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Elibəyi qızının xeyirinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X6, xx.xx.2019-cu il tarixdə doğulmuş X8 və xx.xx.2022-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Elibəyi qızına verilsin. Alimentin tutulması 08 avqust 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-847/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-847/2024
08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver