Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-876/2024 26.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh İmamverdi oğluna qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri alınması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı (bundan sonrakı mətndə İddiaçı MMC) Cavabdeh İmamverdi oğluna qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri alınması” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh İmamverdi oğlundan inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 542 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X1, Cavabdeh İmamverdi oğlu arasında, 25 iyul 2022-ci il tarixli MAS-4275 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, Cavabdeh İmamverdi oğlunun müvəqqəti sahiblik və istifadəsinə 25 avqust 2021-ci il tarixli MAS-4275 saylı “Daxili lizinq” müqaviləsi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. X3 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat, xx.xx.2022-ci il tarixli EQ 11446180 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886798 saylı protokola görə 135 manat, xx.xx.2022-ci il tarixli EQ 11072291 saylı protokola görə 16 manat, xx.xx.2022-ci il tarixli EQ 12410342 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886795 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 11886796 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 11886794 saylı protokola görə 54 manat, ümumilikdə 542 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçının tələbi: Cavabdeh İmamverdi oğlundan inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 542 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh İmamverdi oğlu tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı MMC ilə X1, Cavabdeh İmamverdi oğlu arasında, 25 iyul 2022-ci il tarixli MAS- 4275 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış, Cavabdeh İmamverdi oğlunun müvəqqəti sahiblik və istifadəsinə 25 avqust 2021-ci il tarixli MAS-4275 saylı “Daxili lizinq” müqaviləsi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Elektron portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh İmamverdi oğlu xx.xx.2022-ci il tarixli İXP ******* protokola görə 96 manat, xx.xx.2022-ci il tarixli EQ 11446180 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886798 saylı protokola görə 135 manat, xx.xx.2022-ci il tarixli EQ 11072291 saylı protokola görə 16 manat, xx.xx.2022-ci il tarixli EQ 12410342 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886795 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 11886796 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 11886794 saylı protokola görə 54 manat, ümumilikdə 542 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli **********, **********, **********, **********, **********, **********, ********** nömrəli mədaxil qəbzlərində görünür ki, xx.xx.2022-ci il tarixli İXP ******* protokola görə 96 manat, xx.xx.2022-ci il tarixli EQ 11446180 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886798 saylı protokola görə 135 manat, xx.xx.2022-ci il tarixli EQ 11072291 saylı protokola görə 16 manat, xx.xx.2022-ci il tarixli EQ 12410342 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886795 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 11886796 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 11886794 saylı protokola görə 54 manat, ümumilikdə 542 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə inzibati xəta haqqında protokollara görə ödənilmiş 542 manatın ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları: İddiaçı MMC ilə X1 və Cavabdeh arasında bağlanmış “Öhdəliklərin ötürülməsi” müqaviləsinin bağlanması və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə nəqliyyat vasitəsinin verilməsi, həmin nəqliyyat vasitəsinin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar inzibati qaydada cərimələnməsi və cərimə pullarının iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR X3 tərəfindən inzibati qaydada cərimələnmiş və həmin inzibati xətalara görə xx.xx.2022-ci il tarixli İXP ******* saylı, xx.xx.2021-ci il tarixli EQ 11446180 saylı, xx.xx.2022-ci il tarixli EQ 11886798 saylı, xx.xx.2022-ci il tarixli EQ 11072291 saylı, xx.xx.2022-ci il tarixli EQ 12410342 saylı, xx.xx.2022-ci il tarixli EQ 11886795 saylı, xx.xx.2022-ci il tarixli EQ 11886796 saylı, xx.xx.2022-ci il tarixli EQ 11886794 saylı protokol tərtib edilmişdir. Lakin Cavabdeh Zaur oğlu tərəfindən inzibati xəta haqqında protokolara görə yazılmış 542 manat məbləğində pul ödənilmədiyindən, nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC tərəfindən həmin məbləğ ödənilmişdir. Bu səbəbdən 542 manat məbləğində pulun tələb olunması ilə bağlı iddia tələbi əsaslıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İmamverdi oğlundan xx.xx.2022-ci il tarixli İXP ******* protokola görə 96 manat, xx.xx.2022ci il tarixli EQ 11446180 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886798 saylı protokola görə 135 manat, xx.xx.2022-ci il tarixli EQ 11072291 saylı protokola görə 16 manat, xx.xx.2022-ci il tarixli EQ 12410342 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886795 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 11886796 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 11886794 saylı protokola görə 54 manat, ümumilikdə 542 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İmamverdi oğlundan xx.xx.2022-ci il tarixli İXP ******* protokola görə 96 manat, xx.xx.2022-ci il tarixli EQ 11446180 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886798 saylı protokola görə 135 manat, xx.xx.2022-ci il tarixli EQ 11072291 saylı protokola görə 16 manat, xx.xx.2022-ci il tarixli EQ 12410342 saylı protokola görə 80 manat, xx.xx.2022-ci il tarixli EQ 11886795 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 11886796 saylı protokola görə 36 manat, xx.xx.2022-ci il tarixli EQ 11886794 saylı protokola görə 54 manat, ümumilikdə 542 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh İmamverdi oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-876/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-876/2024
26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver