Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-877/2024 15.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 558 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 12 avqust 2021-ci il tarixli MAS-4186 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF 802585 ban nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 15 aprel 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4186 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 avqust 2021-ci il tarixli MAS- 4186 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri O.Kərilmli öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. Biləsuvar rayon məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(022)-588/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 1972.53 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: EQ 11383735 saylı protokola görə 80 manat, EQ 12404182 saylı protokola görə 80 manat, EQ 12404185 saylı protokola görə 32 manat, EQ 11937157 saylı protokola görə 80 manat, EQ 11383741 saylı protokola görə 80 manat, EQ 11383746 saylı protokola görə 80 manat, BNA ******* saylı protokola görə 36 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 558 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr şitrkət tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X6 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 aprel 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4186 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 avqust 2021-ci il tarixli MAS-4186 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Orxan Kərilmli öz üzərinə götürmüşdür. İşdə olan təhvil-təslim aktından görünür ki, X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və Azərmaş MMC-nin mülkiyyətində olan KHAZAR LX markalı 77PB768 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh X1 xx.xx.2022-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 588/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 395 (üç yüz doxsan beş) manat 92 (doxsan iki) qəpik, mükafat borcu olaraq 380 (üç yüz səksən) manat 15 (on beş) qəpik, dəbbə olaraq 32 (otuz iki) manat, lizinq obyekti olan, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1164 (min yüz altmış dörd) manat 46 (qırx altı) qəpik, cəmi 1972 (min doqquz yüz yetmiş iki) manat 53 (əlli üç) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 35 (otuz beş) manat məbləğlərdə pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, EQ 11383735 saylı inzibati xəta haqqında protokola görə 80 manat, EQ 12404182 saylı protokola görə 80 manat, EQ 12404185 saylı protokola görə 32 manat, EQ 11937157 saylı protokola görə 80 manat, EQ 11383741 saylı protokola görə 80 manat, EQ 11383746 saylı protokola görə 80 manat, BNA ******* saylı protokola görə 36 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 558 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 558 (beş yüz səksən səkkiz) manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat 40 (qərx) qəpik pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-877/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-877/2024
15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver