Məhkəmə qərarları › İş №e-2(022)-883/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-883/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-883/2023 10.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında alimentin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı cavabdehlə 2019-cu ildə ailə quraraq, rəsmi nikaha girmədən yaşamışlar. Tərəflərin faktiki nikahlarından xx.xx.2019-cu il tarixdə X2 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh uşağın atalığının müəyyən edilməsi ilə bağlı Qeydiyyat orqanında ərizə də yazmışdır. Artıq xeyli vaxtdır ki, faktiki olaraq ayrılmışlar və cavabdeh övladı ilə maraqlanmır. Hazırda iddiaçı övladı ilə birgə Cəlilabad rayonu Alar kəndində valideyinlərinin yanında yaşayır. Bu gün övladının saxlanılması üçün cavabdehdən alimentin tutulması zəruridir. Bu övladlarının qanunvericiliklə təsbit edilmiş hüququdur. İddiaçı cavabdehə aralarında olan aliment tələbi üzrə mübahisənin məhkəmədən kənar, mediasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediasiya prosesini başlatsa da mediasiya prosesi mübahisənin həlli ilə bağlı bir nəticə əldə etməmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri əsassızdır. Belə ki, bu günə kimi cavabdeh övladı ilə maraqlanır, ona qayğıda göstərir və iddiaçı ayrılıb valideynlərinin yanına getsə belə, ayın çox günləri uşaq cavabdehin yanında olur. Heç bir əsas olmadan İddiaçı cavabdehdən ayrılaraq Cəlilabad rayonunun Alar kəndində valideynlərinə məxsus evdə yaşayır. Cavabdehdən uşağın saxlanılması üçün ayda tələb etdiyi 220 manat alimenti ödəməyə cavabdehin maddi imkanı çatmır, çünki hal-hazırda işsizdir.Ona görə də alimenti 100 manat ödəmək iqtidarındadır. Odur ki, X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat miqdarında alimentin tutulmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 05/Q-725/69 saylı atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan № 05/Q-724/69 saylı doğum haqqında arayışdan görünür ki, X2 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01291 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o ,ilkin mediasiya sessiaysında iştirak etməmişdir. Həmçinin İddiaçı 55 manat məbləğində mediasyia xərcini ödəmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərizə ilə ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması 24 iyun 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar