Məhkəmə qərarları › İş №e-2(022)-95/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-95/2025

19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-95/2025 19.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Rzayeva. Nazilə Bəybala qızına qarşı “əmlakların evdən çıxarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, xx xxxxxxx 1957ci ildə Masallı rayonu, Mollahəsənli kəndində anadan olmuşdur. Hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. X1 Cavabdeh ilə 2012-ci ildə el adəti ilə faktiki ailə münasibətlərinə daxil olaraq, ailə həyatı qurmuşdur. Nikahlarını isə Biləsuvar rayon Qeydiyyat Şöbəsində 195 saylı, 25 iyun 2012-ci il tarixdə qeyd etmişlər. Birgə nikahlarından 05 yanvar 2013-cü il təvəllüdlü X7 və 11 iyun 2014-cü il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-139/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X4 ilə X5 arasında bağlanmış 25 iyun 2012-ci il tarixli, 195 saylı nikah pozulmuşdur. Cavabdeh ilə oğlu Elşad Rzayev arasında ailə münasibətləri pozulduğu gündən indiyədək hazırkı iş üzrə Cavabdeh ilə aralarında heç bir münasibət yoxdur. Cavabdehin harada olduğu barədə də iddiaçının məlumatı yoxdur. Lakin cavabdehin cehiz əmlakları iddiaçının evində maneəçilik yaradır və həyat şəraitinə mane olur. X2 məxsus cehiz əmlaklarını (boşqab 42 ədəd, balaca boşqab 22 ədəd, çaşka dəsti 1 ədəd, bulud 1 ədəd, televizor 1 ədəd, televizor aldığı 1 ədəd, DVD 1 ədəd, böyük teşt 1 ədəd, tabaq 1 ədəd, çuqun vedrə 2 ədəd, çaynik 2 ədəd, şüşə qruşka 6 ədəd, qənd qabı 6 ədəd, su qrafinkası 3 ədəd, xalça 2 ədəd, 1 dəst divan kreslo dəsti, balış 4 ədəd, stol 1 ədəd, stul 6 ədəd, çılçıraq 1 ədəd, rumka 15 ədəd, stəkan 20 ədəd, padnos 4 ədəd, stəkan yığan padnos 4 ədəd, ləpə çəkən maşın 1 ədəd, sac 1 ədəd, pərdə 1 ədəd, sandıq 1 ədəd, taxt örtüyü 1 ədəd, balış 2 ədəd, adeyal 5 ədəd, salfetka qabı 2 ədəd, yorğan 4 ədəd, döşək 5 ədəd, balış 6 ədəd, yun balış 6 ədəd, çəngəlqaşıq 19 ədəd, çömçə-kəpkir 5 ədəd, ütü 1 ədəd, çüyün qəfədan 19 ədəd, çüyün qəfədan 1 ədəd, güldan 1 ədəd, şüşə ləpə qabı 5 ədəd, mikser, qarniz 2 ədəd, kastrol 2 ədəd, elektrik soba 1 ədəd, kasa dəsti 8 ədəd, kartof-soğan tökən 1 ədəd, boşqab 15 ədəd, tarelka 19 ədəd, mustavr, şüşə qab 2 ədəd, mürəbbə qabı 6 ədəd,v mürəbbə qabı 1 qutu, nəlbəki 27 ədəd, çörək qabı 2 ədəd, gül külqabı 1 ədəd, kalçuk qab 2 ədəd, mebel dəsti, süfrə 6 ədəd, miz örtüyü 2 ədəd, keçmə qazan qapağı, dəsmal 3 ədəd, setka ələk 5 ədəd, paltar setkası 1 ədəd, lüleyn 1 ədəd, balaca mitəkkə 2 ədəd) iddiaçının evindən aparılması üçün onun yaxın adamlarına iddiaçı dəfələrlə xəbər göndərsə də, heç bir əhəmiyyətinin olmadığını görüb, məhkəməyə müraciət etməli olub. İddiaçının tələbi: Cavabdeh məxsus olan boşqab 42 ədəd, balaca boşqab 22 ədəd, çaşka dəsti 1 ədəd, bulud 1 ədəd, televizor 1 ədəd, televizor aldığı 1 ədəd, DVD 1 ədəd, böyük teşt 1 ədəd, tabaq 1 ədəd, çuqun vedrə 2 ədəd, çaynik 2 ədəd, şüşə qruşka 6 ədəd, qənd qabı 6 ədəd, su qrafinkası 3 ədəd, xalça 2 ədəd, 1 dəst divan kreslo dəsti, balış 4 ədəd, stol 1 ədəd, stul 6 ədəd, çılçıraq 1 ədəd, rumka 15 ədəd, stəkan 20 ədəd, padnos 4 ədəd, stəkan yığan padnos 4 ədəd, ləpə çəkən maşın 1 ədəd, sac 1 ədəd, pərdə 1 ədəd, sandıq 1 ədəd, taxt örtüyü 1 ədəd, balış 2 ədəd, adeyal 5 ədəd, salfetka qabı 2 ədəd, yorğan 4 ədəd, döşək 5 ədəd, balış 6 ədəd, yun balış 6 ədəd, çəngəlqaşıq 19 ədəd, çömçə-kəpkir 5 ədəd, ütü 1 ədəd, çüyün qəfədan 19 ədəd, çüyün qəfədan 1 ədəd, güldan 1 ədəd, şüşə ləpə qabı 5 ədəd, mikser, qarniz 2 ədəd, kastrol 2 ədəd, elektrik soba 1 ədəd, kasa dəsti 8 ədəd, kartof-soğan tökən 1 ədəd, boşqab 15 ədəd, tarelka 19 ədəd, mustavr, şüşə qab 2 ədəd, mürəbbə qabı 6 ədəd, mürəbbə qabı 1 qutu, nəlbəki 27 ədəd, çörək qabı 2 ədəd, gül külqabı 1 ədəd, kalçuk qab 2 ədəd, mebel dəsti, süfrə 6 ədəd, miz örtüyü 2 ədəd, keçmə qazan qapağı, dəsmal 3 ədəd, setka ələk 5 ədəd, paltar setkası 1 ədəd, lüleyn 1 ədəd, balaca mitəkkə 2 ədəd cehiz əmlaklarının iddiaçının evindən çıxarılması, mediasiya xərci olaraq 60 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(050)-139/2021 saylı qətnaməsindən görünür ki, X4 ilə X12 arasında bağlanmış 25 iyun 2012-ci il tarixli, 195 saylı nikah pozulmuşdur. Lənkəran 1 saylı Mediasiya Təşkilatının MŞL/MT014/2024-01458 nömrəli 07 oktyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən cehiz əmlaklarının evdən çıxarılması tələbinə dair mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının X1 Cavabdeh ilə nikaha daxil olmuş, nikahlarını isə Biləsuvar rayon Qeydiyyat Şöbəsində 195 saylı, 25 iyun 2012-ci il tarixdə qeyd etmişlər. Birgə nikahlarından 05 yanvar 2013-cü il təvəllüdlü X7 və 11 iyun 2014-cü il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-139/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə X4 ilə X5 arasında bağlanmış 25 iyun 2012-ci il tarixli, 195 saylı nikah pozulmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Masallı rayonu, Mollahəsənli kəndində fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh X4 iddiaçının oğlu X5 ilə 25 iyun 2012-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və qaynatasının xüsusi mülkiyyətində olan evə gəlin köçmüş və cehiz əmlaklarını həmin mənzildə yerləşdirmişdir. Cavabdehin ailə qurarkən qaynatasına məxsus evə köçməklə həmin evə istifadə hüququ yaranmamışdır. Cavabdeh həmin evdən köçüb getmiş, hazırda başqa ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq iddiaçıya məxsus qeyd olunan ünvanda yaşamır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları - boşqab 42 ədəd, balaca boşqab 22 ədəd, çaşka dəsti 1 ədəd, bulud 1 ədəd, televizor 1 ədəd, televizor aldığı 1 ədəd, DVD 1 ədəd, böyük teşt 1 ədəd, tabaq 1 ədəd, çuqun vedrə 2 ədəd, çaynik 2 ədəd, şüşə qruşka 6 ədəd, qənd qabı 6 ədəd, su qrafinkası 3 ədəd, xalça 2 ədəd, 1 dəst divan kreslo dəsti, balış 4 ədəd, stol 1 ədəd, stul 6 ədəd, çılçıraq 1 ədəd, rumka 15 ədəd, stəkan 20 ədəd, padnos 4 ədəd, stəkan yığan padnos 4 ədəd, ləpə çəkən maşın 1 ədəd, sac 1 ədəd, pərdə 1 ədəd, sandıq 1 ədəd, taxt örtüyü 1 ədəd, balış 2 ədəd, adeyal 5 ədəd, salfetka qabı 2 ədəd, yorğan 4 ədəd, döşək 5 ədəd, balış 6 ədəd, yun balış 6 ədəd, çəngəl-qaşıq 19 ədəd, çömçəkəpkir 5 ədəd, ütü 1 ədəd, çüyün qəfədan 19 ədəd, çüyün qəfədan 1 ədəd, güldan 1 ədəd, şüşə ləpə qabı 5 ədəd, mikser, qarniz 2 ədəd, kastrol 2 ədəd, elektrik soba 1 ədəd, kasa dəsti 8 ədəd, kartof-soğan tökən 1 ədəd, boşqab 15 ədəd, tarelka 19 ədəd, mustavr, şüşə qab 2 ədəd, mürəbbə qabı 6 ədəd,v mürəbbə qabı 1 qutu, nəlbəki 27 ədəd, çörək qabı 2 ədəd, gül külqabı 1 ədəd, kalçuk qab 2 ədəd, mebel dəsti, süfrə 6 ədəd, miz örtüyü 2 ədəd, keçmə qazan qapağı, dəsmal 3 ədəd, setka ələk 5 ədəd, paltar setkası 1 ədəd, lüleyn 1 ədəd, balaca mitəkkə 2 ədəd iddiaçıya məxsus evdə yerləşir. İddiaçı cavabdehdən məhkəmədənkənar qaydada həmin əşyaların çıxarılmasını tələb etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin ona məxsus mənzildən cehiz əmlaklarını çıxarmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları boşqab 42 ədəd, balaca boşqab 22 ədəd, çaşka dəsti 1 ədəd, bulud 1 ədəd, televizor 1 ədəd, televizor aldığı 1 ədəd, DVD 1 ədəd, böyük teşt 1 ədəd, tabaq 1 ədəd, çuqun vedrə 2 ədəd, çaynik 2 ədəd, şüşə qruşka 6 ədəd, qənd qabı 6 ədəd, su qrafinkası 3 ədəd, xalça 2 ədəd, 1 dəst divan kreslo dəsti, balış 4 ədəd, stol 1 ədəd, stul 6 ədəd, çılçıraq 1 ədəd, rumka 15 ədəd, stəkan 20 ədəd, padnos 4 ədəd, stəkan yığan padnos 4 ədəd, ləpə çəkən maşın 1 ədəd, sac 1 ədəd, pərdə 1 ədəd, sandıq 1 ədəd, taxt örtüyü 1 ədəd, balış 2 ədəd, adeyal 5 ədəd, salfetka qabı 2 ədəd, yorğan 4 ədəd, döşək 5 ədəd, balış 6 ədəd, yun balış 6 ədəd, çəngəl-qaşıq 19 ədəd, çömçə-kəpkir 5 ədəd, ütü 1 ədəd, çüyün qəfədan 19 ədəd, çüyün qəfədan 1 ədəd, güldan 1 ədəd, şüşə ləpə qabı 5 ədəd, mikser, qarniz 2 ədəd, kastrol 2 ədəd, elektrik soba 1 ədəd, kasa dəsti 8 ədəd, kartof-soğan tökən 1 ədəd, boşqab 15 ədəd, tarelka 19 ədəd, mustavr, şüşə qab 2 ədəd, mürəbbə qabı 6 ədəd,v mürəbbə qabı 1 qutu, nəlbəki 27 ədəd, çörək qabı 2 ədəd, gül külqabı 1 ədəd, kalçuk qab 2 ədəd, mebel dəsti, süfrə 6 ədəd, miz örtüyü 2 ədəd, keçmə qazan qapağı, dəsmal 3 ədəd, setka ələk 5 ədəd, paltar setkası 1 ədəd, lüleyn 1 ədəd, balaca mitəkkə 2 ədəd İddiaçı mülkiyyətində olan Masallı rayonu, Mollahəsənli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat və mediasiya xərci olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan boşqab 42 ədəd, balaca boşqab 22 ədəd, çaşka dəsti 1 ədəd, bulud 1 ədəd, televizor 1 ədəd, televizor aldığı 1 ədəd, DVD 1 ədəd, böyük teşt 1 ədəd, tabaq 1 ədəd, çuqun vedrə 2 ədəd, çaynik 2 ədəd, şüşə qruşka 6 ədəd, qənd qabı 6 ədəd, su qrafinkası 3 ədəd, xalça 2 ədəd, 1 dəst divan kreslo dəsti, balış 4 ədəd, stol 1 ədəd, stul 6 ədəd, çılçıraq 1 ədəd, rumka 15 ədəd, stəkan 20 ədəd, padnos 4 ədəd, stəkan yığan padnos 4 ədəd, ləpə çəkən maşın 1 ədəd, sac 1 ədəd, pərdə 1 ədəd, sandıq 1 ədəd, taxt örtüyü 1 ədəd, balış 2 ədəd, adeyal 5 ədəd, salfetka qabı 2 ədəd, yorğan 4 ədəd, döşək 5 ədəd, balış 6 ədəd, yun balış 6 ədəd, çəngəlqaşıq 19 ədəd, çömçə-kəpkir 5 ədəd, ütü 1 ədəd, çüyün qəfədan 19 ədəd, çüyün qəfədan 1 ədəd, güldan 1 ədəd, şüşə ləpə qabı 5 ədəd, mikser, qarniz 2 ədəd, kastrol 2 ədəd, elektrik soba 1 ədəd, kasa dəsti 8 ədəd, kartof-soğan tökən 1 ədəd, boşqab 15 ədəd, tarelka 19 ədəd, mustavr, şüşə qab 2 ədəd, mürəbbə qabı 6 ədəd, mürəbbə qabı 1 qutu, nəlbəki 27 ədəd, çörək qabı 2 ədəd, gül külqabı 1 ədəd, kalçuk qab 2 ədəd, mebel dəsti, süfrə 6 ədəd, miz örtüyü 2 ədəd, keçmə qazan qapağı, dəsmal 3 ədəd, setka ələk 5 ədəd, paltar setkası 1 ədəd, lüleyn 1 ədəd, balaca mitəkkə 2 ədəd olan əmlaklar İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat və mediasiya xərci olaraq 60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar