Məhkəmə qərarları › İş №e-2(023)-1162/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1162/2023

15.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1162/2023 15.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh 843,38 (səkkiz yüz qırx üç manat, otuz səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx) manat xidmət haqqının, cəmi 873,78 (səkkiz yüz yetmiş üç manat, yetmiş səkkiz qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi və cavabdeha məxsus olan, "xxxx" ASC-da (bundan sonra ASC) "icbari sığorta" qaydasında sığortalanmış **-ZY-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" minik markalı avtomobilla X1 idarə etdiyi **-OE-*** dövlət nömrə nişanlı "GAC" minik markalı avtomobilin iştirakı ila yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1 va 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.ASC tərəfindən dəymiş ziyanın aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixli nettinqin nəticələrinə əsasən 843.38 (sakkiz yüz qırx üç manat, otuz səkkiz qəpik) manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-ZY-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" minik markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən "icbari sığorta" qaydasında sığortalanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan va "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ" (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi və cavabdehə məxsus olan, ASC-də "icbari sığorta" qaydasında sığortalanmış **-ZY-*** dövlət qeydiyyat nişanlı "Hyundai Elantra" minik markalı avtomobillə X2 idarə etdiyi **-OE-*** dövlət nömrə nişanlı "GAC" minik markalı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, hadisənin törədilməsində cavabdeh təqsirli bilinərək, AR İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.. İş materiallarına əlavə edilmiş, fiziki şəxs X3 (VÖEN: **********) xx.xx.2023-cü il tarixli qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-OE-*** dövlət nömrə nişanlı "GAC" minik markalı avtomobilə dəymiş zərər 650 (altı yüz ǝlli) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin ödəniş aktından müəyyən edilir ki, **-OE-*** dövlət nömrə nişanlı "GAC" minik markalı avtomobilə dəymiş zərərə görə 650 (altı yüz alli) manat məbləğində sığorta ödənişi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zǝrǝra görə 843.38 (sakkiz yüz qırx üç manat, otuz səkkiz qəpik) manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ASC-ya qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-OE-*** dövlət nömrə nişanlı "GAC" minik markalı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-yə ödənilməli olan 843.38 (səkkiz yüz qırx üç manat, otuz səkkiz qəpik) manat məbləğində pulun ASC-yə ödənilməsi cavabdehdən tələb edilmişdir. "xxxx" ASC 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şexs mülki hüquq məsuliyyəti daşıyır. Hemin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran terefinden tam ödənilməlidir. Bu Mecellenin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisinden, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin ve onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq po- zuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödə- məyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icare hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hemin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının Əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli ve tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraqqiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün ehemiyyetli olan və onlara məlum olan faktlar barede izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı ve qiymetlendirilmelidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 843,38 (səkkiz yüz qırx üç manat, otuz səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx) manat xidmət haqqının, cəmi 873,78 (səkkiz yüz yetmiş üç manat, yetmiş səkkiz qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar