Məhkəmə qərarları › İş №e-2(023)-1304/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1304/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1304/2025 19.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəddrədin oğlu İLƏ arasında xx.xx.2018-ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən nihah bağlanması haqqında akt qeydləri kitabında 324 N-li qeyd ilə rəsmiləşən nikahın pozulması; yetkinlik yaşına çatmayan, xx.xx.2018-ci il tarixli oğlanları X3 və xx.xx.2023-cü il tarixli X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində 252 (iki yüz əlli) manat olmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (2025-ci il üzrə) 0,63 (sıfır tam yüzdə altımış üç) misli həddi məbləğində, cəmi 504 manat alimentin və azyaşlı oğlu xx.xx.2023-cü il tarixli X5 3 yaşı tamam olana qədər ona hər ay 200 (iki yüzi) manat sabit pul məbləğində aliment tutulması və 50 (əlli) manat İlkin mediasiya sesiyası üçün ödənilmiş xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə 02 sentyabr 2017-ci il tarixdə el adəti üzrə qeyri-rəsmi ailə həyatı qurmuşdur. xx.xx.2018-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 N-li qeydlə nikahlarını rəsmiləşdirmişlər. Evliliyindən xx.xx.2018-ci il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə isə X8 anadan olmuşdular. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamağı mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq bir neçə aydır ki, faktiki olaraq cavabdehlə ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamağı və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Bu vaxt ərzində uşağı onun himayəsində qalıb, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilmir. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Onu da qeyd edir ki, himayəsində olan xx.xx.2023-cü il təvəllüdlü X5 yaşı 3 yaşından azdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2.-ci maddəsinə əsasən, cavabdeh azyaşlı oğlu xx.xx.2023-cü il tarixli X5 3 yaşı tamam olana qədər onun yaşamağı üçün maddi cəhətdən köməklik etməlidir. xx.xx.2025-ci il tarixdə il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, nikahın pozulmasına etiraz etmirlər. Alimentə dair hissədə qeyd etdi ki, maddi imkanı zəifdir. İki uşaq üçün maksimum 400 manata qədər aliment ödəyə bilərlər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh 02 oktyabr 2018-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 324 nömrəli akt qeydi ilə rəsmi nikahla ailə qurmuşlar. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 09 sentyabr 2018-ci il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə X8 adlı 2 nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan elektron məlumatdan görünür ki, Cavabdeh "X11 Sistemlərinin İstismarı İdarəsində" mühəndis, istehsalın təşkili vəzifəsində işləyir və əmək haqqısı 800 manat təşkil edir. İş materiallarında olan elektron məlumatdan görünür ki, İddiaçı "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsində" müəllim (ümumi təhsil məktəbi/musiqi) vəzifəsində işləyir və əmək haqqısı 750 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduğuna görə tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdehin nikahın pozulmasına etirazı olmadığından və iddiaçının nikahın pozulmasına təkid etdiyinə, habelə cavabdehin yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında qalmasına etiraz bildirmədiyinə görə onlar arasında olan nikah pozulmalı və birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının yanında qalmaları müəyyən edilməlidir. Habelə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa İddiaçı X5 3 yaşı tamam olanadək onun xeyrinə 200 manat tutulmasını xahiş etsədə, məhkəməyə cavabdehin həmin aliment ödəməsi üçün zəruri vəsaitinin olmasını, həmçinin özünün işsiz olması və maddi ehtiyacının olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumatdan aşkar görünür ki, İddiaçı "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsində" müəllim vəzifəsində işləyir və əmək haqqısı 750 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia X5 3 yaşına çatanadək 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. 09 sentyabr 2018-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X5 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən 09 sentyabr 2018-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması X6 və X8 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh iş üzrə mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar