Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-2190/2025 05.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax Rayon Məhkəməsininİş №8(023)-185/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə 25 noyabr 2020-ci il təvəllüdlü X4 və 16 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müyyən olunmuş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində indeksasiyanın 0,40 misli həddində azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 25 noyabr 2020-ci il təvəllüdlü X6 və 16 avqust 2022ci il təvəllüdlü X9 adlı iki övladları dünyaya gəlmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)- 1001/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 25 noyabr 2020-ci il təvəllüdlü X1 üçün aylıq 160 (bir yüz altmış) manat məbləğində aliment tutulması qət edilmişdir. Qazax Rayon Məhkəməsinin İş № 2(023)-1553/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə 16 avqust 2022-ci il təvəllüdlü X2 üçün aylıq 160 (bir yüz altmış) manat aliment tutulması, həmçinin həmin uşağın 3 (üç) yaşına çatanadək saxlanılması üçün ana Cavabdeh aylıq 30 (otuz) manat əlavə xərc vəsaiti ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin İş № 2(023)-641/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Sonradan cavabdehin ərizəsi əsasında Qazax Rayon Məhkəməsinin 8(023)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə 25 noyabr 2020-ci il təvəllüdlü X4 və 16 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay minimum əmək haqqının 0,53 misli həddində indeksasiya olunması qət edilmişdir. Lakin cavabdehin hazırkı maddi vəziyyəti ağır olduğundan həmin aliment məbləğini ödəmək imkanları məhduddur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə ikinci dəfə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2024-cü il təvəllüdlü X12 və xx.xx.2025-ci il təvəllüdlü X10 adlı iki övladları dünyaya gəlmişdir. Hazırda həyat yoldaşı X3 rayonunun Salahlı kəndində yerləşən uşaq bağçasında müəllimə işləyir, lakin analıq məzuniyyətində olduğuna görə aylıq gəliri cəmi 215 manat təşkil edir. Cavabdeh isə Mingəçevir şəhəri “Mərkəzi Xəstəxanası” PHŞ-nin Təsərrüfat bölməsinin xx.xx.2025-ci il tarixli, 18-1-61/2-1519/2025 nömrəli arayışına əsasən bağban vəzifəsində çalışır və aylıq əmək haqqı 442 manat 48 qəpik təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, o, rəsmi olaraq 442 manat əmək haqqı alır və başqa gəlir yeri yoxdur. Digər evliliyindən iki övladı vardır. Bundan əlavə, anası vəfat etmişdir, atası isə başqa qadınla evlidir və ona maddi yardım göstərmir. Maddi vəziyyəti zəifdir. Buna görə də bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı hazırda 442 manat məbləğində əmək haqqı alır və başqa gəlir mənbəyi yoxdur. Digər evliliyindən iki övladı vardır və onların saxlanılması üçün maddi vəsait tələb olunur. Bundan başqa, iddiaçının atası əvvəllər yüksək məbləğdə əmək haqqı almış və iddiaçıya maddi köməklik göstərmişdir. Lakin hazırda təqaüdçü olduğu və başqa qadınla ailə qurduğu üçün iddiaçıya maddi köməklik göstərmək imkanına malik deyildir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, hazırda heç bir yerdə işləmir və uşaqların saxlanılması üçün kifayət qədər maddi imkana malik deyil. O, valideynlərinə məxsus evdə yaşayır. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artmaqdadır. Belə ki, uşaqlar hazırlıq məşğələlərinə gedir, onların məktəb ləvazimatlarına və geyimə ehtiyacları vardır. Cavabdeh uşaqların saxlanılması ilə bağlı maddi çətinlik çəkdiyini və onların bütün tələbatlarını təkbaşına ödəmək imkanının olmadığını qeyd etmişdir. Bununla belə, hər bir uşaq üçün aylıq 200 manat məbləğində aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 8(023)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, 25 noyabr 2020-ci il təvəllüdlü X6 və 16 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-1001/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2(023)-1553/2022 nömrəli qətnamələri ilə müəyyən edilmiş aliment qərardad qanuni qüvvəyə mindikdən sonra indeksasiya olunmuş qaydada tutulması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə və X10 xx.xx.2025-ci il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qafasında X7r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 xx.xx.2024-cü il tarixdə evlənmişlər. İş materiallarında olan elektron çıxarışın surətindən görünr ki, İddiaçı "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" X19 Bağban işləyir və əmək haqqısı 528 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2026-cı ildə yaşayış minimumu haqqında» 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 8(023)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, 25 noyabr 2020-ci il təvəllüdlü X4 və 16 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-1001/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2(023)-1553/2022 nömrəli qətnamələri ilə müəyyən edilmiş alimentin isə qərardad qanuni qüvvəyə mindikdən sonra indeksasiya olunmuş qaydada tutulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı digər evliliyindən xx.xx.2024-cü il təvəllüdlü X12 və xx.xx.2025-ci il təvəllüdlü X10 adlı iki övladı vardır. Beləliklə, İddiaçı ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Həmçinin müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-1001/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2(023)-1553/2022 nömrəli qətnamələri ilə təyin olunmuş alimentin məbləği Qazax Rayon Məhkəməsinin 8(023)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş və həmin alimentin məbləği faktiki olaraq hər bir uşaq üçün 212 manat (0,53 × 400 manat) məbləğində müəyyən olunmuşdur. Hazırda İddiaçı rəsmi əmək haqqı 528 manat təşkil edir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşaqların təminat səviyyəsinin mümkün qədər qorunub saxlanılması zərurətini nəzərə alaraq hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-1001/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2(023)-1553/2022 nömrəli qətnamələri ilə təyin olunmuş və Qazax Rayon Məhkəməsinin 8(023)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməlidir. Belə ki, İddiaçı 25 noyabr 2020-ci il təvəllüdlü X4 və 16 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının hər ay 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması məqsədəuyğun hesab edilir. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun iddiası qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-1001/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2(023)-1553/2022 nömrəli qətnamələri ilə təyin olunmuş və Qazax Rayon Məhkəməsinin 8(023)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı 25 noyabr 2020-ci il təvəllüdlü X4 və 16 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı oğlunun iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-2190/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-2190/2025
05.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver