Məhkəmə qərarları › İş №e-2(023)-46/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-46/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-46/2025 23.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 qızının katibliyi, İddiaçı, Cavabdeh, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı « aliment və uşaq tələbi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 04 iyun 2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər bir uşaq üçün aylıq 300 manat, cəmi 600 manat miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə evlənmişlər və 24 yanvar 2019-cu il tarixdə Qazax rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyində 01 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10, 04 iyun 2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Nikahın pozulması ilə bağlı məhkəmənin icraatında iş vardır. Onlar ayrı yaşayırlar. 04 iyun 2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşaqları onun himayəsindədir, cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Cavabdeh işləyir, əmək haqqı yüksəkdir və uşaqlarına isə heç bir maddi yardım etmir. İddiaçı məhkəməyə iddia həcminin artırılması ilə bağlı ərizəsi ünvanlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 cavabdeh- Cavabdeh alınıb ona verilməsi barədə və Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3, 04 iyun 2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər bir uşaq üçün aylıq 300 manat, cəmi 900 manat miqdarında alimentin alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qız iddia tələbini müdafiə edərək, bildirdi ki, böyük uşağı X5 8 aydır ki, görmür. Cavabdeh qızını görməyə imkan yaratmır. Komissiyanın verdiyi rəyi qəbul etmir. Uşaqların hər üçünündə onun yanında qalmasını istəyir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, Xədicə adlı uşağın iddiaçının yanında qalmasın etiraz edir. Uşağı iddiaçı ilə görüşdürmək istəyən zaman uşaq özu anası ilə görüşmək istəmir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında pedaqoqun iştirakı ilə dindirilən X10 bildirdi ki, anasının yanında qalmaq istəmir. Bacı və qardaşını çox istəyir. Lakin atasının yanında qalmaq istəyir. Məhkəmə iclasında iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X13 qəyyumluq və himayəçilik komissiyasının rəyini müdafiə edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, prosses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)1102/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh araslında olan nikah pozulmuşdur. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10, 04 iyun 2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X12 adlı 3 uşaqları anadan olmuşdur. İş materiallarında olan Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı ildə anadan olmuş X3 atası Cavabdeh, 04 iyun 2019-cu ildə anadan olmuş X11 və xx.xx.2020-ci ildə anadan olmuş X6 anaları İddiaçı himayəsinə verilmələri məqsədəmüvafiq hesab edilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli Qərarının 7.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən «10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır» yaxud «qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər» ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafına və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə Qazax Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasının rəyini və xx.xx.2016-cı ildə anadan olmuş X3 izahatını digər sübutlarla birlikdə qiymətləndirərək, hesab edir ki, həmin rəy iş üzrə sübutlar siyahısından çıxarılmalı və X3 izahatı yaşayış yerinin müəyyən edilməsinə dair hissədə nəzərə alınmamalıdır. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X10 hazırda Cavabdeh, X11 və X12 isə iddiaçının yanında yaşayır. Həmin uşaqlardan X10 məhkəmə iclasında dindirilərkən atası Cavabdeh yanında qalmaq istədiyini bildirmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə yalnız həmin xüsusat nəzərə alınmışdır. Lakin həmin rəydə işin digər halları, cavabdehin uşaqların tərbiyəsi və təhsili ilə maraqlanma imkanının məhdud olması, eləcə də uşaqların bir-birindən ayrı yaşamaqlarının onların mənafelərinə zidd olması nəzərə alınmamışdır. Habelə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X10, 04 iyun 2019-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X12 qızının xeyrinə hər ay hər uşağa görə 150 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 aid hissədə həmin uşağın cavabdehdən alındığı tarixdən, xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 isə xx.xx.2024-cü il tarixdən başlayaraq iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə anadan olmuş X10 Cavabdeh alınaraq İddiaçı verilsin. xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 aid hissədə həmin uşağın alındığı tarixdən, xx.xx.2019-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 isə xx.xx.2024-cü il tarixdən başlayaraq saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfdır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması X3, X8 və X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar