Məhkəmə qərarları › İş №e-2(023)-585/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-585/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-585/2025 28.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şərəf-ləyaqətin müdafiəsi, vurulmuş maddi ziyanın və sağlamlığa vurulmuş ziyanın və mənəvi zərərin ödənilməsi və təkzib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olan Cavabdeh iddiasında qeyd etdiyi öz tik-tok hesabında paylaşımları ilə bağlı “Şəhid_Asəf.Atası.mehman” adlı tik-tok hesabında təkzib vermək öhdəliyinin üzərinə qoyulması barədə, onun barəsində yaydığı məlumatlara görə “Hörmətli Ayğün xanım, Sizin barənizdə “Şəhid_Asəf.Atası.mehman” adlı tik-tok hesabımda yaydığım həqiqətə uyğun olmayan məlumatları yaydığıma görə Sizdən üzr istəyirəm, Xahiş edirəm məni bağışlayasız” formasında üzr istəməsi barədə, onun sağlamlığına vurduğu və yetirtdiyi maddi ziyana görə 1000 manatın alınıb ona ödənilməsi barədə, ona vurduğu mənəvi zərərin əvəzi kimi 7000 manatın, habelə iddianın ödənilməsi ilə bağlı ödədiyi 100,40 manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh X5 Asəf Məmmədovun atası kimi ictimai fəaliyyəti ilə əlaqədar olaraq, tanımışdır. Həmişə aralarında yaxşı münasibətlər olmuşdur. Sonradan cavabdeh özünə məxsus “Şəhid_Asəf.Atası.mehman” adlı tik-tok hesabında, ictimai platformada, sosial şəbəkədə onu və oğlu Nihad Məmmədovun haqqında şər-böhtan xarakterli videolar paylaşaraq, onun ünvanına “Ağstafa rayon İcra Başçısına zərbə vurduğunu, Ağstafa rayon Polis Şöbəsinin rəisini şantaj etdiyini, Ağstafa rayon Prokurorunu və prokurorun köməkçisini şantaj etdiyini, fırıldaqlarını ortaya çıxartdığını, onu şantaj etdiyi, onu şərəfsiz qadın, ayrı-ayrı şəxsləri şantaj etdiyini, xəstəxanada özünü şəhid ailəsi kimi təqdim etdiyini, telefon satan oğlanı şantaj etdiyini, dövlət orqanlarını ləkələdiyini, qara yaxdığını, qanında erməni qanı olması, onu musiqi məktəbinin direktoruna qarşı qaldırmağı kimi ən əsası oğlunun ünvanına Nihad niyə bu ananı ayağına bağlamırsan, Sən nə fikirləşirsən, Sənin anan pis yollardadır, anan məni arxamdan pıçaqla vurdu, get o it ananı ayağına bağla, birbaşa məsuliyyətə cəlb eliyəcəm onu və s” kimi ifadələrlə təhqir etmiş, barəsində böhtan və şər xarakterli məlumatları qəsdən paylaşaraq, onun şərəf və ləyaqətini alçaltmışdır. Hətta, digər canlı yayım paylaşımda onun ünvanına “Sən Azərbaycan qadını deyilsən, Sən Azərbaycanın Tulasısan, itisən, pox yeyirsən Sən, başından atıb tulayajam, Sənin nəyin var, açıb deyəjəm, Şəhid Atasından istifadə etdiyimi, desən canlı yayımda partlayış olacağını, Sən qələt eləyirsən, haqqı edib təhqir edirəm, onun palojnasıdır və s. kimi ifadələrlə təhqir etmiş və onun şərəf və ləyaqətini alçaltmışdır. O həmin paylaşımdan əlavə bir neçə videomüraciət-paylaşım edərək, onun şərəf və ləyaqətini təkrarən alçaltmışdır. Onun hesabında paylaşmış videomüraciətləri minlərlə ayrı-ayrı şəxslər görmüş və bir neçə 90 ayrı hesablarda da paylaşmışdır. Onun hələ sonuncu 2 gün qabaq paylaşdığı digər videomüraciət də xx.xx.2021-ci il tarixində saat 12-13-də 4932 baxış sayı olmuşdur. Həmin videomüraciətləri paylaşandan sonra ona jurnalist tərəfindən və X4 X1 və şahid ailələri tərəfindən aralarında barışıq ücün tədbir keçirildi və həmin tədbirdə videomüraciəti görüş şəxslər təkrarən onların arasında barışığın əldə edilməsi ilə bağlı təşəbbüs irəli sürdülər və onlar barışıdılar və bununla bağlı videogörüntü paylaşıldı və əvvəlki video müraciəti sildi və yeni video paylaşaraq barışmadığını bildirmişdir. O hesab edir ki, cavabdehin əsassız və qanunsuz videomüraciətləri, paylaşımları və canlı yayımda onun ünvanına dedikləri yaydığı məlumatlar onun şərəf və ləyaqətini alçatmış və onun sağlamlığına da ciddi zərbə vurmuşdur. Cavabdeh hətta ən yuxarı səviyyədə belə Dövlət Başıcısını və digər şəxsləri, hətta hüquq-mühafizə orqanlarını Rəhbərlərini belə təhqir etməkdən çəkinməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, Cavabdeh öz hərəkətlərini davam etdirir. Onun gənc tələbə oğlu var və onun anasının barəsində belə təhqiredici sözlər onun ləyaqətinə toxunur. Cavabdehin şəhid ailəsi olması imkan vermir ki, kiminsə şərəf və ləyaqətini alçatsın. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçınını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. Qarabağ əlillərinin qayğı ictimai birliyinin nəzarət təftişində müavin vəzifəsində işləyir və şahid ailələri ilə mütamadi ünsiyyətdə olur. Cavabdeh özünə məxsus tik-tok sosial şəbəkə səhifəsində İddiaçı barəsində nəlayıq ifadələr işlətmişdir. İddiaçı erməni olduğunu, onun yüngül həyat tərzi sürdüyünü və s. qeyri etik ifadələr işlədərək canlı yayım aparmışdır. Təmsil etikləri ictimai birlik şəhid ailələrinin iştirakı ilə yığıncaq təşkil etmiş, həmin vaxt Cavabdeh öz əməlini etiraf etmişdir. Həmin vaxt onları barışdırmışlar. Lakin sonradan Cavabdeh barışığa əməl etməyib sosial şəbəkələrdə İddiaçı təhqir etməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Qarabağ əlilərinin qayğı ictimai cəmiyyətinin nəzarət təftiş komitəsinin sədri vəzifəsində işləyir və Cavabdeh şəhid atası kimi tanıyır. İddiaçı Cavabdeh hərəkətləri ilə bağlı cəmiyyətə müraciət etmişdir. Cavabdeh İddiaçı oğluna anasının erməni olmasını və onun barəsində digər təhqiredici ifadələr etmişdir. Cavabdeh cəmiyyətə dəvət edilmiş və onunla söhbət aparılmışdır. Daha sonra şəhid ailələrinin iştirakı ilə Cavabdeh ilə İddiaçı arasında barışıq etmişlər. Lakin sonradan Cavabdeh tik-tok sosial şəbəkəsində İddiaçı barəsində təhqirlər səsləndirməyə davam etmişdir. İş materiallarındakı diskdəki video görüntülərdən görünür ki, Cavabdeh Şəhid_Asəf.Atası.mehman” tik-tok sosial şəbəkəsində İddiaçı barəsində «Ağstafa rayon İcra Başçısına zərbə vurduğunu, Ağstafa rayon Polis Şöbəsinin rəisini şantaj etdiyini, Ağstafa rayon Prokurorunu və prokurorun köməkçisini şantaj etdiyini, fırıldaqlarını ortaya çıxartdığını, onu şantaj etdiyi, onu şərəfsiz qadın, ayrı-ayrı şəxsləri şantaj etdiyini, xəstəxanada özünü şəhid ailəsi kimi təqdim etdiyini, telefon satan oğlanı şantaj etdiyini, dövlət orqanlarını ləkələdiyini, qara yaxdığını, qanında erməni qanı olması, onu musiqi məktəbinin direktoruna qarşı qaldırmağı kimi ən əsası oğlunun ünvanına Nihad niyə bu ananı ayağına bağlamırsan, sən nə fikirləşirsən, sənin anan pis yollardadır, anan məni arxamdan pıçaqla vurdu, get o it ananı ayağına bağla, birbaşa məsuliyyətə cəlb eliyəcəm onu”. Sən azərbaycanın tulasısan, itisən, pox yeyirsən sən, başından atıb tulayajam, sənin nəyin var, açıb deyəjəm, şəhid atasından istifadə etdiyimi, desə canlı yayımda partlayış olacağını, sən qələt eləyirsən, haqq edib təhqir edirəm, onun palojnasıdır və s» sözləri ifadə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 4/857 saylı ekspertiza rəyindən görünür ki, mülki işin materiallarına əlavə olunmuş Ağstafa rayon İcra Başçısına zərbə vurduğu, Ağstafa rayon Polis Şöbəsinin rəisini, Ağstafa rayon Prokurorunu və Prokurorun köməkçisini və digər şəxsləri şantaj etdiyi, fırıldaqlarının ortaya çıxardığı, şərəfsiz qadın olduğu, xəstəxanada özünü şəhid ailəsi kimi təqdim etdiyi, şəhid atasından istifadə etdiyi, dövlət orqanlarını ləkələdiyi, qara yaxdığı, qanında erməni qanı olması, onu musiqi məktəbinin direktoruna qarşı qaldırmağı barədə məlumatlar, ən əsası, oğlunun ünvanına “Nihad niyə bu ananı ayağına bağlamırsan, sən nə fikirləşirsən, sənin anan pis yoldadır, anan məni arxamdan pıçaqla vurdu, get o it ananı ayağına bağla, birbaşa məsuliyyətə cəlb eliyəcəm onu, “sən Azərbaycanın tulasısan, itisən, pox yeyirsən sən, başından atıb tulayajam, canlı yayımda partlayış olacağını, sən qələt eləyirsən, haqq edib təhqir edirəm, onun palojnasıdır ifadələri və məlumatlar İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən ifadələr hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999cu il tarixli Qərarının 3-cü bəndində məhkəmələrlə izah edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi bu üç haldan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir. Hazırki işdə bu üç halın hər biri mövcuddur. Belə ki, Cavabdeh Şəhid_Asəf.Atası.mehman” Tik-Tok sosial şəbəkəsində yaydığı « Ağstafa rayon İcra Başçısına zərbə vurduğu, Ağstafa rayon Polis Şöbəsinin rəisini, Ağstafa rayon Prokurorunu və Prokurorun köməkçisini və digər şəxsləri şantaj etdiyi, fırıldaqlarının ortaya çıxardığı, şərəfsiz qadın olduğu, xəstəxanada özünü şəhid ailəsi kimi təqdim etdiyi, şəhid atasından istifadə etdiyi, dövlət orqanlarını ləkələdiyi, qara yaxdığı, qanında erməni qanı olması, onu musiqi məktəbinin direktoruna qarşı qaldırmağı barədə məlumatlar, ən əsası, oğlunun ünvanına “Nihad niyə bu ananı ayağına bağlamırsan, sən nə fikirləşirsən, sənin anan pis yoldadır, anan məni arxamdan pıçaqla vurdu, get o it ananı ayağına bağla, birbaşa məsuliyyətə cəlb eliyəcəm onu, “sən Azərbaycanın tulasısan, itisən, pox yeyirsən sən, başından atıb tulayajam, canlı yayımda partlayış olacağını, sən qələt eləyirsən, haqq edib təhqir edirəm, onun palojnasıdır » ifadələri İddiaçı barəsində insanlarda mənfi rəy formalaşdırmaqla, həmin şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələrdir. Həmçinin Məmmədov X3 Aygün Vidadi qızı barəsində yayılmış məlumatların doğruluğunu sübut edə bilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş video yazılardan, Şəhid_Asəf.Atası.mehman” Tik-Tok sosial şəbəkəsində xəbər başlıqlarından da göründüyü kimi, bu hər hansı daxili istifadə üçün nəzərdə tutulmuş çəkiliş deyil, sırf yayılma məqsədi ilə çəkilimiş video yazılardır və kütləyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə» dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Varnava və digərləri Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən olunmuş və qeyd edilmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə İddiaçı vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlir ki, İddiaçı barəsində doğru olmayan və həmin şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması nəticəsində həmin şəxsə vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi mərhumiyyətlərə məruz qoymasın, iddiaçı isə hədsiz varlandırmasın. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh tərəfindən Şəhid_Asəf.Atası.mehman” Tik-Tok sosial şəbəkəsində yayılmış İddiaçı şərəf və ləyaqətini ləkələyən « Ağstafa rayon İcra Başçısına zərbə vurduğu, Ağstafa rayon Polis Şöbəsinin rəisini, Ağstafa rayon Prokurorunu və Prokurorun köməkçisini və digər şəxsləri şantaj etdiyi, fırıldaqlarının ortaya çıxardığı, şərəfsiz qadın olduğu, xəstəxanada özünü şəhid ailəsi kimi təqdim etdiyi, şəhid atasından istifadə etdiyi, dövlət orqanlarını ləkələdiyi, qara yaxdığı, qanında erməni qanı olması, onu musiqi məktəbinin direktoruna qarşı qaldırmağı barədə məlumatlar, ən əsası, oğlunun ünvanına “Nihad niyə bu ananı ayağına bağlamırsan, sən nə fikirləşirsən, sənin anan pis yoldadır, anan məni arxamdan pıçaqla vurdu, get o it ananı ayağına bağla, birbaşa məsuliyyətə cəlb eliyəcəm onu, “sən Azərbaycanın tulasısan, itisən, pox yeyirsən sən, başından atıb tulayajam, canlı yayımda partlayış olacağını, sən qələt eləyirsən, haqq edib təhqir edirəm, onun palojnasıdır » adlandırdıran məlumatlar həmin Şəhid_Asəf.Atası.mehman” Tik-Tok sosial şəbəkəsində Cavabdeh tərəfindən təkzib edilməli, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Şəhid_Asəf.Atası.mehman” Tik-Tok sosial şəbəkəsində yayılmış İddiaçı şərəf və ləyaqətini ləkələyən « Ağstafa rayon İcra Başçısına zərbə vurduğu, Ağstafa rayon Polis Şöbəsinin rəisini, Ağstafa rayon Prokurorunu və Prokurorun köməkçisini və digər şəxsləri şantaj etdiyi, fırıldaqlarının ortaya çıxardığı, şərəfsiz qadın olduğu, xəstəxanada özünü şəhid ailəsi kimi təqdim etdiyi, şəhid atasından istifadə etdiyi, dövlət orqanlarını ləkələdiyi, qara yaxdığı, qanında erməni qanı olması, onu musiqi məktəbinin direktoruna qarşı qaldırmağı barədə məlumatlar, ən əsası, oğlunun ünvanına “Nihad niyə bu ananı ayağına bağlamırsan, sən nə fikirləşirsən, sənin anan pis yoldadır, anan məni arxamdan pıçaqla vurdu, get o it ananı ayağına bağla, birbaşa məsuliyyətə cəlb eliyəcəm onu, “sən Azərbaycanın tulasısan, itisən, pox yeyirsən sən, başından atıb tulayajam, canlı yayımda partlayış olacağını, sən qələt eləyirsən, haqq edib təhqir edirəm, onun palojnasıdır» adlandırdıran məlumatlar həmin tik-tok sosial şəbəkəsində “Şəhid_Asəf.Atası.mehman” səhifəsində Cavabdeh tərəfindən təkzib edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar