Məhkəmə qərarları › İş №e-2(023)-753/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-753/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-753/2024 08.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin dayandırılması tələbinə dair mülki işə 08 avqust 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin məbləğinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müadiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etmiş, hazırkı tələb ürə işə baxıldığını, məhkəmə qətnaməsinə əsasən uşaqların onun himayəsində qalması qət ediyini bildirib, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ananın himayəsində saxlanılması, Qazax Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin tutulmasına xitam verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atadan 25 yanvar 2021-ci ildən başlayaraq hər ay hər uşağa 110 manat, cəmi 330 manat miqdarında aliment tutularaq anaya ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-29/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Namazova (Ayvazova) Nuranə Musa qızına qarşı uşağın himayədə saxlanılması, aliment öhdəliklərindən azad edilmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-786/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1208/2023 nömrəli iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş uşağın ananın himayəsində saxlanılması və həmin uşaqların yektinlik saxlanılması üçün İddiaçı alınaraq Cavabdeh verilməsinə dair məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa, İddiaçı cavabdeh Namazova (Ayvazova) Nuranə Musa qızına qarşı uşağın himayədə saxlanılması, aliment öhdəliklərindən azad edilmə tələbinə dair iddiasının təmin edilməməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsidə vardır. Buna baxmayaraq, uşaqlar hazırda faktiki olaraq atasının yanında qaldığından ata İddiaçı alimentin dayandırlması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçı uşaqların onda olması qeyd edib, icra şöbəsinə müraciət edərək, alimentin dayandırılmasını tələb etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə qətnamələrinə əsasən uşaqların iddiaçının himayəsində sxalanılması təmin edilməmişdir. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən həmin iddiaya məhkəmədə baxılması mümkün deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, alimentin dayandırılması ilə bağlı Qazax rayon İcra və probasiya şöbəsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin dayandırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar