Məhkəmə qərarları › İş №e-2(023)-842/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-842/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-842/2024 26.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 816 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərmaş Alyans" MMC ilə X3 arasında bağlanmış 29 may 2023-cü il tarixli ALY-1947 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh tərəfindən “X4” və “Ödəniş cədvəli”nin şərtlərinə əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə üzrə X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X9 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPl-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Cavabdeh idarə edərkən EQ 15008946 saylı protokola görə 32 manat, EQ 15101198 saylı protokola görə 16 manat, EQ 15196848 saylı protokola görə 32 manat, EQ 15277596 saylı protokola görə 32 manat, EQ 15313985 saylı protokola görə 32 manat, EQ 15349718 saylı protokola görə 16 manat, EQ 15835476 saylı protokola görə 32 manat, EQ 15835470 saylı protokola görə 32 manat, EQ 15835478 saylı protokola görə 32 manat, EQ 15930001 saylı protokola görə 32 manat, EQ 15967488 saylı protokola görə 64 manat, EQ 16205713 saylı protokola görə 16 manat, EQ 16205717 saylı protokola görə 16 manat, EQ 16495403 saylı protokola görə 32 manat, EQ 16495397 saylı protokola görə 32 manat, EQ 16495406 saylı protokola görə 64 manat, EQ 16495410 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 128 manat, EQ 16740236 saylı protokola görə 32 manat, EQ 16740237 saylı protokola görə 64 manat, EQ 16944923 saylı protokola görə 16 manat olmaqla, ümumilikdə 816 manat məbləğində cərimə olunmuşdur. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Qeyd olunanlara əsasən Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 816 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC ilə X3 arasında bağlanmış 29 may 2023-cü il tarixli ALY-1947 saylı X4ndən və 1 nömrəli əlavədən görünür ki, müqaviləyə əsasən iddiaçı 1 ədəd “Chevrolet Nexia” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9PA135499 ban nömrəli ağ rəngli avtomobili cavabdehin sahiblik və istifadəsinə vermişdir. Bağlanmış müqaviləyə əsasən verilən minik avtomaşınının qiyməti 23935 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, 23935 manat məbləği 24 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 1194,93 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2025-ci il tarixini müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən ALY-1947 saylı alqı-satqı müqaviləsinə əsasən Chevrolet Nexia” markalı avtomobili X2 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli №POA000319386 saylı, xx.xx.2023-cü il tarixli №POA000326784 saylı, xx.xx.2023-cü il tarixli №POA000333982 saylı və xx.xx.2023-cü il tarixli №POA000342012 saylı etibarnamələrdən görünür ki, “AZƏRMAŞ ALYANS MMC” ilə X3 arasında buğlanmış xx.xx.2023 il tarixli ALY-1947saylı "X4” əsasında lizinqə verilmiş Chevrolet Nexia SX markalı 77AT186 qeydiyyat nişanlı maşının "AZƏRMAŞ ALYANS MMC” tərəfindən Cavabdeh yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə səlahiyyət verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək törətdiyi inzibati xətalara görə ümumilikdə 816 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən”Hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq “Daxili lizinq” müqaviləsi bağlanmış, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Chevrolet Nexia” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh X8 tərəfindən inzibati qaydada cərimələnmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 816 manat məbləğində ödəniş edilmişdir. İddiaçıya dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, o, avtomobilinə dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə «Azərmaş Alyans” MMC tərəfindən ödənilmiş 816 manat məbləğində pul və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar