Məhkəmə qərarları › İş №e-2(024)-196/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-196/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-196/2024 07.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “VOLKWAGEN PASSAT” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə və “X3” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə görə hər birinə ayri-ayrılıqda ödənilmiş 650 (altı yüz əlli) manat olmaqla, cəmi ödənilmiş 1100 (min yüz) manat pulun və ödənilmiş 31(otuz bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Hyundai Matrix” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VOLKWAGEN PASSAT” markalı ** VD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “VOLKWAGEN PASSAT” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı və “X3” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi tötərmişdir. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 110128, 123356 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh idarə etdiyi "Hyundai Matrix" markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər müddətə "Atəşgah” SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli hesabata əsasən, "Volkswagen Passat" markalı, ** VD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 650 AZN (altı yüz əlli manat), "X3" markalı, 99 M В 021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 650 AZN (altı yüz əlli manat) məbləğində zərər dəymişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş PRP **********007, **********442 nömrəli ödəniş tapşırıqlarına əsasən, "Volkswagen Passat" markalı, ** VD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və "X3” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə hər birinə 650 AZN (altı yüz əlli manat) olmaqla, cəmi 130QTAZN (min üç yüz manat) sığorta ödənişini zərərçəkənlər X1 və X2 ödəmişdir. Bildirmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlar da şəxsən özü hadisə yerindən yayınmasını qeyd etmişdir. Subroqasiya qaydasında tutulmalı olan 1300 AZN məbləğin 200 AZN hissəsi Cavabdeh tərəfindən ödənilsə də, 1100 AZN məbləğ ödənilməmiş qalmışdır. Hesab edirik ki, 1100 AZN (min yüz manat) pul Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VOLKWAGEN PASSAT” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə 200(iki yüz) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 091663 sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “VOLKWAGEN PASSAT” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə 200(iki yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması BDYPİ ENB-nin inzibati tənbehvermə haqqında qərarında öz əksini tapmışdır. . Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1- ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüqııq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1- ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2- ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsİ (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1- ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2- ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2- ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1- ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoytıla bilər. "İcbari Sığorta Haqqında" Azərbaycan Respublikası Qanununun: 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqlivvat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bas vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş səxsə qarsı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin: 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündəıı 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazım və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sığorta Şirkət ASC tərəfindən “VOLKWAGEN PASSAT” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə və “X3” markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilə görə hər birinə ayri-ayrılıqda ödənilmiş 650 (altı yüz əlli) manat olmaqla, cəmi ödənilmiş 1100 (min yüz) manat pulun və ödənilmiş 31(otuz bir) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar