Məhkəmə qərarları › İş №e-2(024)-204/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-204/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-204/2024 08.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X2 digər xərcləri üçün 280 manat alimentin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərlə lazımi qaydada məlumat verilmiş, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizəşi məhkəməyə ərizə göndərərək işə özünün iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmiş, həmçinin maraqlı şəxs məhkəməyə etiraz ərizəsi göndərərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 oktyabr 2017ci il tarixdə Cavabdeh ilə rəsmi şəkildə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları dünyaya gəlmişdir. Belə ki, tərəflər 31 iyul 2023-cü il tarixli barışıq sazişinə əsasən Ata- Cavabdeh tərəfindən bir uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat aliment ödəməsi barədə razılığa gəlmişdir. Alimentdən əlavə olaraq birgə nikahdan anadan olmuş xx.xx.2018ci il təvəllüdlü X2 digər xərcləri üçün işlədiyi müddətcə 280 (iki yüz səksən) manat ödəməyi Cavabdeh razılaşmışdır. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddalarına zidd olmamalıdır. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göstərdiklərini nəzərə alaraq tərəflərin birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X2 digər xərcləri üçün 280 manat alimentin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli barışıq sazişi ilə müəyyən edildi ki, onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X3 adlı övladı var. Tərəflər aralarında bağlanmış nikahın pozulması, boşanmadan sonra da uşaqların özünün yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 2023-cü ilin avqust ayının birindən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X2 digər xərcləri üçün 280 manat alimentin (işlədiyi müddətcə) ödənilməsi barədə razılığa gəlmiş və mediasiya prosesində bu barədə barışıq sazişi bağlamışlar. Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etmədiyinə görə İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh barışıq sazişi üzrə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyini və uşağın saxlanması üçün ona ödəməli olduğu alimenti verməkdən yarandığını bildirərək onunla aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə də məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə məhkəmə alimentin miqdarı ilə bağlı məsələni deyil, barışıq sazişinin bağlanması zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını yoxlayır və bunun nəticəsi olaraq barışıq sazişinin təsdiq edilib-edilməməsi məsələsinə hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Cavabdeh barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 2023-cü ilin avqust ayının birindən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X2 digər xərcləri üçün 280 manat alimentin (işlədiyi müddətcə) tutulması qərara alınmış və hər iki tərəf həmin barışıq sazişinin şərtlərini qəbul edərək sazişi imzalamışlar. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş azyaşlı xx.xx.2018ci il təvəllüdlü X3 adlı uşağın saxlanması üçün alimentin tutulması ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, barışıq sazişinin şərtlərinə uyğun olaraq barışıq sazişində qeyd edilmiş 2023-cü ilin 1 avqust tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1ci maddələrinin məzmununa görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, Cavabdeh 80 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişi məcburi icra edilərək maraqlı şəxs Cavabdeh xx.xx.2018ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X2 digər xərcləri üçün 280 manat məbləğində aliment (işlədiyi müddətcə) alınaraq ərizəçi İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli barışıq sazişində razılaşdırılmış 2023-cü ilin 1 avqust tarixindən hesablansın. Cavabdeh 80 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar