Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-316/2024 14.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə müraciət edərək, övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.02013-cü il təvəllüdlü X1 üçün hər uşağa ayrılıqda 235(iki yüz otuz beş) manat olmaqla 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq özünə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmənin birinci çağırışına gəlməmiş, iddiaçının vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə proseslərinin üst-üstə düşdüyündən iştirak edə bilməyəcəyini məhkəmə baxışı iclasının onların iştirak olmadan keçirib qətnamə çıxarılmasını xahiş etsə də, həmin ərizənin verilməsi səlahiyyətlərinin olmasına dair iddiaçı tərəfindən ona verilmiş etibarnaməni məhkəməyə təqdim etməmiş, yalnız vəkil orderi əlavə edilmiş, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının vəkili Vəkil yuxarıda qeyd olunan ərizəni vermək səlahiyyəti olmadığından ərizə məhkəmə tərəfindən qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələblərinə əsasən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 264, 266 – 268, maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №e-2(024)-316/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-316/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver