Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-668/2024 19.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək əvvəli ərizənin məhkəməyə daxil olduğu gündən hesablanmaqla birgə nikahlarından olan 25 avqust 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 300 manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci tarixdə “Gülşən”, xx.xx.2003-cü il tarixdə “Əntiqə” və xx.xx.2007-ci il tarixdə isə “Hüseyn” adlı uşaqları anadan olmuşdur. Uşaqlarından qızları Gülşən və Əntiqənin 18 yaşı tamam olmuşdur. Cavabdehlə münasibətləri korlandığından faktiki olaraq ayrılmışlar. Hazırda oğlu onun himayəsində olmaqla, o oğlu Hüseyn ilə birlikdə yaşayır. Onlar Cavabdeh ilə birlikdə yaşamırlar. Cavabdeh onlardan ayrı yaşayır. Hazırda iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi hakim Taleh Kərimovun icraatındadır. (İş №2(024)-566/2024) Həmçinin nikah haqqında şəhadətnamə cavabdeh tərəfindən nikahın pozulması barədə iş üzrə məhkəməyə təqdim edilmişdir. (İş №2(024)-566/2024) İddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasma müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra razılaşma olmamışdır. Ona görə də məhkəməyə müraciət edir. Belə ki, bu müddət ərzində ailənin bərpa olunacağı ümidi ilə cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Cavabdeh fərdi işlərlə məşğul olur. Yüksək gəlirləri var. Yəni, cavabdehin maddi gəlirləri məlumdur. Buna baxmayaraq uşağın saxlanılmasında cavabdeh maddi və mənəvi köməklik göstərmir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir və hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq onu da göstərdi ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia tələbini müdafiə edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o İ Qarabağ Müharibəsində iştirak etmiş və yaralanmışdır. Bununla bağlı kağızı və sənədləri vardır. Uşağının saxlanması üçün 100 manat aliment ödəyə bilər. Cavabdeh övladı ilə birlikdə onun evində yaşayır. Özü hazırda fərdi işlərlə məşğul olur, fəhləlik edir. 180-190 manat alimenti haradansa tapıb ödəyə bilər. Uşağın yeməyini, paltarını alır, pul da verir. Cavabdehdən də boşanmaq istəyir. Məhkəmə nə qərar verərsə onu da ödəyəcəkdir. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Qeydiyyat Şöbəsinin verdiyi 06 avquat 2024-cü il tarixli № 3-16-5/8-69- 161/2024 nömrəli Arayışdan görünür ki, 25 avqust 2007-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Qax rayon Qeydiyyat Şöbəsinin verdiyi 06 avquat 2024-cü il tarixli № 3-16-5/8-69- 160/2024 nömrəli Arayışdan görünür ki, 10 avqust 2022-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Qax rayon Qeydiyyat Şöbəsinin verdiyi 06 avquat 2024-cü il tarixli № 3-16-5/8-69- 159/2024 nömrəli Arayışdan görünür ki, 27 sentyabr 2003-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01710 saylı Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya prosesinin davam etdirilməsindən imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli BPM**********01 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştrak etmək üçün 60 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin təyin edilməsi üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2002-ci il tarixdə rəsmi qeyd edilməklə nikah bağlanmış, 25 avqust 2007-ci il təvəllüdlü X4, 10 avqust 2022ci il təvəllüdlü X5 və 27 sentyabr 2003-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar, Gülşən və Əntiqə yetkinlik yaşına çatmış, iddiaçı ilə cavabdeh eyni evdə yaşasalar da Hüseyn adlı uşaq hazırda iddiaçının himayəsindədir. Cavabdeh isə uşağın saxlanılması üçün iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə razı deyil. Uşaq üçün alimentin təyin edilməsi tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (alimentin təyin edilməsi) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin təyin edilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də alimentin təyin edilməsi verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin təyin edilməsi valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin təyin edilməsinin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə alimentin tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin təyin edilməsin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin təyin edilməsi miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar alimentin təyin edilməsi təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Hazırki iş üzrə alimentin təyin edilməsi tələbinə dair iş üzrə aliment ödəməli olan tərəf uşağın atasıdır. Cavabdeh məhkəmə baxış iclasında uşaq üçün hər ay 180 (bir yüz səksən) manat aliment pulu ödəməyə hazır olduğunu qeyd etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin alimentin təyin edilməsi kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin təyin edilməsi bir uşaq üçün 180 (bir yüz səksən) manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından, uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin təyin edilməsi məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin təyin edilməsi və alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2007-ci il tarixdə doğulmuş X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə alimentin təyin edilməsi, alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti alimentin alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bundan əlavə iddiaçı tərəfindən mediasiya təşkilatının hesabına ödənilmiş 60 (altmış) manat xərc iddia tələbi qismən təmin edildiyi üçün Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin təyin edilməsinin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün və iddiaçının ödəməkdən azad edildiyi 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən mediasiya təşkilatının hesabına ödənilmiş 60 (altmış) manat xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-668/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-668/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver